Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1688/2025 18.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Kürdəmir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 23 aprel 1964-cü il tarixdə Kürdəmir rayonunun Mollakənd kəndində anadan olmuş qardaşı X1 26 dekabr 1964-cü il tarixdə Kürdəmir rayonunn Mollakənd kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə zəruri hesab edilən əlavə sənədlərin toplanması üçün işin baxılmamış saxlanılması və ödənilmiş dövlət rüsumunun qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi (maraqlı şəxs Kürdəmir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Aran Regional Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: XALİQ İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1688/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1688/2025
18.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver