Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1574/2024 09.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993cü ildə Kürdəmir rayonunun Xırdapay kəndində doğulmuş oğlu X3 xx.xx.1993-cü ildə tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, oğlu X5 xx.xx.1993-ci ildə doğulmuş və xx.xx.1993-cü ildə Kürdəmir rayonunun Xırdapay kəndində ev şəraitində vəfat etmişdir. Onu Kürdəmir rayon qəbirstanlığında dəfn etmişlər. Səhlənkarlıqları ucbatından onun ölümü ilə bağlı şəhadətnamə almamışdır. Hazırda bəzi sənədləşdirmə işlərinin aparılması ilə əlaqədar olaraq oğlunun ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, onun ölümü barədə Qeydiyyat şöbəsində heç bir akt qeydi aşkar olunmamışdır. X3 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Odur ki, X3 xx.xx.1993-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi onun yaxın qonşudur. Ərizəçinin oğlu 1993-cü ilin avqust ayında anadan olub, 1 aylıq olanda, xx.xx.1993-cü ildə Kürdəmir rayonunun Xırdapay kəndində ev şəraitində vəfat edib. Onu kənd camaatı ilə birlikdə Kürdəmir rayon qəbirstanlığında dəfn ediblər. Məhkəmə iclasında dindirilmiş şahid X6 digər şahid X4 ilə eyni məzmunda ifadə verərək X3 xx.xx.1993-cü ildə öldüyünü, onun Kürdəmir rayon qəbirstanlığında dəfn edildiyini təsdiq etdi. İşə əlavə olunmuş XVİİ363392 nömrəli doğum haqqında arayışın surətindən görünür ki, X5 xx.xx.1993-cü ildə doğulmuşdur. İşə əlavə olunmuş, Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-165/810-1xx-xx/2024 nömrəli məktubdan görünür ki, X3 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. İş materiallarında olan məktubdan görünür ki, "Kürdəmir rayon Mərkəzi xəstəxanası" publik hüquqi şəxsi tərəfindən yazılı sorğuya cavab olaraq bildirilib ki, X3 ölümü ilə bağlı Kürdəmir rayon Mərkəzi Xəstəxanası PHŞ-in Ölüm hadisələrinin qeydiyyat kitabında məlumat tapılmamışdır. Səbəb isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il 100 nömrəli əmrinə əsasən 1.3.28 saylı (ölüm hadisələrinin qeydiyyat kitabı) sənədlərin saxlanma müddəti 3 il olması və ondan sonra aktlaşdırılaraq utilizasiya olunmasıdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi oğlu-xx.xx.1993-cü ildə doğulmuş X5 xx.xx.1993-cü ildə Kürdəmir rayonunun Xırdapay kəndində ev şəraitində ölmüş, Kürdəmir rayon qəbristanlığında dəfn edilmişdir. X2 ölümü haqqında şəhadətnamə alınmadığından, ərizəçi torpaqla bağlı olan zəruri sənədləşmə işləri apara bilmir. X3 xx.xx.1993-cü ildə ölməsi və onun Kürdəmir rayon qəbirstanlığında dəfn edilməsi dindirilmiş şahidlərin ifadələri və işdə olan sənədlərlə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Hazırki iş üzrə ərizəçi xx.xx.1993-ci ildə doğulmuş X3 xx.xx.1993-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən, o cümlədən Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-165/8-10-1xx-xx/2024 nömrəli məktubunda X3 ölüm haqqında akt qeydinin Maraqlı şəxsndə aşkar edilmədiyi göstərilmişdir. Başqa sözlə, xx.xx.1993-cü ildə doğulmuş X3 xx.xx.1993-cü ildə ölməsi faktının dövlət qeydiyyatı orqanlarında qeydə alınmasından imtina edildiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1993-cü ildə doğulmuş X3 xx.xx.1993-cü ildə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 339-341-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü ildə doğulmuş X3 xx.xx.1993-cü ildə Kürdəmir rayonunun Xırdapay kəndində ev şəraitində ölməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: R.B.MEHDİYEV
Məhkəmə qərarları › İş №2(041)-1574/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1574/2024
09.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver