Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1936/2024 07.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1963-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuş qardaşı X5 04 iyul 1966-cı il tarixdə Kürdəmir şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, mərhum qardaşı X11 xx.xx.1963-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuşdur. Qardaşı Səbuhi mərhum atası və anasının dediyinə görə 04 iyul 1966-cı il tarixdə Kürdəmir şəhərində ölmüş və onu Kürdəmir rayon qəbristanlığında dəfn etmişlər. Səbuhinin körpə yaşlarında ölməsi valideynlərinə çox pis təsir etdiyinə görə ona həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda ailəmizə vacib olan bəzi sənədləşmə işlərinin aparılması üçün mərhum qardaşı X5 ölümü haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu məqsədlə o, Maraqlı şəxsnə müraciət edib mərhum qardaşı X5 ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Maraqlı şəxsndə qardaşı Səbuhinin ölümünün qeyd edilmədiyini bildirib ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müractət etməsini izah edərək, bu barədə məktub vermişlər. Mərhum qardaşı X5 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Anası yaşlı və xəstə olduğuna görə qardaşı Səbuhinin ölüm faktının müəyyən edilməsi ilə bağlı o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də xx.xx.1963-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuş qardaşı X5 04 iyul 1966-cı il tarixdə Kürdəmir şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində göstərdi ki, Ərizəçi və mərhum Cəbrayılov Səbuhi onun oğlanlarıdır. X2 xx.xx.1963-cü il tarixdə mərhum əri Cəbrayılov Mösümlə birgə nikahlarından Kürdəmir şəhərində doğulmuşdur. Səbuhi doğulandan sonra körpə yaşlarından ciyər xəstəliyinə tutulmuş və onun uzun müddət müxtəlif xəstəxanalarda müalicə etdirsələr də müalicənin heç bir nəticəsi olmamış o, xx.xx.1966-cı il tarixdə ölmüşdür. Oğlu Səbuhini yaşadıqları Kürdəmir şəhərinin qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclasında dindirilmiş şahid X1 Məleykə Salman qızı ilə eyni məzmunda ifadə verib qardaşı Cəbrayılov Səbuhinin xx.xx.1963-cü ildə doğulmasını və onun xx.xx.1966-cı il tarixdə ciyər xəsiəliyindən öldüyünü və yaşadıqları Kürdəmir şəhərinin qəbristanlığında dəfn edildiyini anasından və mərhum atasından eşitdiiyini bildirdi. İş materiallarına əlavə edilmiş xx.xx.1963-cü il tarixli, AZ 365335 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1963-cü il tarixdə Kürdəmir şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-10-2xx-xx/2024 nömrəli məktubdan görünür ki, onun xx.xx.1963-cü il təvəllüdlu qardaşı X5 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmamış və ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. İş materiallarına əlavə edilmiş X6, X8 və Ərizəçi iştirakı ilə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş və Kürdəmir RİHB-nin Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş aktdan görünür ki, X11 1963-cü ildə Kürdəmir şəhərində anadan olmuş, 1966-cı ildə isə Kürdəmir şəhərində ölmüşdür. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi mərhum qardaşı X11 xx.xx.1963-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuşdur. Qardaşı Səbuhi mərhum atası və anasının dediyinə görə 04 iyul 1966-cı il tarixdə Kürdəmir şəhərində ölmüş və onu Kürdəmir rayon qəbristanlığında dəfn etmişlər. Səbuhinin körpə yaşlarında ölməsi valideynlərinə çox pis təsir etdiyinə görə ona həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda ailəmizə vacib olan bəzi sənədləşmə işlərinin aparılması üçün mərhum qardaşı X5 ölümü haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu məqsədlə o, Maraqlı şəxsnə müraciət edib mərhum qardaşı X5 ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Maraqlı şəxsndə qardaşı Səbuhinin ölümünün qeyd edilmədiyini bildirib ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müractət etməsini izah edərək, bu barədə məktub vermişlər. Mərhum qardaşı X5 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ərizəçinin xx.xx.1963-cü il təvəllüdlü qardaşı X5 xx.xx.1966-cı il tarixdə Kürdəmir şəhərində ölməsi özünün izahatı, iş üzrə dindirilmiş şahidlər X6 və X3 ifadələri ilə, həmçinin iş materialları ilə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X9 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizəçi X4 ərizəsi təmin edilməli, xx.xx.1963-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuş X5 xx.xx.1966-cı il tarixdə Kürdəmir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 305, 339-341-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuş X5 xx.xx.1966-cı il tarixdə Kürdəmir şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1936/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1936/2024
07.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver