Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1563/2025 05.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Kürdəmir Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1976-cı ildə anadan olmuş X3 xx.xx.1976-cı il tarixdə Kürdəmir şəhərində ölməsi faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, qardaşı X7 xx.xx.1976-ci ildə Kürdəmir rayonunda anadan olmuş, xx.xx.1976-ci ildə xəstəlikdən ölmüş, Kürdəmir rayon Çöhranlı kənd qəbirstanlığında dəfn etmişlər. Qardaşının ölümü haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edib, lakin Qeydiyyat şöbəsində heç bir akt qeydi aşkar olunmamışdır. Hazırda mülkiyyətlərində olan torpaq sahəsini sənədləşdirmək istəyir, lakin qardaşının ölümü ilə bağlı sənəd olmadığı üçün torpaq sahəsini sənədləşdirə bilmir. X16 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Ərizəçi yaxın qohumudur. X5 1976-cı il tarixdə anadan olub, 1976-cı ilin oktyabr ayında vəfat etdi. Onu kənd camaatı ilə birlikdə Kürdəmir rayon Çöhranlı kənd qəbirstanlığında dəfn etmişlər. Dəfndə şəxsən iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadəsində göstərdi ki, xx.xx.1955-ci il tarixdə anadan olub, orta təhsillidir. Ərizəçi qonşusudur, münasibətləri həmişə normal olmuş, biri-birinin xeyir-şər işlərində iştirak etmişlər. X5 1976-ci ilin oktyabr ayında vəfat etdi. Dəfndə şəxsən iştirak etmişdir. İşə əlavə olunmuş Kürdəmir regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 05/108 nömrəli arayışdan görünür ki, X5 xx.xx.1976-cı il tarixdə Kürdəmir rayonu Çöhranlı kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1976-cı il tarixdə Kürdəmir rayon Xırdapay kənd icra nümayəndəliyində 44 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İşə əlavə olunmuş, Kürdəmir regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 05/109 nömrəli məktubundan görünür ki, X3 ölüm haqqında akt qeydinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X9 Sistemində” xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. -Kürdəmir rayon Xırdapay kənd icra nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 242838 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Kürdəmir rayonu Çöhranlı kəndində anadan olmuşdur. -Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 247122 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə Kürdəmir rayonunda ölmüşdür. -Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 247123 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə Kürdəmir rayonu Çöhranlı kəndində ölmüşdür. İşdə olan, Kürdəmir Rayon Mərkəzi Xəstəxanası-nın xx.xx.2025-ci il tarixli 18-1- 49/2-E-34-xx-xx/2025 nömrəli məktubdan görünür ki, X1 ilə əlaqədar müraciətlərinə cavab olaraq bildirmişlər ki, X3 ölümü haqqında Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Arxiv bölməsində məlumat tapılmamışdır. Səbəb isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş "Tibbi qeydiyyat sənədlərinin saxlanılması müddətinə əsasən ölüm haqqında qeydiyyat kitabının saxlanılma müddəti 3(üç) ildir. Müddət bitdikdən sonra utilizasiya olunur. İşdə olan, Kürdəmir rayon İHB-nın Xırdapay kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi V.A.İsayevin tərtib etdiyi xx.xx.2025-ci il tarixli 33 nömrəli arayışda Eyyubov X4 rayonu Çöhranlı kəndində qeydiyyatda olmaqla yaşayır. İşdə olan, Kürdəmir rayon İHB-nın Çöhranlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib etdilən aktda, X3 həqiqətəndə xx.xx.1976-ci il tarixdə ölməsi və onun Kürdəmir rayon Topalhəsənli kənd qəbirstanlığında dəft etmələri barədə Ərizəçi, X12, X18 akta imza etmişlər. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1976-cı ildə anadan olmuş X5 xx.xx.1976-ci ildə ölmüş, Kürdəmir rayonu Çöhranlı kənd qəbristanlığında dəfn edilmişlər. X2 ölümü haqqında şəhadətnamə alınmadığından, ərizəçi vərəsəliklə bağlı sənədləşmənin aparılması ilə bağlı işləri apara bilmir. X3 xx.xx.1976-ci ildə ölməsi və onun Kürdəmir rayonu Çöhranlı kənd qəbirstanlığında dəfn edilməsi dindirilmiş şahidlərin ifadələri və işdə olan sənədlərlə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Hazırki iş üzrə ərizəçi xx.xx.1976-cı ildə anadan olmuş X3 xx.xx.1976-cı ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən, o cümlədən Kürdəmir regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 05/109 nömrəli məktubunda X3 ölüm haqqında akt qeydinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X9 Sistemində” aşkar edilmədiyi göstərilmişdir. Başqa sözlə, xx.xx.1976-cı ildə anadan olmuş X3 xx.xx.1976-ci ildə ölməsi faktının dövlət qeydiyyatı orqanlarında qeydə alınmasından imtina edildiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1976-cı il tarixdə Kürdəmir rayonu Çöhranlı kəndində anadan olmuş X3 xx.xx.1976-cı il tarixdə Kürdəmir rayonu Çöhranlı kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 339-341-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 03 aprel 1976-cı il tarixdə Kürdəmir rayonu Çöhranlı kəndində anadan olmuş X3 12 oktyabr 1976-cı il tarixdə Kürdəmir rayonu Çöhranlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1563/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1563/2025
05.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver