Məhkəmə qərarları › İş №2(041)-1598/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1598/2025

04.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1598/2025 04.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Kürdəmir rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Kürdəmir rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə *0.06.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, 2*.03.*996cı il tarixdə Kürdəmir şəhərində doğulmuş X7 24.08.*996-cı il tarixdə Kürdəmir rayonu, Qarabucaq qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu, Xırdapay kəndində yaşayır. Mərhum X2 2*.03.*996-cı il tarixdə doğulmuş və həmin ildə də ona doğum haqqında şəhadətnamə almışdır. Qızı Türkan doğulandan 5 ay sonra, yəni 24.08.*996-cı il tarixdə vəfat etmişdir. X2 öləndən sonra onlar onu əvvəl yaşadıqları Kürdəmir rayonunun Qarabucaq qəsəbəsindəki qəbristanlıqda dəfn etmişlər. Qızı Türkanın körpə ikən ölməsi ailəyə çox pis təsir etdiyinə görə həmin vaxt onun ölməsi barədə heç bir sənəd almamışlar. Hazırda ailəyə vacib lazım olan bəzi sənədləşmə işlərinin aparılması məqsədi ilə mərhum qızı X8 ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişlər. Maraqlı şəxsndə qızı X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "X5 Sistemində" xx.xx.2025-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamış və bu barədə ona xx.xx.2025-ci il tarixli arayış verilmişdir. Bundan sonra X2nın ölümü ilə bağlı tibbi şəhadətnaməni almaq üçün "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə müraciət etmişdir. "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi qızı X9 ölümü barəsində "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" PHŞ-də heç bir məlumatın tapılmadığını bildirib bu barədə ona xx.xx.2025-ci il tarixli məktub vermişdir. Mərhum X2nın ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ona görə də X2nın ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə maraqlı şəxs Kürdəmir rayon Qeydiyyat şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*0 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşının arvadıdır. X*6 doğulan zaman heç bir xəstəliyi olmamışdır. Sonradan xəstəliyə tutulmuş, bir müddət xəstəxanada müalicə olunsa da sonradan evə gətirilmiş və evdə yüksək qızdırmadan ölmüşdür. Onu kənd camaatı Kürdəmir rayonu, Qarabucaq qəsəbəsindəki qəbirstanlıqda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X** ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşının arvadıdır. X*6 5 aylıq körpə ikən qızdırmadan ölmüşdür. Onun ağciyərində problem olmuşdur. Onu Kürdəmir rayonu, Qarabucaq qəsəbəsindəki qəbiristanlıqda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Münasibətləri normal olmuşdur. Cavadova Türkan ölən zaman dəfnində iştirak etmişdir. Onu Kürdəmir rayonu, Qarabucaq qəsəbəsindəki qəbiristanlıqda dəfn etmişlər. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Kürdəmir regional “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 05/259 nömrəli arayışdan görünür ki, X*2 2*.03.*996-cı ildə Kürdəmir şəhərində doğulmuşdur. Bu barədə 03.05.*996-cı il tarixdə Kürdəmir rayon qeydiyyat şöbəsində 88 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Kürdəmir regional “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 05/260 nömrəli arayışdan görünür ki, 2*.03.*996cı ildə Kürdəmir şəhərində anadan olmuş X7 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X6 Sistemində” xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Kürdəmir rayon mərkəzi xəstəxanası” PHŞ-in xx.xx.2025-ci il tarixli *8-*-49/2-X-60- 3*-28/2025 nömrəli Ərizəçi ünvanlandığı məktubdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 30.*2.20*6-cı il tarixli *00 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm hadisələrinin qeydiyyat kitabı”-nın baxılma müddəti 3 (üç) il olduğu üçün və vaxtı keçmiş tibbi sənədlərin utilizasiya olunması ilə bağlı sözü gedən X7 ölümü barəsində “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də heç bir məlumat tapılmamışdır. Azərbaycan Respublikası MPM-in 305.*.*-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 2*.03.*996-cı ildə doğulmuş X7 24.08.*996-cı il tarixdə Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində ev şəraitində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 2*6-220, 227, 233, 307-3**, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 2*.03.*996-cı ildə doğulmuş X7 24.08.*996-cı il tarixdə Kürdəmir rayonu Qarabucaq qəsəbəsində ev şəraitində ölməsi faktı müəyyən edilsin. X* ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar