Məhkəmə qərarları › İş №2(041)-1679/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1679/2025

07.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1679/2025 07.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında Sabirabad 1 saylı Mediasiya təşkilatında bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞS/MT- 023/2024-02643 nömrəli barışıq sazişinin xx.xx.2023-cü il təvəllüdlü X1 üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ay 240 manat aliment məbləğinin Maraqlı şəxs ona ödəyəcəyinə dair hissədə təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, o, Maraqlı şəxs ilə 2022-ci ildə evlənib ailə qurmaqla nikahlarını xx.xx.2024-cü il tarixdə qeyd etdirmişlər. Cavabdehlə birgə nikahdan xx.xx.2023-cü il tarixdə Nur adlı bir qızları doğulmuşdur. Cavabdehlə evlənib uzun müddət onunla ər-arvad bir yerdə yaşasalar da, sonradan onunla evlənməkdə səhv etdiyini başa düşmüşdür. Belə ki, cavabdehin anası ailədaxili işlərə qarışdığına görə ər-arvad münasibətləri pozulmuş və faktiki olaraq ayrılmışlar. O, cavabdehdən ayrılandan sonra azyaşlı uşağı ilə birlikdə anasının evində onun himayəsində qalır. Anasının evində qaldığı müddətdə cavabdeh təxminən 2 aydan bir evinə gəlib 1-2 gün onlarla qalıb təkrar öz valideynlərinin yanına getmişdir. Yaşadığları ev yanandan sonra cavabdeh onlarla maraqlanmamış və uşağın saxlanması üçün heç bir maddi yardım etməmişdir. Maddi cəhətdən çətinlik çəkdiklərinə görə anası ilə razılaşıb Oba marketdə satıcı işləyib uşağının maddi təminatını az da olsa ödəyir. Maraqlı şəxs ilə aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə Sabirabad 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya təşkilatında Maraqlı şəxs aralarında bağlanmış nikahın məhkəmə qaydasında pozulması ilə razılaşmış, onunla birgə nikahdan doğulmuş X1 üçün xx.xx.2025-cı il tarixdən etibarən hər ay 240 manat məbləğində alimenti ona ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin keçən müddət ərzində Maraqlı şəxs barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməyərək Nur adlı qızı ilə görüşmək üçün ona müraciət etməmiş və barışıq sazişi üzrə Nur adlı qızının saxlanması üçün hər ay 240 manat aliment ödəyəcəyi barədə götürdüyü öhdəliyə əməl etməyib aliment ödəməkdən qəsdən boyun qaçırmışdır. O, Maraqlı şəxs qızı ilə görüşüb ünsiyyət qurması barədə götürdüyü öhdəliyə razı olsa da Maraqlı şəxs birgə nikahlarından doğulmuş Nur adlı qızı ilə görüşüb ünsiyyət saxlamaq üçün keçən müddət ərzində bir dəfə də olsun ona müraciət etməmişdir. Onunla aralarında olan nikahın pozulmasına dair mülki işə baxılarkən məhkəmədə ona aliment ödəməsi ilə bağlı barışıq sazişi üzrə üzərinə götürdüyü aliment öhdəliyinə əməl etməsi izah edilsə də o, bu günə kimi xx.xx.2025-ci il tarixli barışıq sazişinə əməl etməyərək aliment ödəməkdən yayınmışdır. Ona görə də barışıq sazişinin alimentin ödənilməsinə dair hissəsinin məhkəmə qaydasında təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-887/2025 nömrəli qətnaməsinə əsasən Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə Kürdəmir regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 102 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, 1. X2 və Maraqlı şəxs, mediator X3 (reyestr nömrəsi 00134) iştirakı ilə Tam mediasiya prosesi zamanı aralarında olan mübahisə ilə bağlı razılığa gəldilər. 2. Tərəflər Ərizəçi və Maraqlı şəxs aralarında olan xx.xx.2024-cü il tarixdə Kürdəmir regional “Asan Xidmət” qeydiyyat şöbəsində bağlanmış 102 saylı nikah qeydinin məhkəmə qaydasında pozulması ilə razılaşaraq öhdəlik götürdülər. 3. Tərəflər Ərizəçi və Maraqlı şəxs həmin nikahdan doğulmuş bir azyaşlı X1 üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ay 240 (iki yüz qırx) manat aliment məbləğini Maraqlı şəxs Ərizəçi ödəyəcəyi ilə bağlı öhdəlik götürdü. 4. Ərizəçi bundan sonra hər həftənin şənbə və bazar günləri cavabdeh Maraqlı şəxs bir azyaşlı övladı X9 ilə görüşüb ünsiyyət qurması ilə bağlı öhdəlik götürdü. 5. Tərəflər Ərizəçi və X4 cehiz əşyalarının tam şəkildə götürülməsi ilə bağlı öhdəlik götürdülər. 6. Tərəflər qəbul etdikləri qərarı öz imzalarıyla təsdiq edir. Bu saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2025-ci il tarixli, MŞS/MT-023/2024-02643 nömrəli barışıq sazişi birgə nikahdan doğulmuş bir azyaşlı X1 üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ay 240 (iki yüz qırx) manat aliment məbləğini Maraqlı şəxs Ərizəçi ödəyəcəyi ilə bağlı öhdəlik götürməsi hissədə təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Sabirabad 01 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞS/MT-023/2024-02643 nömrəli barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin. Tərəflər Ərizəçi və Maraqlı şəxs həmin nikahdan doğulmuş bir azyaşlı X1 üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ay 240 (iki yüz qırx) manat aliment məbləğini Maraqlı şəxs Ərizəçi ödəyəcəyi ilə bağlı öhdəlik götürdü. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar