Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-171/2023 13.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 İrrəhmən oğlu və Cavabdeh2 qarşı cavabdehlərin ona məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılması və qanunsuz hərəkətlərə qadağa qoyulması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılması və qanunsuz hərəkətlərə qadağa qoyulması barədə qətnmə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 nömrəli qərarı ilə ailə üzvləri ilə birlikdə onlara kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,37 ha torpaq sazhəsi verilmişdir. Həmin torpaq sahəsi onlara verilən gündən qonşuları mərhum X6 övladları Cavabdeh1 və Cavabdeh2 qardlaşları həmin torpaq sahəsinin 0,92 hissəsini zəbt edərək özününkü kimi istifadlə edirlər. O, dəfələrlə cavabdehlərdən məsələni məhkəmədən kənar sülh yolu ilə həll edjilməsini xahiş etsə də Nəriman və Kamran bunu istəməyərək öz qanunsuz hərəkətlərinə davam etmişlər. O, Daşınmaz Əmslakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmiş və idarədən gələn nümayəndələrin və bələdiyyə sədrinin iştirakı ilə həmin yerə baxış keçirilmiş və həqiqətən də Nəriman və Kamranın ona məxsus 0,92 ha torpaq sahəsini zəbt etməsi müəyyən ejdilmişdir. Hətda bu barədə ona arayış da təqdim edildi. Cavabdeh ona məxsus torpaq sahəsindən istifadə etməyə imkan vermir və bui şin məhkəmədən kənar həll edilməsini istəmir. Hazırda həmin torpaq sahəsində əsasən taxıl məhsulları əkib-becərmək istəyir. Lakin cavabdehlər torpaqdan ççıxmır və buna imkan vermirlər. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılması və qanunsuz hərəkətlərə qadağa qoyulması barədə qətnmə qəbul edilməsini xahiş etdi. Mülki iş İddiaçı vəsatətinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-1802/2022 nömrəli qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, iş üzrə mütəxəssis rəyi verilməsi üçün məhkəmənin qərardadı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə mütəxəssis rəyi verilmiş və mütəxəssis rəyi, sxem, smeta və hesab nömrəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2- 375/2023 nömrəli məktubu ilə xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olduqdan sonra iş üzrə ekspert rəyi verilməsi üçün mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 17 mart 2023-cü il tarixli 10/1448 nömrəli ekspert rəyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1448 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, Kürdəmir rayonunun Ərəbqubalı kəndi ərazisində ailə üzvlərinə məxsus 3,58 hektar torpaq sahəsi var. Həmin torpaq sahəsi birgə mümülkiyyət hüququ əsasında ailə üzvlərinə məxsusdur. Torpaq sahəsi onların mülkiyyətinə veqriləndən sonra uzun müddətdir ki, həmin torpaq sahəsindən istifadə edirlər. Onların torpaq sahəsi İddiaçı məxsus pay torpaq sahəsi ilə qonşu ərazidə yerləşir. Hazırda ailə üzvlərinə məxsus pay torpaq sahşəsində əkin işləri aparmış, lakin buna baxmayaraq iddiaçı onların əkin əkdikləri torpaq sahəsinin ona məxsus olduğunu bildirirlər. Onlar uzun müddətdir ki, həmin torpaq sahəsini əkib-becərirlər və buna görə aralarında heç bir mübahisə olmayıb. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə digər Cavabdeh2 İrrəhmən oğluna lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-200 KOD 90602018 nömrəli Dövlət aktının surətindən görünür ki, X1, X9, X10, İddiaçı və X2 Kürdəmir rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 23 may tarixli 05 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün Kürdəmir rayonu Ərəbqubalı kəndi ərazisindən 1,37 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-199 KOD 90602018 nömrəli Dövlət aktının surətindən görünür ki, X13, X14, X11, X12, Cavabdeh2, X3, X15 və X7 Kürdəmir rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 23 may tarixli 05 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün Kürdəmir rayonu Ərəbqubalı kəndi ərazisindən 3,58 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən İddiaçı göndərilmiş xx.xx.2022-ci il tarixli, 27/3186 nömrəli məktubdan görünür ki, onun müraciətinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən JN-200 saylı Dövlət aktı ilə mülkiyyətində olan Kürdəmir rayonu Ərəbqubalı kəndində yerləşən 0,92 ha torpaq sahəsinə baxış keçirilərək döngə nöqtələrinin kordinatları yerində ona tanıdılmış və həmin torpaq sahəsindən faktiki olaraq başqa vətəndaşın istifadə etdiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayonu Ərəbqubalı Bələdiyyəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli, 72 nömrəli arayışdan görünür ki, həqiqətən Aqrar islahat aparılarkən ailə üzvləri ilə birlikdə onlara 1,37 hektar çöl pay torpağı qeydə alınmışdır. Mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, 1 və 2ci suallar üzrə iddiaçı X4 və ailə üzvlərinin JN-200 nömrəli Torpağa mülkiyyət hüququna dair Aktı ilə mülkiyyətinə verilmiş 1,37 ha torpaq sahəsinin 0,92 ha (JN-200Q) hissəsinin döngə nöqtələri və kordinatları müəyyən olunmuşdur. 3-cü sual üzrə İddiaçı və ailə üzvlərinin JN-200 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə mülkiyyətinə verilmiş 1,37 ha torpaq sahəsinin 0,92 ha (JN-200Q) hissəsi cavabdehlərin naturada göstərdikləri və faktiki istifadə etdiklərini bildirdikləri 0,70 ha torpaq sahəsinin 0,51 ha hissəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Naturada aparılmış çöl ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem mütəxəssis rəyinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1448 nömrəli Ekspert rəyindən görünür ki, Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-375/2023 nömrəli mütəxəssis rəyineə əsasən, İddiaçı və ailə üzvlərinin JN-200 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə mülkiyyətinə verilmiş 1,37 ha torpaq sahəsinin 0,92 ha (JN- 200Q) hissəsinin döngə nöqtələri və kordinatları müəyyən olunmuşdur. Qərardadın 2-ci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, iddiaçı X4 və ailə üzvlərinin JN-200 nömrəli Torpağa mülkiyyət hüquna dair Dövlət aktı ilə mülkiyyətinə verilmiş 1,37 ha torpaq sahəsinin 0,92 ha (JN- 200Q) hissəsinin cavabdehlərin naturadla göstərdikləri və faktiki istifadə etdiklərini bildirdikləri 0,70 ha torpaq sahəsinin 0,51 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Məhkəmə iddiaçının və Cavabdeh1 izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 nömrəli qərarı ilə ailə üzvləri ilə birlikdə onlara kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,37 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onlara verilən gündən qonşuları mərhum X6 övladları Cavabdeh1 və Cavabdeh2 qardlaşları həmin torpaq sahəsinin 0,92 hissəsini zəbt edərək özününkü kimi istifadlə edirlər. O, dəfələrlə cavabdehlərdən məsələni məhkəmədən kənar sülh yolu ilə həll edilməsini xahiş etsə də, Nəriman və Kamran bunu istəməyərək öz qanunsuz hərəkətlərinə davam etmişlər. O, Daşınmaz Əmslakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmiş və idarədən gələn nümayəndələrin və bələdiyyə sədrinin iştirakı ilə həmin yerə baxış keçirilmiş və həqiqətən də Nəriman və Kamranın ona məxsus 0,92 ha torpaq sahəsini zəbt etməsi müəyyən edilmiş və bu barədə ona arayış da təqdim edilmişdir. Cavabdehlər ona məxsus torpaq sahəsindən istifadə etməyə imkan vermir və bu işin məhkəmədən kənar həll edilməsini istəmirlər. Hazırda həmin torpaq sahəsində əsasən taxıl məhsulları əkib-becərmək istəyir. Lakin cavabdehlər torpaqdan çıxmır və buna imkan vermirlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 78.1-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarından görünür ki, Kürdəmir rayonu Ərəbqubalı kəndi ərazisində yerləşən 1,37 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətindədir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, iddiaçı X4 və ailə üzvlərinin JN-200 nömrəli Torpağa mülkiyyət hüququna dair Aktı ilə mülkiyyətinə verilmiş 1,37 ha torpaq sahəsinin 0,92 ha (JN-200Q) hissəsinin döngə nöqtələri və kordinatları müəyyən olunmuşdur. İddiaçı və ailə üzvlərinin JN-200 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə mülkiyyətinə verilmiş 1,37 ha torpaq sahəsinin 0,92 ha (JN-200Q) hissəsi cavabdehlərin naturada göstərdikləri və faktiki istifadə etdiklərini bildirdikləri 0,70 ha torpaq sahəsinin 0,51 ha hissəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1448 nömrəli Ekspert rəyindən görünür ki, Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-375/2023 nömrəli mütəxəssis rəyineə əsasən, İddiaçı və ailə üzvlərinin JN-200 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə mülkiyyətinə verilmiş 1,37 ha torpaq sahəsinin 0,92 ha (JN- 200Q) hissəsinin döngə nöqtələri və kordinatları müəyyən olunmuşdur. Həmçinin həmin mütəxəssis rəyinə əlavə edilmiş Kürdəmir rayonu Ərəbqubalı kəndi ərazisində məhkəmə mübahisəsi predmeti olan torpaq sahəsinin yerləşmə sxemindən də görünür ki, İddiaçı və onun ailə üzvlərinə GN-200 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən mülkiyyətinə verilmiş 1,37 ha torpaq sahəsinin 0,92 ha hissəsindən hazırda cavabdehlər tərəfindən zəbt olunub istifadə etmələri müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış və iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 27/3186 nömrəli məktubdan da görünür ki, N.A.Şallıyevin xx.xx.2022-ci il tarixli müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsində baxılmış və JN-200 saylı dövlət aktı ilə onun mülkiyyətində olan Kürdəmir rayonu Ərəbqubalı kəndində yerləşən 0,92 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisi tərəfindən baxış keçirilərək döngə nöqtələrinin kordinatları yerində ona tanıdılmış və həmin torpaq sahəsindən faktiki olaraq başqa vətəndaşın istifadə etdiyi müəyyən edilmişdir. Məhkəmə iş üzrə sübutları araşdıraraq müəyyən etmişdir ki, Kürdəmir rayonu Ərəbqubalı kəndi ərazisində yerləşən 1,37 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətində olmaqla, həmin torpaq sahəsinin 0,92 ha hissəsi hazırda cavabdehlər tərəfindən qanunsuz zəbt edilərək istifadə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli 2 nömrəli Qərarının 3-cü bəndinə görə torpaq sahəsi ilə bağlı mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş üzrə aparılmış ekspertiza xərcləri cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətində olan Kürdəmir rayonu Ərəbqubalı kəndi ərazisində yerləşən 1,37 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,92 ha hissəsindən məcburi qaydada çıxarılmalı və həmin torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən edilən qanunsuz hərəkətlərə qadağa qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X5 və onun ailə üzvlərinin birgə mülkiyyətində olan Kürdəmir rayonu Ərəbqubalı kəndi ərazisində yerləşən 1,37 hektar ölçüdə kənd təsəprrüfatı təyinatlı torpaq sahəsinin 0,92 ha hissəsindən məcburi qaydada çıxarılsınlar və həmin torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən edilən qanunsuz hərəkətlərə qadağa qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq Büdcə təsnifatı kodu 142595, Büdcə səviyyəsinin kodu 3, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE ******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-171/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-171/2023
13.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver