Məhkəmə qərarları › İş №2(041)-1590/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1590/2024

11.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1590/2024 11.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölüm faktınn müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 10 iyun 1988-ci il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmuş X1 xx.xx.1988-ci il tarixdə və xx.xx.1989-cu il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmuş X2 xx.xx.1990-cı il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində ölməsi faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, 1956-cı ildə Şamaxı rayonunda anadan olmuşdur və Kürdəmir rayonunun Sığırlı kənd sakini Şivan İsmayılovla ailə həyatı qurub Sığırlı kəndinə ərə gəlib və həmin vaxtdan Sığırlı kəndində yaşamışdır. X11 ilə birgə nikahmızdan 10 iyun 1988-cu il tarixdə bir qızları Şəhla və xx.xx.1989-cu ildə isə bir oğlu Asiman dünyaya gəlib. Qızı Şəhla anadan olduqdan sonra 15 avqust 1988-ci ildə, oğlu Asiman anadan olduqdan sonra 07 oktyabr 1989-cu ildə doğum haqqında şəhadətnamə alıblar. Qızı Şəhla və oğlu Asiman sağlam uşaq olublar. Lakin onlar qəflətən 1-2 günün içərisində xəstələnərək vəfat ediblər. Qızı Şəhla 05 oktyabr 1988-ci ildə, oğlu Asiman isə 1990-cı ilin aprel ayının 10-da yaşadığı Kürdəmir rayonunun Sığırlı kədində evdə vəfat etmişlər. Qızı Şəhla və oğlu Asiman həmin günü Sığırlı kənd sakinlərinin iştirakı ilə Sığırlı kəndində Qara pir adlanan qəbiristanlığında dəfn olunmuşdu. Onlar savadsız adamlar olduğundan və həmin vaxt qızı Şəhlaya və oğlu Asimana ölüm haqqında şəhadıtnamələr ala bilməmişlər və sonradanda yadlarından çıxdığı üçün maraqlanmayıblar. Sonradan onların ölümü ilə bağlı sənəd heç bir yerdə onlardan tələb olunmadığı üçün həmin sənədi əldə etmək zərurəti yaranmayıb. Hazırda qızı Şəhlaya və oğlu Asimana ölüm haqqında şəhadətnamə alınmasına ehdiyac yaranıb. Belə ki, müəyyən sənədləşmə işləri apararkən qızı Şəhla və oğlu Asimanla bağlı hissədə problemlər yaranır. Ona görədə həmin sənədin zəruriliyini nəzərə alıb Maraqlı şəxsnə müraciət edib, lakin qızı və oğlunun ölümü qeyd edilmədiyinə görə orada ona arxiv arayışı verilərək ölümün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək izah edilib. Qızı Şəhlanın və oğlu Asimanın ölüm haqqında şəhadətnamələri olmadığına görə onlaın ölüm faktını sübut edə bilmir və həmin sənədləri isə başqa cür əldə edə bilmir. Ölümün qeyd edilməsi faktının müəyyən edilməsi məhkəmə qaydasında həll edildiyi üçün bu barədə məhkəməyə müraciət etmək qərarına gəlib. Ona görə də xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş və xx.xx.1988-cı il tarixdə Kürdəmir rayonu Sığırlı kəndində vəfat etmiş X1 və xx.xx.1989-cu il tarixdə Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş və xx.xx.1990-cı il tarixdə Kürdəmir rayonu Sığırlı kəndində vəfat etmiş X2 ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur, qonşusu Ərizəçi 5 uşağı olub onlardan 2-si rəhmətə gedib. Həmin uşaqlar lap körpə vaxtı yaşları tamam olmamış ölüblər. Həmin uşaqlar onun və digər qonşularının iştirakı ilə Kürdəmir rayonu Sığırlı kənd qəbristanlığında dəfn ediliblər. O, qonşu kimi mərhum Ərizəçi uşaqlarının dəfn mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X13 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşı arvadıdır. Ərizəçi 5 uşağı olub ikisi ölüb, hazırda 3 uşağı sağdır. Durxanımın uşaqları xəstələnib ölüblər. Şəhla 2 aylıq Asiman isə 4 aylıq ölüb. O, bir əmi kimi onların dəfinində iştirak edib və həmin uşaqlar Kürdəmir rayonu Sığırlı kənd qəbristanlığında dəfn etmişlər. O, mərhum uşaqların dəfn mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X14 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşı arvadıdır. Ərizəçi 5 uşağı olub ikisi ölüb, hazırda 3 uşağı sağdır. Durxanımın uşaqları xəstələnib ölüblər. Şəhla 2 aylıq Asiman isə 4 aylıq ölüb. O, bir əmi kimi onların dəfinində iştirak edib və həmin uşaqlar Kürdəmir rayonu Sığırlı kənd qəbristanlığında dəfn etmişlər. O, mərhum uşaqların dəfn mərasimlərində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1988-ci il tarixli, Xİİİ MQ 370928 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, X7 10 iyun 1988-ci il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində doğulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.1989-cu il tarixli, Xİİİ JQ 494414 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, X8 31 avqust 1989-cu il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/810-164-25 nömrəli məktubdan görünür ki, onun 10 iyun 1988-ci il təvəllüdlü qızı X1 və 31 avqust 1989-cu il təvəllüdlü oğlu X2 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmamış və ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Sığırlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 405 nömrəli Arayışdan görünür ki, Ərizəçi Şamaxı şəhərində qeydiyyatda olsada hal-hazırda Sığırlı kəndində qızı X3 evində yaşayır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş X7 xx.xx.1988-cı il tarixdə Kürdəmir rayonu Sığırlı kəndində vəfat etmiş və xx.xx.1990-cı il tarixdə Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş X8 xx.xx.1990-cı il tarixdə Kürdəmir rayonu Sığırlı kəndində vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi 1956-cı ildə Şamaxı rayonunda anadan olmuş və Kürdəmir rayonunun Sığırlı kənd sakini Şivan İsmayılovla ailə həyatı qurub Sığırlı kəndinə ərə gəlib və həmin vaxtdan Sığırlı kəndində yaşayır. X11 ilə birgə nikahmızdan 10 iyun 1988-cu il tarixdə bir qızları - Şəhla və xx.xx.1989-cu ildə isə bir oğlu - Asiman dünyaya gəlib. Qızı Şəhla anadan olduqdan sonra 15 avqust 1988-ci ildə, oğlu Asiman anadan olduqdan sonra 07 oktyabr 1989-cu ildə doğum haqqında şəhadətnamə alıblar. Qızı Şəhla və oğlu Asiman sağlam uşaq olublar. Lakin onlar qəflətən xəstələnərək vəfat etmişlər. Qızı Şəhla 05 oktyabr 1988-ci ildə, oğlu Asiman isə 1990-cı ilin aprel ayının 10-da yaşadığı Kürdəmir rayonunun Sığırlı kədində evdə vəfat etmişlər. Qızı Şəhla və oğlu Asiman ölən günü Sığırlı kəndində Qara pir adlanan qəbiristanlığında dəfn olunmuşlar. Onlar qanunları bilmədiklərindən və həmin vaxt qızı Şəhlaya və oğlu Asimana ölüm haqqında şəhadıtnamələr almamışlar. Sonradan onların ölümü ilə bağlı sənəd heç bir yerdə onlardan tələb olunmadığı üçün həmin sənədi əldə etmək zərurəti yaranmayıb. Hazırda qızı Şəhlaya və oğlu Asimana ölüm haqqında şəhadətnamə alınmasına ehdiyac yaranıb. Belə ki, müəyyən sənədləşmə (əmlakla bağlı) işləri apararkən qızı Şəhla və oğlu Asimanla bağlı hissədə problemlər yaranmıdır. Ona görə də həmin sənədin zəruriliyini nəzərə alıb Maraqlı şəxsnə müraciət edib, lakin qızının ölümü qeyd edilmədiyinə görə orada ona arxiv arayışı verilərək ölümün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək izah edilib. Qızı Şəhlanın və oğlu Asimanın ölüm haqqında şəhadətnamələri olmadığına görə onlaın ölüm faktını sübut edə bilmir və həmin sənədləri isə başqa cür əldə edə bilmir. Ərizəçinin 10 iyun 1988-ci il təvəllüdlü qızı X1 xx.xx.1988-ci il tarixdə və xx.xx.1989-cu il təvəllüdlü oğlu X2 xx.xx.1990-cı il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində ölməsi özünün izahatı, iş üzrə dindirilmiş şahidlər X4, X9 və X10 ifadələri ilə, həmçinin iş materialları ilə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli, 10 iyun 1988-ci il təvəllüdlü qızı X1 xx.xx.1988-ci il tarixdə və xx.xx.1989-cu il təvəllüdlü oğlu X2 xx.xx.1990-cı il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 305, 339-341-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10 iyun 1988-ci il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmuş X1 xx.xx.1988-ci il tarixdə və xx.xx.1989-cu il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmuş X2 xx.xx.1990-cı il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar