Məhkəmə qərarları › İş №2(041)-1599/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1599/2025

21.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1599/2025 21.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1978ci il təvəllüdlü əri X4 işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri Kristal 2 ünvanında xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, yaşayış yeri üzrə Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatdadır. Qazax rayon Çaylı kəndində qeydiyyatda olan X7 ilə evlənəndən sonra Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllə ünvanında yaşamışlar. X7 xx.xx.2025-ci il tarixində işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri Kristal 2 ünvanında ürək tutmasından ölmüş, xx.xx.2025-ci il tarixdə ünvan 3nda dəfn olunmuşdur. Ölüm hadisəsi xx.xx.2025-ci il tarixdə baş vermişdir və bununla bağlı Bakı şəhər Təcili və X6 Mərkəzi PHŞ Statistika TTTYS tərəfindən həkim xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasına ölüm haqqında tibbi arayışın verilməsi ilə bağlı tərəfindən müraciət olunsa da, sözügedən xəstəxana tərəfindən ölüm haqqında tibbi arayış verilməmişdir. Maraqlı şəxs isə ölüm haqqında tibbi arayış olmadığı üçün, ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Odur ki, ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin müəyyən edilməsinə zərurət meydana gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır. Bacısının məhrum əri X7 may ayının 9-da ürək tutmasından vəfat etdi. Mərhunun ölüm anları iş materiallarına əlavə edilmiş DVD dickdə əks olunur. Onu kənd camaatı ilə birlikdə Qazax rayon Çaylı kənd qəbirstanlığında dəfn etmişlər. Dəfndə şəxsən iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində göstərdi ki, Ərizəçi onun bibisidir, hadisə olan zaman Bakı şəhərində idi. Mərhumun vəziyyəti ilə bağlı zəng gələn kimi Abşeron rayon Mərkəzi xəstəxanasına gedib, orada iş yoldaşları ürəktutmasından öldüyünü bildiriblər. Qazax rayon Çaylı kənd qəbirstanlığında dəfn etmişlər, dəfndə şəxsən iştirak etmişdir. İşə əlavə olunmuş Kürdəmir rayon Xırdapay kənd İcra nümayəndəliyinin xx.xx.2007-ci il tarixli, AZ-İ 324108 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə Ərizəçi nikahı xx.xx.2007-ci il tarixdə 14 nömrə ilə qeydə alınmışdır. -Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-1664/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası" nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Maraqlı şəxsndə aidiyyatı üzrə məhkəməyə müraciət etməyi barədə tövsiyə edilmişdir. - Qazax rayon Çaylı kənd icra nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-58-10-12- 21/2-655/2025 nömrəli arayışına əsasən, mərhum X7 xx.xx.2025-ci il tarixdə Qazax rayonunun Çaylı kənd qəbristanlığında dəfn olunub. - Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli 3-16-5/8-15- 1664/2025 nömrəli X2 ünvanlanan məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası"-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda "xəbərdarlıq vərəqəsi və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Elşad Mehdiyevin ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına "ölüm haqqında tibbi şəhadətnamə" tərəflərindən verilmir. - Təcili və X6 Stansiyası tərəfindən verilmiş Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X7 xx.xx.2025-ci il tarixdə saat 20:12 radələrində Abşeron rayonu Xırdalan şəhəri Kristal 2 ünvanında, gözətçi otağında ölmüşdür. Ölümün ilkən səbəbi Həkimə qədər ölüm olaraq qeyd edilmişdir. (Kişi cinsində meyit. Meyit üzərində zorakılıq əlamətləri qeyd edilməmişdir). Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1978-cı ildə anadan olmuş X7 xx.xx.2025-ci ildə ölmüş, Qazax rayonu Çaylı kənd qəbristanlığında dəfn etmişlər. X1 ölümü haqqında şəhadətnamə alınmadığından, ərizəçi vərəsəliklə bağlı sənədləşmənin aparılması ilə bağlı işləri apara bilmir. X4 xx.xx.2025-ci ildə ölməsi və onun Qazax rayonu Çaylı kənd qəbirstanlığında dəfn edilməsi dindirilmiş şahidlərin ifadələri və işdə olan sənədlərlə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Hazırki iş üzrə ərizəçi xx.xx.1978-cı ildə anadan olmuş X4 xx.xx.2025-cı ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən, o cümlədən Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-1664/2025 nömrəli məktubunda X4 ölüm haqqında akt qeydinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X3 Sistemində” aşkar edilmədiyi göstərilmişdir. Başqa sözlə, xx.xx.1978-cı ildə anadan olmuş X4 xx.xx.2025-ci ildə ölməsi faktının dövlət qeydiyyatı orqanlarında qeydə alınmasından imtina edildiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 25 sentyabr 1978-ci il tarixdə Qazax rayonu Çaylı kəndində anadan olmuş X4 09 may 2025-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Kristal 2 ünvanında ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 339-341-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25 sentyabr 1978-ci il tarixdə Qazax rayonu Çaylı kəndində anadan olmuş X4 09 may 2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Kristal 2 ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar