Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-169/2023 03.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçı X1, cavabdeh X14 iştirakı ilə İddiaçı X1 cavabdehlər X22 və Cavabdeh1 qarşı cavabdehlərin ona məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılması və qanunsuz hərəkətlərə qadağa qoyulması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 iddia ərizəsi ilə məhkməyə müraciət edərək cavabdehlər X22 və Cavabdeh1 ona məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılması və qanunsuz hərəkətlərə qadağa qoyulması barədə qətnmə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X6 iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə ailə üzvləri ilə birlikdə onlara kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,93 ha torpaq sazhəsi verilmişdir. Həmin torpaq sahəsi onlara verilən gündən qonşuları X22 və Cavabdeh1 həmin torpaq sahəsi zəbt edərək özününkü kimi istifadlə edirlər. O, dəfələrlə cavabdehlərdən məsələni məhkəmədən kənar sülh yolu ilə həll edjilməsini xahiş etsə də Xaliq və Asif bunu istəməyərək öz qanunsuz hərəkətlərinə davam etmişlər. O, Daşınmaz Əmslakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmiş və idarədən gələn nümayəndələrin və bələdiyyə sədrinin iştirakı ilə həmin yerə baxış keçirilmiş və həqiqətən də Xaliq və Asifin ona məxsus torpaq sahəsini zəbt etməsi müəyyən edilmişdir. Cavabdehlər ona məxsus torpaq sahəsindən istifadə etməyə imkan vermir və bu işin məhkəmədən kənar həll edilməsini istəmirlər. Hazırda həmin torpaq sahəsində əsasən taxıl məhsulları əkib-becərmək istəyir. Lakin cavabdehlər torpaqdan çıxmır və buna imkan vermirlər. Ona görə də cavabdehlər X22 və Cavabdeh1 ona məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılması və qanunsuz hərəkətlərə qadağa qoyulması barədə qətnmə qəbul edilməsini xahiş etdi. Mülki iş iddiaçı X1 vəsatətinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)- 1919/2022 nömrəli qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, iş üzrə mütəxəssis rəyi verilməsi üçün məhkəmənin qərardadı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə mütəxəssis rəyi verilmiş və mütəxəssis rəyi, sxem, smeta və hesab nömrəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********57 nömrəli məktubu ilə xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olduqdan sonra iş üzrə ekspert rəyi verilməsi üçün mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 03 aprel 2023-cü il tarixli 10/1457 nömrəli ekspert rəyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1457 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında cavabdehlər X22 iddia tələbini qəbul etməyərək göstərdi ki, Kürdəmir rayonunun ərazisində ailə üzvlərinə məxsus 1,2192 hektar torpaq sahəsi var. Həmin torpaq sahəsi birgə mümülkiyyət hüququ əsasında ailə üzvlərinə məxsusdur. Torpaq sahəsi onların mülkiyyətinə veriləndən sonra uzun müddətdir ki, həmin torpaq sahəsindən istifadə edirlər. Onların torpaq sahəsi iddiaçı X2 məxsus pay torpaq sahəsi ilə qonşu ərazidə yerləşir. Hazırda ailə üzvlərinə məxsus pay torpaq sahəsində əkin işləri aparmış, lakin buna baxmayaraq iddiaçı onların əkin əkdikləri torpaq sahəsinin ona məxsus olduğunu bildirirlər. Onlar uzun müddətdir ki, həmin torpaq sahəsini əkib-becərirlər və buna görə aralarında heç bir mübahisə olmayıb. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə digər Cavabdeh1 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən 18 mart 2019cu il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən 11 noyabr 2009-cu il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2009cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0096 KOD 90616028 nömrəli Dövlət aktının surətindən görünür ki, X11, X12, Cavabdeh1 İsrafil oğluna Kürdəmir rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 14 avqust tarixli 08 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün Kürdəmir rayonu ərazisindən 0,58 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, X23, Cavabdeh2, X15, X24, X13 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət Reyestrindən ********** nömrəli, xx.xx.2022-vci il tarixli, çıxarışla Kürdəmir rayonu, Qağacılı kəndi ərazisindən 1.2192 ha Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0098 KOD 90616028 nömrəli Dövlət aktının surətindən görünür ki, X16, X9, X6, X3, X4 və X5 Kürdəmir rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 14 avqust tarixli 08 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün Kürdəmir rayonu Qağacılı kənd ərazisindən 0,93 hektar torpaq sahəsi verilmişdir İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən X2 göndərilmiş xx.xx.2022-ci il tarixli, 27/3278 nömrəli məktubdan görünür ki, onun müraciətinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən JN-0098 saylı Dövlət aktı ilə mülkiyyətində olan Kürdəmir rayonu Qağacılı kəndində yerləşən 0,93 ha torpaq sahəsinə baxış keçirilərək döngə nöqtələrinin kordinatları yerində ona tanıdılmış və həmin torpaq sahəsindən faktiki olaraq başqa vətəndaşın istifadə etdiyi müəyyən edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, 2 və 3cü suallar üzrə iddiaçı X6 və ailə üzvlərinin JN-0098 nömrəli Torpağa mülkiyyət hüququna dair Aktı ilə mülkiyyətinə verilmiş 0,93 ha torpaq sahəsinin İddiaçının naturada göstərdiyi 0.97 ha və cavabdehin naturada göstərdiyi 1,78 ha torpaq sahəsinin koordinatları GPS aparatı vasitəsi ilə götürülmüşdür. Araşdırma zamanı məlum olmuşdur ki, cavabdehin naturada göstərdiyi və faktiki istifadə etdiklərini bildirdiyi 1.78 ha torpaq sahəsi idarənin elektron məlumat bazasında təqdim olunan “AZCAD” məlumatlarına əsasən JN-0098 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,93 ha torpaq sahəsi ilə üst-üstə düşür. Naturada aparılmış çöl ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem mütəxəssis rəyinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1457 nömrəli Ekspert rəyindən görünür ki, Qərardadın 1-ci, 2-ci və 3-cü sualları üzrə: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2- 387/2023 nömrəli mütəxəssis rəyineə əsasən, qeyd olunur ki, cavabdehin naturada göstərdiyi və faktiki istifadə etdiklərini bildirdikləri 1,78 ha torpaq sahəsinin elektron məlumat bazasında təqdim olunan “AZCAD” məlumatlarına əsasən JN-0098 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,93 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Məhkəmə iddiaçının və cavabdeh X14 izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə ailə üzvləri ilə birlikdə onlara kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,93 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onlara verilən gündən qonşuları (cavabdehlər) X22 və Cavabdeh1 həmin torpaq sahəsi zəbt edərək özününkü kimi istifadlə edirlər. Belə ki, cavabdeh X14 ailə üzvləri: X23, X15, X24, X17 ilə birgə mülkiyyətdə olan Kürdəmir rayonu, Qağacılı kəndi ərazisindən 1.2192 ha Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Ümumi mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçilər arasında bölgü sxemi olmadığından, mülkiyyətçilər o torpaq sahəsindən kimin hansı yerdən istifadə etmələri məlum deyil. “yalnız cavabdeh X22 mülkiyyətlərinə verilmiş bütün torpaq sahəsindən istifadə edir” bu səbəbdən çıxarış üzrə digər mülkiyyətçilər cavabdeh kimi cəlb edilməmişlər. Digər Cavabdeh1 İsrafil oğluna aid torpaq sahəsinin X11, X7 aid 0.58 ha Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Ümumi mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçilər arasında bölgü sxemi olmadığından, mülkiyyətçilər o torpaq sahəsindən kimin hansı yerdən istifadə etmələri məlum deyil. “yalnız Cavabdeh1 İsrafil oğlu mülkiyyətlərinə verilmiş bütün torpaq sahəsindən istifadə edir” bu səbəbdən mülkiyyət hüququ üzrə üzrə digər mülkiyyətçilər cavabdeh kimi cəlb edilməmişlər. İddiaçı, dəfələrlə cavabdehlərdən məsələni məhkəmədən kənar sülh yolu ilə həll edilməsini xahiş etsə də, Xaliq və Asif bunu istəməyərək öz qanunsuz hərəkətlərinə davam etmişlər. O, Daşınmaz Əmslakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmiş və idarədən gələn nümayəndələrin iştirakı ilə həmin yerə baxış keçirilmiş və həqiqətən də Xaliq və Asif ona məxsus 0,93 ha torpaq sahəsini zəbt etməsi müəyyən edilmişdir. Cavabdeh ona məxsus torpaq sahəsindən istifadə etməyə imkan vermir və bu işin məhkəmədən kənar həll edilməsini istəmir. Hazırda həmin torpaq sahəsində əsasən taxıl məhsulları əkib-becərmək istəyir. Lakin cavabdehlər torpaqdan çıxmır və buna imkan vermirlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 78.1-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarından görünür ki, Kürdəmir rayonu Qağacılı kəndi ərazisində yerləşən 0,93 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətindədir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, iddiaçı X6 və ailə üzvlərinin JN-0098 nömrəli Torpağa mülkiyyət hüququna dair Aktı ilə mülkiyyətinə verilmiş 0,93 ha torpaq sahəsinin döngə nöqtələri və kordinatları müəyyən olunmuşdur. İddiaçı X6 və ailə üzvlərinin JN-0098 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə mülkiyyətinə verilmiş 0,93 ha torpaq sahəsinin 0,93 ha (JN-0098) hissəsi cavabdehlərin naturada göstərdikləri və faktiki istifadə etdiklərini bildirdikləri 1,78 ha torpaq sahəsinin 0,93 ha hissəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1457 nömrəli Ekspert rəyindən görünür ki, Qərardadın 1-ci, 2-ci və 3-cü sualları üzrə: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2- 387/2023 nömrəli mütəxəssis rəyinə əsasən, qeyd olunur ki, cavabdehin naturada göstərdiyi və faktiki istifadə etdiklərini bildirdikləri 1,78 ha torpaq sahəsinin elektron məlumat bazasında təqdim olunan “AZCAD” məlumatlarına əsasən JN-0098 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,93 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə iş üzrə sübutları araşdıraraq müəyyən etmişdir ki, Kürdəmir rayonu Qağacılı kəndi ərazisində yerləşən 0,93 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı X6 və onun ailə üzvlərinin birgə mülkiyyətində olmaqla, həmin torpaq sahəsinin 0,93 ha hissəsi hazırda cavabdehlər tərəfindən qanunsuz istifadə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 2 nömrəli Qərarının 3-cü bəndinə görə torpaq sahəsi ilə bağlı mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş üzrə aparılmış ekspertiza xərcləri cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, cavabdehlər X22 və Cavabdeh1 iddiaçı X6 və onun ailə üzvlərinin birgə mülkiyyətində olan Kürdəmir rayonu Ərəbqubalı kəndi ərazisində yerləşən 0,93 hektar ölçüdə kənd təsəprrüfatı təyinatlı torpaq sahəsinin 0,93 ha hissəsindən məcburi qaydada çıxarılmalı və həmin torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən edilən qanunsuz hərəkətlərə qadağa qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər X22 və Cavabdeh1 iddiaçı X6 və onun ailə üzvlərinin birgə mülkiyyətində olan Kürdəmir rayonu Qağacılı kəndi ərazisində yerləşən 0,93 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,93 ha hissəsindən məcburi qaydada çıxarılsınlar və həmin torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən edilən qanunsuz hərəkətlərə qadağa qoyulsun. Cavabdehlər X22 və Cavabdeh1 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq Büdcə təsnifatı kodu 142595, Büdcə səviyyəsinin kodu 3, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE ******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-169/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-169/2023
03.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver