Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1712/2023 21.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı X20, X2*, X*5, X*3 və X5 üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək *0.09.20*2-ci il tarixdə ölmüş mərhum X2 və **.02.20*5-ci il tarixdə ölmüş mərhum anası X3 miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün (daşınar və daşınmaz) əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülmə səbəbinin üzürlü hesab edilməsi və həmin əmlakla bağlı ona yeganə vərəsə olaraq Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, öz ailə üzvləri ilə birlikdə hazırda Kürdəmir rayonunun Cəyli kəndində yaşayır. X2 *0.09.20*2-ci il tarixdə, anası X*6 isə **.02.20*5-ci il tarixdə vəfat etmişlər. Mərhum valideynləri ölənə kimi onunla birlikdə yaşamışlar. Valideynləri öləndən sonra onlardan qalmış bütün miras əmlakı o, özü qəbul edib idarə edir. Digər bacı-qardaşları valideynlərindən qalan miras əmlakı qəbul etməmiş və həmin miras əmlakdan onun xeyrinə imtina edərək miras əmlaka dair heç bir iddia və tələblərinin olmaması barədə notariat qaydasında təsdiq olunmuş ərizə vermişlər. Rusiya Federasiyasının vətəndaşı olan digər qardaşım X25 da valideynlərindən qalan miras əmlakı qəbul etməmiş, miras əmlakdan onun xeyrinə imtina etmiş və bu barədə notariat qaydasında təsdiq olunmuş ərizə vermişdir. O, digər bacı qardaşları, X20, X*5, X*3, X6 və X** razılığı ilə mərhum valideynlərindən miras qalan Kürdəmir rayonunun Cəyli kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş *,69 ha torpaq sahəsini öz adına sənədləşdirmək üçün 2023-cü ilin may ayında Kürdəmir regional Asan xidmət mərkəzində notariat ofisinə müraciət etmişdir. Kürdəmir regional Asan xiddmət mərkəzində notariat ofisi mirasın qəbul edildiyi müddətin ötürüldüyünü bildirib ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş və ona məhkəməyə müraciət etməsini tövsiyyə edib məktub vermişlər. Ona görə də *0.09.20*2-ci il tarixdə ölmüş mərhum X2 və **.02.20*5-ci il tarixdə ölmüş mərhum anası X3 miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün (daşınar və daşınmaz) əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülmə səbəbinin üzürlü hesab edilməsi və həmin əmlakla bağlı ona yeganə vərəsə olaraq Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ 34952* nömrəli Ölüm haqqında şəhadətnamənin surətindəın görünür ki, X*7 *0.09.20*2-ci il tarixdə Kürdəmir rayonunun Cəyli kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ 349522 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindəın görünür ki, X*6 **.02.20*5-ci il tarixdə Kürdəmir rayonunun Cəyli kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Qeydiyyat şöbəsinin 23.**.2023-cü il tarixli, AZ 308538 nömrəli Arayışından görünür ki, X26 2*.03.*984-cü il tarixdə Kürdəmir rayonunun Cəyli kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Cəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı verilmiş 2*.08.2023-cü il tarixli, 729 nömrəli arayışdan görünür ki, mərhum X2 onunla birlikdə Kürdəmir rayonunun Cəyyli kəndində yaşamış, *0.09.20*2-ci il tarixdə vəfat etmiş və onun ailə üzvləri oğlu İddiaçı, X20, X25, qızı X*5, X*3, X6 və X7 ibarət olmuşdur. İş materiallarına əlavə edilmiş və Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı verilmiş “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə dair xx.xx.2023-cü il tarixli, 05/09/S/*502*2-23 nömrəli Arayışda onun ailə tərkibi X2 (05.04.*938) (ölüb), anası X*6 (0*.07.*950) (ölüb), qardaşı X20 (20.0*.*967), X25 (08.*2.*968) (xarici vətəndaş), bacısı X*5 (0*.0*.*97*), X*3 (*5.03.*973), X6 (29.0*.*975), X2* (06.*0.*979) və qardaşı X26 (05.*2.*983) (ölüb) olması aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş və Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı göndərilmiş xx.xx.2023-cü il tarixli, 982 nömrəli məktubdan görünür ki, X*8 və X3 miras qalan əmlaka dair yeganə vərəsə olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin mirasın qəbulu müddətini ötürdüyünə görə onu yeganə vərəsə təyin etmək və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarına əlavə edilmiş X*2 notariat qaydasında təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, **********683 nömrəli ərizəsindən görünür ki, o, *0.09.20*2-ci il tarixdə ölmüş X2ndan miras qalmış əmlakı faktiki qəbul etməmişdir, miras əmlaka dair heç bir iddia və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş X9 notariat qaydasında təsdiq olunmuş 2*.08.2023-cü il tarixli, 2334*800*0048 nömrəli ərizəsindən görünür ki, o, *0.09.20*2-ci il tarixdə ölmüş X2ndan miras qalmış əmlakı faktiki qəbul etməmişdir, miras əmlaka dair heç bir iddia və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş X4 notariat qaydasında təsdiq olunmuş 2*.08.2023-cü il tarixli, 2334*800*0046 nömrəli ərizəsindən görünür ki, o, *0.09.20*2-ci il tarixdə ölmüş X2ndan miras qalmış əmlakı faktiki qəbul etməmişdir, miras əmlaka dair heç bir iddia və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş X** notariat qaydasında təsdiq olunmuş 2*.08.2023-cü il tarixli, 2334*800*0044 nömrəli ərizəsindən görünür ki, o, *0.09.20*2-ci il tarixdə ölmüş X2ndan miras qalmış əmlakı faktiki qəbul etməmişdir, miras əmlaka dair heç bir iddia və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş X* notariat qaydasında təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, **********680 nömrəli ərizəsindən görünür ki, o, *3.09.20*2-ci il tarixdə ölmüş X2ndan miras qalmış əmlakı faktiki qəbul etməmişdir, miras əmlaka dair heç bir iddia və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Rusiya Federasiyası vətəndaşı X*4 notariat qaydasında təsdiq olunmuş 09.*2.2023-cü il tarixli, 77AD 476*442 nömrəli ərizəsindən görünür ki, o, valideynləri vəfat etdikdən sonra bütün əsaslarla mirasdan imtina etdiyini təsdiq etmiş, mirasdan imtina edir, mirasın qəbulu üçün müddəti bərpa etmək üçün məhkəməyə müraciət etmək fikrində deyil, ata-anasının mülkü (o cümlədən Azərbaycan Respublikasının Kürdəmir rayonunun Cəyli kəndində yerləşən ev, torpaq sahələri) vərəsəlik yolu ilə xx xxxxx *964-cü il təvəllüdlü qardaşı İddiaçı mülkiyyətinə keçməsinə razı olduğunu bildirmişdir. Məhkəmə iddiaçının izahatını, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı o, öz ailə üzvləri ilə birlikdə hazırda Kürdəmir rayonunun Cəyli kəndində yaşayır. X2 *0.09.20*2ci il tarixdə, anası X*6 isə **.02.20*5-ci il tarixdə vəfat etmişlər. Mərhum valideynləri ölənə kimi onunla birlikdə yaşamışlar. Valideynləri öləndən sonra onlardan qalmış bütün miras əmlakı o, özü qəbul edib idarə edir. Digər bacı-qardaşları valideynlərindən qalan miras əmlakı qəbul etməmiş və həmin miras əmlakdan onun xeyrinə imtina edərək miras əmlaka dair heç bir iddia və tələblərinin olmaması barədə notariat qaydasında təsdiq olunmuş ərizə vermişlər. Rusiya Federasiyasının vətəndaşı olan digər qardaşım X25 da valideynlərindən qalan miras əmlakı qəbul etməmiş, miras əmlakdan onun xeyrinə imtina etmiş və bu barədə notariat qaydasında təsdiq olunmuş ərizə vermişdir. O, digər bacı qardaşları, X20, X*5, X*3, X6 və X** razılığı ilə mərhum valideynlərindən miras qalan Kürdəmir rayonunun Cəyli kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş *,69 ha torpaq sahəsini öz adına sənədləşdirmək üçün 2023-cü ilin may ayında Kürdəmir regional Asan xidmət mərkəzində notariat ofisinə müraciət etmişdir. Kürdəmir regional Asan xiddmət mərkəzində notariat ofisi mirasın qəbul edildiyi müddətin ötürüldüyünü bildirib ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş və ona məhkəməyə müraciət etməsini tövsiyyə edib məktub vermişlər. Azərbaycan Respublikası Milki Məcəlləsinin **33.*-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **5*.*-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin **59.*-ci maddəsinin tələbinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin *247-ci maddəsinin tələbinə görə əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı ayaldək uzadılmalıdır. Həmin Məcəllənin *267-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Həmin Məcəllənin *32*-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. İş materiallarına əlavə edilmiş iddiaçının qardaş və bacıları-X20, X25, qızı X*5, X*3, X6 və X** notariat qaydasında təsdiq edilmiş ərizələrindən görünür ki, onlar mərhum valideynlərindən miras qalmış əmlakı faktiki olaraq qəbul etməmişlər və miras əmlaka dair heç bir iddia və tələblərinin olmadığını bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *248.*-ci maddəsinin tələbinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayırsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçının *0.09.20*2-ci il tarixdə ölmüş mərhum X2 və **.02.20*5-ci il tarixdə ölmüş mərhum anası X3 miras qalmış əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış prosessuadl müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *32*-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X*0 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə İddiaçı *0.09.20*2-ci il tarixdə ölmüş mərhum X2 və **.02.20*5-ci il tarixdə ölmüş mərhum anası X3 miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilmə səbəbi üzürlü hesab edilməsi və həmin əmlakla bağlı ona yeganə vərəsə olaraq Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı *0.09.20*2-ci il tarixdə ölmüş mərhum X2 və **.02.20*5-ci il tarixdə ölmüş mərhum anası X3 miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilmə səbəbi üzürlü hesab edilsin və həmin əmlakla bağlı ona yeganə vərəsə olaraq Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1712/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1712/2023
21.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver