Məhkəmə qərarları › İş №2(041)-1791/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1791/2025

07.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1791/2025 07.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Kürdəmir Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 01 avqust 1962-ci il tarixdə Kürdəmir rayon Cəyli kəndində anadan olmuş X2 10 noyabr 1962-ci il tarixdə Kürdəmir rayon Cəyli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, ailə üzvləri ilə birlikdə hazırda Kürdəmir rayonunun Cəyli kəndində yaşayır. Mərhum X5 xx.xx.1962-ci ildə Kürdəmir rayonunun Cəyli kəndində doğulmuş və mərhum valideynləri ona doğum haqqında şəhadətnamə almışlar. Mərhum valideynlərinin deməsinə görə bacısı Aybəniz anadangəlmə anormal doğulmaqla, 3 aylıq olarkən xx.xx.1962-ci il tarixdə ölmüşdür. X5 öləndən sonra mərhum valideynləri onu Kürdəmir rayonunun Cəyli kənd qəbristanlığında dəfn etmişlər. X2 körpə yaşında ölməsi mərhum valideynlərinə çox pis təsir etdiyinə görə həmin vaxt onun ölməsi barədə heç bir sənəd almamışlar. Hazırda ailəyə vacib olan bəzi sənədləşmə işlərinin aparılması məqsədi ilə mərhum X5na ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Kürdəmir regional "Asan xidmət" mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş. Kürdəmir regional "Asan xidmət" mərkəzində Qeydiyyat şöbəsində X2 ölümünün qeyd edilmədiyini bildirib, bu barədə ona xx.xx.2025-ci il tarixli arayış vermişlər. Bundan sonra o X2 ölümü ilə bağlı tibbi şəhadətnaməni almaq üçün "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə müraciət etmiş. "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi mərhum X2 ölümü barəsində "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" PHŞ-də heç bir məlumatın tapılmadığını bildirib bu barədə ona xx.xx.2025-ci il tarixli məktub vermişlər. Mərhum X2 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ona görə də X2 ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə maraqlı şəxs Kürdəmir Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Ərizəçi həmkəndlisidir münasibətləri həmişə normal olmuş, biri-birinin xeyir-şər işlərində iştirak etmişlər. Mikayılova Aybəniz 1962-ci ilin avqust ayında anadan olub, 1962-ci ilin noyabr ayında xəstəlikdən vəfat etmiş. Onu kənd camaatı ilə birlikdə Kürdəmir rayonu Cəyli kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında dindirilmiş şahid X9 ifadəsində göstərmişdi ki, Ərizəçi onun qohumudur, münasibətləri həmişə normal olmuş, biri-birinin xeyir-şər işlərində iştirak etmişlər. X6 1962-ci ilin noyabr ayında xəstəlikdən vəfat etməsini eşitmiş, bildiyinə görə Kürdəmir rayonu Cəyli kənd qəbirstanlığında dəfn edilmişdir. İşə əlavə olunmuş, Kürdəmir regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 05/338 nömrəli arayışdan görünür ki, X10 xx.xx.1962-ci il tarixdə Kürdəmir rayonu Cəyli kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1962-ci il tarixdə Kürdəmir rayon Cəyli kənd icra nümayəndəliyində 89 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İşə əlavə olunmuş, Kürdəmir regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 05/339 nömrəli arayışından görünür ki, X6 ölüm haqqında akt qeydinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X11 Sistemində” xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli 18-1- 49/2-M-70-xx-xx/2025 nömrəli məktubdan görünür ki, X1 ilə əlaqədar müraciətlərinə cavab olaraq bildirmişlər ki, X6 ölümü haqqında Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Arxiv bölməsində məlumat tapılmamışdır. Səbəb isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş "Tibbi qeydiyyat sənədlərinin saxlanılması müddətinə əsasən ölüm haqqında qeydiyyat kitabının saxlanılma müddəti 3(üç) ildir. Müddət bitdikdən sonra utilizasiya olunur. İşdə olan, Kürdəmir rayon İHB-nın Cəyli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Ə.P.Paşayevin tərtib etdiyi xx.xx.2025-ci il tarixli 135 nömrəli arayışına əsasən, Kürdəmir rayonu Cəyli kənd ağsaqqallarının və qonşuların dediyinə görə Cəyli kəndində 1 avqust 1962-ci ildə X10 doğulmuş, 15 noyabr 1962-ci ildə dünyasını dəişmişdir, həqiqətən Cəyli kənd qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1962-ci ildə anadan olmuş X6 xx.xx.1962-cı ildə ölmüş, Kürdəmir rayonu Cəyli kənd qəbristanlığında dəfn edilmişlər. X4 ölümü haqqında şəhadətnamə alınmadığından, ərizəçi vərəsəliklə və daşınmaz əmlakla bağlı sənədləşmə işlərini apara bilmir. X6 xx.xx.1962-ci ildə ölməsi və onun Kürdəmir rayonu Cəyli kənd qəbirstanlığında dəfn edilməsi dindirilmiş şahidlərin ifadələri və işdə olan sənədlərlə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Hazırki iş üzrə ərizəçi xx.xx.1962-ci il tarixdə anadan olmuş X7 xx.xx.1962-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən, o cümlədən Kürdəmir regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 05/339 nömrəli arayışından görünür ki, X6 ölüm haqqında akt qeydinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X11 Sistemində” aşkar edilmədiyi göstərilmişdir. Başqa sözlə, xx.xx.1962-cı ildə anadan olmuş X6 xx.xx.1962-ci ildə ölməsi faktının dövlət qeydiyyatı orqanlarında qeydə alınmasından imtina edildiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1962-ci il tarixdə Kürdəmir rayon Cəyli kəndində anadan olmuş X6 xx.xx.1962-cı il tarixdə Kürdəmir rayonu Cəyli kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 339-341-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 avqust 1962-ci il tarixdə Kürdəmir rayon Cəyli kəndində anadan olmuş X6 10 noyabr 1962-ci il tarixdə Kürdəmir rayon Cəyli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar