Məhkəmə qərarları › İş №2(041)-189/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-189/2023

16.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-189/2023 16.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçılar, İddiaçı1, X12 və cavabdehlər X6, X2 iştirakı ilə İddiaçılar İddiaçı1 və X12 cavabdehlər X6 və Cavabdeh2 birgə mülkiyyətdə olan torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X21 iddia ərizəsi ilə məhkməyə müraciət edərək Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə onlara və ailə üzvülərinə Kürdəmir rayonu, Qaramahmudlu kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 0.50 hektar torpaq sahəsindən cavabdehlər X6 və Cavabdeh2 məcburi qaydada çıxarılması və cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki iş iddiaçı, həmçinin İddiaçı1 vəsatətinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-1826/2022 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi verilməsi üçün həmin qərardadın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyi verildikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 10/3523 nömrəli ekspert rəyi X5 xx.xx.2023-cü il tarixli, 10/3523 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək göstərdi ki, torpaq islahatı apırılan müddətdə Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyun, 06 nömrəli qərarı ilə onun və ailə üzvülərinin birgə mülkiyyətinə 0.50 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə görə onlara torpağa mülkiyyət hüququna dair Dövlət aktı təqdim olunmuşdur. Onlara verilmiş pay torpaq sahəsini həmin vaxtdan istifadə edirlər. Belə ki, həmin torpaq sahəsində hər il taxıl əkib məhsul götürürlər. Hər il eyni qaydada torpaqdan istifadə edirlər. Bu ildə pay torpaq sahələrini şumlayıb əkmək istəmişlər. Lakin cavabdehlər onlara torpaqlarını şumlamağa imkan verməmişlər. Belə ki, cavabdehlər öz torpaq sahələri ilə birlikdə onlara məxsus pay torpaq sahəsinin də bir hissəsinin ətrafını traktorla dərin arx qazdıraraq torpaqlarını zəpt etmişlər. Cavabdehlər onlara məxsus torpağı öz torpaq sahələri kimi qanunsuz istifadə edirlər və torpaq sahələrindən istifadə etməklərinə maneələr yaradılar. Cavabdehlər onlara bildirirlər ki, həmin torpaq sahəsi bizə məxsusdur və sizin burada torpağınız yoxdur. Cavabdehlərlə aralarında olan mübahisəni həll etmək məqsədi ilə onlar Əmlak Məsələləri Dövlət Xidməi Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişlər. 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşları Dövlət aktına əsasən onların birgə mülkiyyətində olan mübahisəli torpaq sahəsinə gələrək CPS adlı cihazla ölçü işləri aparıb hazırda cavabdeh X13 və Cavabdeh2 tərəfindən zəbt olunub istifadə edilən torpaq sahəsinin onlara aid olduğunu göstərmişdir. Lakin cavabdehlər CPS cihazı ilə ölçülüb həmin torpaq sahəsinin onlara məxsu olduğunun təsdiq edilməsinə baxmayaraq cavabdehlər həmin torpaq sahəsinin onlara məxsus olmasını və torpaq sahəsindən çıxmayacaqlarını bildirir. Ona görə də Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə ailə üzvlərinə Kürdəmir rayonu, Qaramahmudlu kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 0.50 hektar torpaq sahəsindən cavabdehlər X6 və Cavabdeh2 məcburi qaydada çıxarılması və cavabdehlər tərəfindən həmin torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması barədə qətnamə xahiş etdi. Məhkəmə iclasında iddiaçı X1 Xasay Qulam oğlu ilə eyni məzmunda izahat verib Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə ailə üzvlərinə Kürdəmir rayonu, Qaramahmudlu kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 0.50 hektar torpaq sahəsindən cavabdehlər X6 və Cavabdeh2 məcburi qaydada çıxarılması və cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması barədə qətnamə xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh X7 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0033 KOD 90612058 nömrəli Dövlət aktının surətindən görünuür ki, X8 başda olmaqla İddiaçı1 və X16 Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 06 tarixli qərarına əsasən Kürdəmir rayonu Qaramahmudlu kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.50 hektar torpaq sahəsi verilmişdir. Cavabdeh tərəfindən məhkəmə hazırlıq iclasında təqdim edilmiş və iş materiallarına əlavə edilmiş JN-0032 KOD 90612058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, X14 başda olmaqla X13, X9, X15 və X3 Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarına əsasən Kürdəmir rayonu Qaramahmudlu kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,29 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin Yerquruluşunun təşkili təşkili şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1 AzCAD məlumatlarında göstərilən JN-0033 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı1 və ailə üzvülərinin mülkiyyətinə verilmiş, kənd təsərrüfatı təyinatlı 0.50 ha torpaq sahəsi cavabdeh X4 naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 7.17 ha torpaq sahəsi ilə üst-üstə düşür. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3523 nömrəli ekspert rəyindən görünür ki, qərardadın birinci və ikinci sualları üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İddarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-1040/2023 nömrəli mütəxəssis rəyinə əsasən, AzCAD məlumat larında göstərilən JN-0033 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, iddiaçının naturada göstərdiyi və cavabdehin faktiki istifadə etdiyini bildirdiyi 7.17 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Məhkəmə iddiaçıların və habelə iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə 3 nəfərdən ibarət ailə üzvlərinə Kürdəmir rayonunun Qaramahmudlu kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.50 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsi barədə JN-0033 KOD 90612058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Torpaq sahəsi onlara veriləndən sonra ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsindən özləri istifadə etmişlər. Cavabdehlər X13 və Cavabdeh2 onların birgə mülkiyyətidə olan torpaq sahəsini zəbt edib həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirərək istifadə edir. Cavabdehlər X13 və Cavabdeh2 ilə aralarında olan mübahisəni həll etmək məqsədi ilə onlar Əmlak Məsələləri Dövlət Xidməi Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişlər. 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşları Dövlət aktına əsasən onların birgə mülkiyyətində olan mübahisəli torpaq sahəsinə gələrək CPS adlı cihazla ölçü işləri aparıb hazırda cavabdeh X13 və Cavabdeh2 tərəfindən zəbt olunub istifadə edilən torpaq sahəsinin onlara aid olduğunu göstərmişdir. Lakin cavabdehlər CPS cihazı ilə ölçülüb həmin torpaq sahəsinin onlara məxsu olduğunun təsdiq edilməsinə baxmayaraq cavabdeh həmin torpaq sahəsinin ona məxsus olmasını və torpaq sahəsindən çıxmayacağını bildirir. Həmçinin qeyd edirik ki, cavabdehlərin əvvəl istifadə etldiyi torpaq sahəsi 0032 kod nömrəsi ilə qeydə alınmış torpaq sahəsi olmaqla, onların birgə mülkiyyətində olan torpaq sahəsi ilə qonşuluqda yerləşir. Cavabdehlər X6 və Cavabdeh2 JN-0033 KOD 90612058 nömrəli Dövlət aktına əsasən onların birgə mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt edib istifadə etməsi nəticəsində onların mülkiyyət hüquqları kobud surətdə pozulmuş və bunun da nəticəsində birgə mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 78.1-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarından görünür ki, Kürdəmir rayonu Qaramahmudlu kəndi ərazisində yerləşən JN-0033 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0,50 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların birgə mülkiyyətində, həmin torpaq sahəsinin qonşuluğunda yerləşən və JN-0032 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 3,29 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə cavabdeh və onun ailə üzvlərinin birgə mülkiyyətindədlir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, AzCAD məlumatlarında göstərilən JN-0033 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin kordinatları naturada müəyyən olunmuş, AzCAD məlumatlarında göstərilən JN-0033 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi AzCAD məlumatlarında göstərilən JN-0032 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə ilə üst-üstə düşməməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3523 nömrəli Ekspert rəyindən görünür ki, məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-1826/2022 nömrəli qərardadının birinci və ikinci sualı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İddarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-1040/2023 nömrəli mütəxəssis rəyinə əsasən, AzCAD məlumatlarında göstərilən JN-0033 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin kordinatları naturada müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə mütəxəssis rəyinə əsasən, AzCAD məlumatlarında göstərilən JN-0033 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin AzCAD məlumatlarında göstərilən JN-0032 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmi torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Həmin ekspertizanın rəyində AzCAD məlumatlarında göstərilən JN-033 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, iddiaçının naturada göstərdiyi və cavabdehin faktiki istifadə etdiyini bildirdiyi 7.17 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Məhkəmə iş üzrə sübutları araşdıraraq müəyyən etmişdir ki, Kürdəmir rayonu Qaramahmudlu kəndi ərazisində yerləşən 0,50 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 və onun ailə üzvlərinin X10 və onun ailə üzvlərinin birgə mülkiyyətində torpaq sahəsini hazırda cavabdehlər tərəfindən qanunsuz zəbt edilərək istifadə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli 2 nömrəli Qərarının 3-cü bəndinə görə torpaq sahəsi ilə bağlı mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X11 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş üzrə aparılmış ekspertiza xərcləri cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, cavabdehlər X13 və Cavabdeh2 iddiaçılar İddiaçı1 və X22 və onun ailə üzvlərinin birgə mülkiyyətində olan Kürdəmir rayonunun, Qaramahmudlu kəndi ərazisində yerləşən 0,50 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılmalı və cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadəyə edilən maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər X13 və Cavabdeh2 iddiaçılar İddiaçı1 və X21 və onun ailə üzvlərinin birgə mülkiyyətində olan Kürdəmir rayonunun, Qaramahmudlu kəndi ərazisində yerləşən 0,50 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılsın və cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadəyə edilən maneələr aradan qaldırılsın. Cavabdehlər X6 və Cavabdeh2 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq Büdcə təsnifatı kodu 142595, Büdcə səviyyəsinin kodu 3, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE ******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar