Məhkəmə qərarları › İş №2(041)-1768/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1768/2025

13.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1768/2025 13.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Kürdəmir rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Kürdəmir rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il tarixdə Ucar rayonunun Qarabörk kəndində doğulmuş X2nın xx.xx.1960-cı il tarixdə Ucar rayonunun Qarabörk kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə hazırda ünvan 1 ünvanda yaşayır. Mərhum X2 xx.xx.1960-cı ildə Ucar rayonunun Qarabörk kəndində doğulmuş və mərhum valideynləri ona doğum haqqında şəhadətnamə almışlar. Mərhum valideynlərinin deməsinə görə bacısı Zülqayda 2 aylıq olarkən qəflətən xəstələnmiş və xx.xx.1960-cı il tarixdə ölmüşdür. X2 öləndən sonra mərhum valideynləri onu həmin vaxt yaşadıqları Ucar rayonunun Qarabörk kənd qəbristanlığında dəfn etmişlər. X2 körpə yaşında ölməsi mərhum valideynlərinə çox pis təsir etdiyinə görə həmin vaxt onun ölməsi barədə heç bir sənəd almamışlar. Hazırda mərhum valideynlərindən miras qalan və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin öz adına sənədləşdirilməsi məqsədi ilə mərhum X2na ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Ucar RİHB-nin Qarabörk kənd İƏD üzrə nümayəndəliyinə müraciət edib bacısı Z.A.İbrahimovanın vəfat etməsi və Qarabörk kənd qəbristanlığında dəfn edilməsi ilə bağlı arayış aldıqdan sonra Ucar rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Ucar rayon Qeydiyyat şöbəsində X2nın ölümünün qeyd edilmədiyini bildirib, bu barədə ona xx.xx.2025-ci il tarixli məktub vermişlər. Bundan sonra o, X2nın ölümü ilə bağlı tibbi şəhadətnaməni almaq üçün "Ucar rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə müraciət etmişdir. "Ucar rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi X2nın ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyini tövsiyyə etmiş və xəstəxana tərəfindən bu barədə xx.xx.2025-ci il tarixli məktub verilmişdir. Mərhum X2nın ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. O da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə maraqlı şəxs Kürdəmir rayon Qeydiyyat şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Rəhmətlik ata, anası onlar uşaq olanda İbrahimova Zülqaydanın öldüyünü danışardılar. Zülqayda ölən zaman 2 aylıq uşaq olmuşdur. Onu kənd camaatı Ucar rayonun Qarabörk kənd qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Ərizəçi onun qaynıdır. Qaynanasının danışdıqlarına əsasən bilir ki, Ərizəçi bir bacısı da olmuş, 2 aylıq olan zaman ölmüşdür. Onu Ucar rayonunun Qarabörk kənd qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Ərizəçi onun qaynıdır. O, 1989-cu ildə ailə həyatı qurmuşdur. 90-cı illərdə qaynanası bir qızının da olduğunu və onun 2 aylıq uşaq olan zaman öldüyünü demişdir. Onu kənd camaatı Ucar rayonunun Qarabörk qəbiristanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ucar rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-254/2025 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi bildirilmişdir ki, ölüm faktı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-195-ci maddələrinə və "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 №-li Qərarına əsasən aparılır. Qeyd olunan Qaydaların 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi əsasında aparılır. Ərizəsində qeyd etdiyi şəxsin ölümünü təsdiq edən tibb müəssisəsinin sənədi olmadığına görə ölümün qeydə alınması qeydiyyat şöbəsində aparıla bilməz. Bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunur. İş materiallarında olan Kürdəmir regional “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X6 xx.xx.1960-cı il tarixdə Ucar rayonu Qarabörk kəndində doğulmuşdur. Bu barədə xx.xx.1960-cı il tarixdə Ucar rayon Qarabörk kənd icra nümayəndəliyində 80 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ucar rayonu İcra Hakimiyyəti Başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-80-26/2-487/2025 nömrəli arayışından görünür ki, həqiqətən Ərizəçi X2 xx.xx.1960-cı il tarixdə vəfat etmişdir. Vəfat edən mərhum Ucar rayon Qarabörk kənd qəbirsanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Ucar rayon mərkəzi xəstəxanası” PHŞ-in xx.xx.2025-ci il tarixli 18-1-77/2-İ-301-42- 226/2025 nömrəli Ərizəçi ünvanlandığı məktubdan görünür ki, X2 xx.xx.1960-cı ildə vəfat edib. Lakin həmin vaxt ölüm haqqında şəhadətnamə almamışdır. Vətəndaşlıq vəziyyəti aktlarının, dövlət qeydiyyatı qaydasının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx.xx.2003cü il tarixli əmrinin 145 nömrəli Qərarı. Həmin qərarın 8.5-ci bəndində göstərilib ki, ölüm haqqında şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Xəstəxana tərəfindən verilmir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1960-cı ildə doğulmuş X4 xx.xx.1960-cı il tarixdə Ucar rayonu Qarabörk kəndində ev şəraitində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı ildə doğulmuş X4 xx.xx.1960-cı il tarixdə Ucar rayonu, Qarabörk kəndində ev şəraitində ölməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar