Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-166/2024 16.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X9 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölümün qeyd edilməsi faktının müəyyən edilməsinə dair ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2023-cü ildə anadan olmuş qızı X* 0*.*0.2023-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, X2 ilə birgə nikahlarından xx.xx.2023-cü ildə Yağmur adlı qızı doğulmuş, Yağmur 0*.*0.2023-cü ildə vəfat etmiş və onu Kürdəmir rayon Sığırlı kənd qəbirstanlığında dəfn etmişlər. Səhlənkarlığı ucbatından uşağın ölümü ilə bağlı şəhadətnamə almamışdır. Hazırda həyat yoldaşı ilə arsında mübahisə yaranmış, aralarında yaranmış mübahisə nikahın pozulmasına gətirib çıxarmışdır. Lakin uşağın ölüm haqqında şəhadətnaməsi olmadığı üçün aralarında olan nikahın pozulmasını həyata keçirə bilmir. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin uşağın ölümü barədə Qeydiyyat şöbəsində heç bir akt qeydi aşkar olunmamışdır. X* ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Odur ki, qızı- X* 0*.*0.2023-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin qızı Yağmur 0*.*0.2023-cü ildə ölmüş, kənd camaatı ilə birlikdə Kürdəmir rayon Sığırlı kənd qəbirstanlığında dəfn etmişlər. O, yaxın qonşu kimi uşağın dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X4 digər şahid Ərizəçi ilə eyni məzmunda ifadə verərək Yağmur Cariyevanın 0*.*0.2023-cü ildə öldüyünü, onun Kürdəmir rayonu, Sığırlı kənd qəbrstanlığında dəfn edildiyini təsdiq etdi. İşə əlavə olunmuş 248559 nömrəli doğum haqqında arayışın surətindən görünür ki, X3 xx.xx.2023-cü ildə anadan olmuşdur. İşə əlavə olunmuş, Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş *0.*0.2023-cü il tarixli, 3- *6-5/8-*0-497-25 nömrəli məktubdan görünür ki, X* ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmiş və ona rayon məhkəməsinə müraciət etməsi izah edilmişdir. İşdə olan, Kürdəmir RİHB-nın Sığırlı kənd İƏD üzrə nümayəndəliyinin 03.**.2023-cü il tarixli *495 nömrəli arayışında xx.xx.2023-cü ildə anadan olmuş X3 qohumlarının deməsinə görə 0*.*0.2023-ci ildə Bakı şəhərində yaşadıqları kirayə evdə ölmüş, həmi gün Kürdəmir rayon Sığırlı kənd qəbristanlığında dəfn edildiyi göstərilmişdir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnmənin surətindən görünür ki, Ərizəçi ilə X2 arasında nikah xx.xx.2022-ci il tarixdə 3 saylı bakı Asan ximədt mərkəzinin qeydiyyat şöbəsində 2249 nömrə ilə qeydə alınmışdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi qızıxx.xx.2023-cü ildə anadan olmuş X3 0*.*0.2023-ci ildə ölmüş, Kürdəmir rayon Sığırlı kənd qəbristanlığında dəfn edilmişdir. Hazırda Ərizəçi arvadı Çilənay Cəlilova ilə aralarında mübahisə yaranmış, mübahisə boşanmaq həddinə çatmış, lakin Yağmur Cəlilova rəsmi sənədlərdə sağ kimi qeyd olunduğundan aralarında olan nikahın pozulması ilə bağlı qeydiyyat şöbəsinə müraciət edə bilmir. Ona görə də Ərizəçi bu məsələ ilə bağlı məhkəməyə müraciət etmişdir. X3 0*.*0.2023-ci ildə ölməsi və onun Kürdəmir rayon Sığırlı kənd qəbristanlığında dəfn edilməsi dindirilmiş şahidlərin ifadələri və işdə olan sənədlərlə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu-nun*2 aprel 20*9-cu il tarixli 3 nömrəli qərarının *.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.*-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Hazırki iş üzrə ərizəçi xx.xx.2023-cu ildə anadan olmuş qızı X* 0*.*0.2023-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən, o cümlədən Maraqlı şəxs *0.*0.2023-cü il tarixli, 3-*6-5/8-*0-497-75 nömrəli məktubunda X* ölüm haqqında akt qeydinin Maraqlı şəxsndə aşkar edilmədiyi göstərilmişdir. Başqa sözlə, xx.xx.2023-cü ildə anadan olmuş X* 0*.*0.2023-cü ildə ölməsi faktının dövlət qeydiyyatı orqanlarında qeydə alınmasından imtina edildiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2023-cü ildə anadan olmuş X* 0*.*0.2023-ci ildə Kürdəmir rayonunda ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2023-cü ildə anadan olmuş X* 0*.*0.2023-ci ildə Kürdəmir rayonu, Sığırlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən * (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-166/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-166/2024
16.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver