Məhkəmə qərarları › İş №2(041)-1533/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1533/2025

24.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1533/2025 24.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “ümumi birgə mülkiyyətində olan əmlakdan payların müəyyən edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınaraq həmin əmlakdan vərəsələrin paylarının müəyyən edilərək ayrılmasına” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı xx.xx.2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli və **********66 reyestr nömrəli çıxarışa əsasən 0,20 ha torpaq sahəsindən X4, İddiaçı və Cavabdeh2 ümumi birgə mülkiyyətdə olan əmlakdan hər birinin paylarının müəyyən edilməsi və 0.20 ha torpaq sahəsindən X4na çatacaq miras əmlakından isə onun vərəsəsi İddiaçı vərəsəlik hüququ tanınaraq payının müəyyən edilərək ayrılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1533/2025 saylı qərardadı ilə İddiaçı “ümumi birgə mülkiyyətində olan əmlakdan payların müəyyən edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınaraq həmin əmlakdan vərəsələrin paylarının müəyyən edilərək ayrılması” tələbinə dair mülki iş üzrə “miras əmlaka vərəsəlik hüququnun tanınaraq həmin əmlakdan vərəsələrin paylarının müəyyən edilərək ayrılması” hissəsində baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək bildirdi ki, Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 0.20 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli və **********66 reyestr nömrəli çıxarışa əsasən 0,20 ha torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla iddiaçının atası X4 və mərhumun arvadı Cavabdeh2, mərhumun qızı İddiaçı mülkiyyətindədir. İddiaçı X1 dəfnində iştirak edərək dəfn xərclərinə kömək etmişdir. X4 "infarktdan" xx.xx.2003-cü ildə rəhmətə getmişdir. Mərhum rəhmətə getdiyi günə qədər həyat yoldaşı Cavabdeh2 və İddiaçı ilə birlikdə yaşamışlar. X1 və Cavabdeh2 birgə nikahlarından 1955-ci il təvəllüdlü X5, 1957-ci il təvəllüdlü X18, 1958-ci il təvəllüdlü X13 və 1968-ci il təvəllüdlü X21 doğulmuşdur. X1 mülkiyyətində olmuş Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 0.20 ha torpaq sahəsi İddiaçı ilə birlikdə Cavabdeh2 ümumi birgə mülkiyyətindədir. Həmin 0,20 ha torpaq sahəsindən X4na çatası əmlak miras olaraq qalmış və hal-hazırda İddiaçı və cavabdeh X3 istifadəsindədir. Həmin miras əmlakına vərəsələrin payları müəyyən edilməmişdir. Bundan başqa həmin torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğundan mülkiyyətçilərin də payları müəyyən edilməmişdir. Odur ki, iddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış Kürdəmir regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin nümayəndəsi, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19, X22, X14 və X6 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Həmin şəxslərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Kürdəmir rayonu, Çöhranlı kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsi İddiaçı, Cavabdeh2 və X8 mülkiyyətinə verilmiş, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi və **********66 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. İş materiallarında olan, Kürdəmir RİHB-nın Çöhranlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 104 nömrəli arayışdan görünür ki, İddiaçı mərhum atası X17 25 iyun 2003-cü il tarixdə vəfat etdiyi tarixə qədər qızı və həyat yoldaşı Cavabdeh2 ilə birlikdə yaşamışdır. İş materiallarında olan, Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixli AZ-İ 064570 nömrəli arayışdan görünür ki, X17 xx.xx.2003-cü ildə ölmüşdür. Ölüm səbəbi “infaktdır” İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kürdəmir regional “Asan xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 922 nömrəli məktubundan görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X8 vərəsəlik işi ilə əlaqədar olaraq, lazım olan sənədləri təqdim edə bilmədiyi üçün İddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, X17 ilə X7 arasındakı nikah xx.xx.1959-cu il tarixdə 56 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada isə Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Kürdəmir RİHB-nın Çöhranlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 142 nömrəli arayışdan görünür ki, X3 mərhum əri X2 rayon Çöhranlı kəndində vəfat edən günədək onunla birlikdə yaşamış və 2003-cü il tarixdə vəfat etmişdir. Onun varisləri-X6, X19, X23, X14 və İddiaçı Qosti qızıdır. Məhkəmə iş materiallarını və iddiaçının nümayəndəsinin izahatını araşdıraraq müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 0.20 ha torpaq sahəsi İddiaçı, Cavabdeh2 və X8 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********66 reyestr nömrəli çıxarışa əsasən İddiaçı və ailəsinə verilmiş Kürdəmir rayonu, Çöhranlı kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin İddiaçı, Cavabdeh2 və X8 1/3 hissədə payları müəyyən edilməli, iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********66 reyestr nömrəli çıxarışa əsasən İddiaçı və ailəsinə verilmiş Kürdəmir rayonu, Çöhranlı kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsində İddiaçı, Cavabdeh2 və X8 hər birinin payının bərabər olmaqla 1/ hissədə payları müəyyən edilsin. 3 İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar