Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-164/2023 07.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X** Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin ölməsi faktının müəyyən edilməsinə dair ərizəsinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Qarayeva X5 rayon məhkəməsinə ərizə ilə müraciət edərək, 20.*0.*994-cü il tarixdə anadan olmuş X2 *2.*2.*998-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə əlaraq bildirdi ki, qızı Ballı Qarayeva 20 oktyabr *994-cü il tarixdə anadan olmuş, 09.*2.*994-cü ildə Kürdəmir rayon Atakişili kənd icra nümayəndəliyindən uşağa doğum haqqında şəhadətnamə alınmışdır. Uşaq xəstə doğulduğuna görə etdirdiyi müalicələr müsbət nəticə verməmiş və *2 dekabr *998-ci ildə vəfat etmiş və həmin gün kənd qəbirstanlığında dəfn edilmişdir. Sonuncu dəfə uşağı müayinə edən həkim onun öləcəyini bildirdiyi üçün evə aparmış, qeydiyyatda olduğu poliklinikada məlumatları olduğuna görə uşağın ölümü ilə bağlı onlara məlumat verməmiş və bu barədə müvafiq sənədləşmə aparılmamışdır. Mülkiyyətlərində olan pay torpaq sahəsini sənədləşdirmək istəyərkən ailə üzvü kimi qızı Ballının da razılığı tələb edildiyinə görə, onun ölümü ilə bağlı sənəd almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin bununla bağlı təsdiqedici sənədləri olmadığı üçün onlara imtina edilmiş, qızının ölməsi faktını təsdiq edən sənədi başqa cür əldə edə bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin qızı X6 *2.*2.*998-ci ildə vəfat etmiş və onu kənd camaatı ilə birlikdə Çöl-ərəb kənd qəbristanlığında dəfn etmişlər. O, yaxın qonşu kimi mərhum Ballı Qarayevanın dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X4 digər şahid X3 ilə eyni məzmunda ifadə verərək X2 *2.*2.*998-ci ildə vəfat etdiyini və onun Kürdəmir rayonu, Çöl-ərəb kənd qəbristanlığında dəfn edildiyini təsdiq etdi. İşdə olan, Kürdəmir rayon Atakişili kənd icra nümayəndəliyi tərəfindən 09.*2.*994-cü il tarixdə verilmiş XVİİİ-JQ 4780*9 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 20.*0.*994-cü il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş və Kürdəmir rayonu Atakişili kənd üzrə İcra nümayəndəliyində təsdiq olunmuş 30.**.2022-ci il tarixli aktın surətindən görünür ki, X6 *998-ci ilin dekabr ayında Kürdəmir rayon Çöl-ərəb kənd qəbirstanlığında dəfn edilmişdir. İşə əlavə olunmuş, Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş **.**.2022-ci il tarixli, 2/595 nömrəli məktubdan görünür ki, X2 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmiş və ona rayon məhkəməsinə müraciət etməsi izah edilmişdir. X* dəfn edildiyi yerin və baş daşının fotoşəkli və digər sənədlər əlavə edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ballı Qarayeva Ərizəçi qızıdır. B.L.Qarayeva 20.*0.*994-cü il tarixdə anadan olmuş, *2.*2.*998-ci ildə vəfat etmiş, Çöl-ərəb kənd qəbristanlığında dəfn edilmiş, lakin ona ölüm haqqında sənəd almamışlar. Sonradan kənd və rayon xəstəxanasına müraciət edib ona ölüm haqqında sənəd almaq istəsələr də, bu barədə heç bir sənəd əldə edə bilməmişlər. X2 doğumu qeyd edildiyinə görə mülkiyyətlərində olan pay torpaq sahəsini öz adlarına sənədləşdirə bilmir. Bununla bağlı dövlət orqanlarına, o cümlədən Maraqlı şəxsnə müraciət etmiş və Qeydiyyat şöbəsində X2 ölümünün qeyd edilmədiyini bildirib ona məhkəməyə müraciət etməsini izah etmişlər. X2 ölümü ilə bağlı sənədi başqa cür əldə etmək mümkün olmamışdır. X2 *2.*2.*998-ci ildə ölməsi və onun Çöl-ərəb kənd qəbristanlığında dəfn edilməsi ərizəçinin özünün izahatı və iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə olan sənədlərlə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun*2 aprel 20*9-cu il tarixli 3 nömrəli qərarının *.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.*-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Hazırki iş üzrə ərizəçi *994-cü ildə anadan olmuş qızı X2 *2.*2.*998-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən, o cümlədən Maraqlı şəxs **.**.2022-ci il tarixli, 2/595 nömrəli məktubunda X2 ölüm haqqında akt qeydinin Maraqlı şəxsndə aşkar edilmədiyi göstərilmişdir. Başqa sözlə, *994-cü ildə anadan olmuş X2 *2.*2.*998-ci ildə ölməsi faktının dövlət qeydiyyatı orqanlarında qeydə alınmasından imtina edildiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *994-ci il tarixdə Kürdəmir rayonu Atakişili kəndində anadan olmuş X2 *2.*2.*998-ci il tarixdə Kürdəmir rayonunun Atakişili kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20.*0.*994-ci ildə Kürdəmir rayonunun Atakişili kəndində anadan olmuş X2 *2.*2.*998-ci il tarixdə Kürdəmir rayonunun Atakişili kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən * (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-164/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-164/2023
07.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver