Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-185/2024 01.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2000-ci il tarixdə ölmüş mərhum X3ndan miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirmə səbəbinin üzürlü hesab edilməsi və həmin əmlakla bağlı ona Cavabdeh tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin 29.**.*99*-ci il tarixli, ** nömrəli qərarına əsasən mərhum X3na Kürdəmir şəhərinin Cənub hissəsindən yerləşən 500 kv. metr ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. X3 xx.xx.2000-ci ildə ölmüş və o, ölənə kimi onunla bir yerdə yaşamışdır. X4 06.07.202*-ci il tarixdə ölmüşdür. Digər bacısı X*4 isə hazırda Kürdəmir rayonunun Şahsevən kəndində yaşayır. Mərhum X3ndan qalan bütün miras əmlaka, o cümlədən Kürdəmir şəhərinin Cənub hissəsindən yerləşən 500 kv. metr ölçüdə həyətyanı torpaq sahəsinidə anasının ölümündən sonra digər vərəsə olan bacısı X9 razılığı ilə o qəbul edib və idarə edir. xx.xx.2000-ci il tarixdə ölmüş mərhum X3ndan miras qalmış əmlakı öz adına sənədləşdirməsi üçün lazım olan sənədələri toplayıb Cavabdehnə müraciət etsədə notariat ofisi vərəsəliyin qəbul müddətinin ötürüldüyünü bildirib ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ona görə də xx.xx.2000-ci il tarixdə ölmüş mərhum X3ndan miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirmə səbəbinin üzürlü hesab edilməsi və həmin əmlakla bağlı ona Cavabdeh tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdehnə və üçüncü şəxs X** lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir İş materiallarına əlavə edilmiş Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin 29.**.*99*-ci il tarixli, ** nömrəli qərarının surətindən görünür ki, X7 Kürdəmir şəhərinin Cənub hissəsindən yerləşən 500 kv. metr ölçüdə ev tikmək üçün həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş və Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən təkrar verilmiş *9.09.2023-cü il tarixli, AZ-İİ 349577 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2000-ci il tarixdə Kürdəmir rayonunda ölmüşdür. İş materiallarına əlavə edilmiş və Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş *2.*2.*973-cü il tarixli, İİ JQ 366332 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.*955-ci il tarixində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kürdəmir rayon İHB-nın Kürdəmir rayon inzibati ərazi dairəsi üzrə nümayəndəsi R.S.Abuşov tərəfindən imzalanmış 3*.*0.2023-cü il tarixli, *303 nömrəli arayışdan görünür ki, X8 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Mərhum vəfat etdikdən sonra onun İddiaçı Abdulxaliq oğlu və X*8 qizi ailə üzvləri (varisləri) qalmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kürdəmir rayon İHB-nın Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi R.S.Abuşov tərəfindən imzalanmış *5.0*.2024-cü il tarixli, 5-56-*2/2-03 nömrəli Kürdəmir rayon məhkəməsinin sorğusuna cavabından görünür ki, ünvan 2 ünvanda yaşayan İddiaçı Abdulxaliq oğlunun mərhun anası X* qalmış vərəsələri: İddiaçı Abdulxaliq oğlu *955, X*2-(06.07.202*-ci ildə vəfat etmişdir), X*8 qizi (23.*2.2023-cü il tarixdə vəfat etmişdir). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi X2* Mərkəzi MTE şöbəsinin məhkəmə-tibb eksperti Elnur Nuriyev tərəfindən imzalanmış 23.*2.2023-cü il tarixli, *35/MEŞ nömrəli Arayışdan görünür ki, 23.*2.2023-cü il tarixdə Birliyin Mərkəzi meyitxanasına gətirilmiş *953-cü il təvəllüdlü, X*8 qizinın meyiti 23.*2.2023-cü il tarixdə məhkəmə tibb müayinəsindən keçirilmiş və dəfn olunması üçün qohumlarına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və Cavabdeh tərəfindən İddiaçı Abdulxaliq oğluna göndərilmiş 03.**.2023-cü il tarixli, *254 nömrəli məktubdan görünür ki, onun X5 miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı olan müraciətinə miras payın qəbul müddəti ötürüldüyündən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iddiaçının izahatını ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin 29.**.*99*-ci il tarixli, ** nömrəli qərarı ilə X7 Kürdəmir şəhərinin Cənub hissəsində yerləşən 500 kv. metr ölçüdə ev tikmək üçün həyətyanı torpaq sahəsi verilmişdir. X8 xx.xx.2000-ci il tarixdə ölmüşdür. Həmin torpaq sahəsindən hazırda iddiaçı özü istifadə edir və torpaq sahəsini öz adına sənədləşdirmək üçün vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Kürdəmir regional “Asan” xidmət mərkəzində notariat ofisinə müraciət etsə də, notariat ofisi vərəsəliyin qəbul müddətinin ötürüldüyünü bildirib ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş və bununla bağlı ona məhkəməyə müraciət etməsini tövsiyyə edib məktub vermişlər. Azərbaycan Respublikası Milki Məcəlləsinin **33.*-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **5*.*-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin **59.*-ci maddəsinin tələbinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin *247-ci maddəsinin tələbinə görə əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı ayaldək uzadılmalıdır. Həmin Məcəllənin *267-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Həmin Məcəllənin *32*-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *248.*-ci maddəsinin tələbinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayırsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı Abdulxaliq oğlunun xx.xx.2000-ci il tarixdə ölmüş mərhum X3nın adına Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin 29.**.*99*-ci il tarixli, ** nömrəli qərarı ilə Kürdəmir şəhərinin Cənub hissəsində yerləşən 500 kv. metr ölçüdə ev tikmək üçün həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi məqsədilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməli, qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *32*-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X*3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə İddiaçı Abdulxaliq oğlunun xx.xx.2000-ci il tarixdə ölmüş mərhum X3nın adına Kürdəmir şəhər XDS İcraiyyə Komitəsinin 29.**.*99*-ci il tarixli, ** nömrəli qərarı ilə Kürdəmir şəhərinin Cənub hissəsində yerləşən 500 kv. metr ölçüdə ev tikmək üçün həyətyanı torpaq sahəsinin və digər əmlaklarının sənədləşdirilməsi məqsədilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməli, qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2000-ci il tarixdə ölmüş mərhum X3ndan miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirmə səbəbi üzürlü hesab edilsin və vərəsəlik şəhadətnaməsi verilməsi üçün buraxılmış müddət bərpa edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-185/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-185/2024
01.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver