Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1678/2025 25.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Kürdəmir rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Kürdəmir rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1964-cü il tarixdə Kürdəmir rayonunun Sor-Sor kəndində doğulmuş X4 xx.xx.2016-cı il tarixdə Kürdəmir rayonunun Sor-Sor kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, o, hazırda Kürdəmir rayonunun Sor-Sor kəndində yaşayır. Mərhum X2 xx.xx.1964-cü il tarixdə Kürdəmir rayonunun Sor-Sor kəndində doğulmuş və mərhum valideynləri ona doğum haqqında şəhadətnamə almışlar. X2 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. X2 öləndən sonra valideynləri onu yaşadıqları Kürdəmir rayonunun Sor-Sor kənd qəbristanlığında dəfn etmişlər. Bacısı Mahirənin ölməsi ailəsinə çox pis təsir etdiyinə görə həmin vaxt onun ölməsi barədə heç bir sənəd almamışlar. Sonradan o özü mərhum valideynlərinin və bacısı Mahirənin qəbirüstü abidələrini təmir etdirib bərpa etmişdir. Hazırda ona vacib olan bəzi sənədləşmə işlərinin aparılması məqsədi ilə mərhum X2na ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Kürdəmir regional "Asan xidmət" mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. Kürdəmir regional "Asan xidmət" mərkəzində Qeydiyyat şöbəsində X2nın ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "X3 Sistemində" xx.xx.2025-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılsa da ölüm haqqında akt qeydi aşkar olunmamış və bu barədə ona xx.xx.2025-ci il tarixli arayış verilmişdir. Bundan sonra X2nın ölümü ilə bağlı tibbi şəhadətnaməni almaq üçün "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə müraciət etmişdir. "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi X2nın ölümü barəsində "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" PHŞ-də heç bir məlumatın tapılmadığını bildirib bu barədə ona xx.xx.2025-ci il tarixli məktub vermişlər. Mərhum X2nın ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ona görə də qızı X4 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə maraqlı şəxs Kürdəmir rayon Qeydiyyat şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Uzun müddət Rusiya Federasiyasında yaşamışdır. 90-cı illərdə Kürdəmirə gəlmişdir. Mərhum Mahirə xəstə olmamışdan əvvəl Bakı şəhərində işləmişdir. Sonradan xəstəliyə tutulmuş, əməliyyat olunmuşdur. Bir müddətdən sonra- xx.xx.2016-cı il tarixdə Kürdəmir rayonnun Sor-Sor kəndində ata evində ölmüşdür. Onu kənd camaatı Kürdəmir rayonu, Sor-Sor kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Onun bacısı mərhum Mahirə Dadaşova yay aylarında xəstəlikdən ölmüşdür. O, xəstəlikdən müalicə olunurdu. Onu Kürdəmir rayonu, Sor-Sor kənd qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Münasibətləri normal olmuşdur. Onun X11 ölən zaman o tələbə olmuşdur. Dəfnində onun valideynləri iştirak etmişdir. Onu Kürdəmir rayonu, Sor-Sor kənd qəbiristanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Kürdəmir regional “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 05/288 nömrəli arayışdan görünür ki, X8 xx.xx.1964-cü ildə Kürdəmir rayonu, Sor-Sor kəndində doğulmuşdur. Bu barədə xx.xx.1965-ci il tarixdə Kürdəmir rayon qeydiyyat şöbəsində 181 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Kürdəmir regional “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-165/8-10-3xx-xx/2025 nömrəli arayışdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Kürdəmir rayon mərkəzi xəstəxanası” PHŞ-in xx.xx.2025-ci il tarixli 18-1-49/2-D-67xx-xx/2025 nömrəli Ərizəçi ünvanlandığı məktubdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm hadisələrinin qeydiyyat kitabı”-nın baxılma müddəti 3 (üç) il olduğu üçün və vaxtı keçmiş tibbi sənədlərin utilizasiya olunması ilə bağlı sözü gedən X4 ölümü barəsində “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də heç bir məlumat tapılmamışdır. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1964-cü ildə doğulmuş X4 xx.xx.2016-cı il tarixdə Kürdəmir rayonunun Sor-Sor kəndində ev şəraitində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-cü ildə doğulmuş X4 xx.xx.2016-cı il tarixdə Kürdəmir rayonunun Sor-Sor kəndində ev şəraitində ölməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1678/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1678/2025
25.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver