Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-198/2025 13.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il tarixdə Kürdəmir şəhərində doğulmuş bacısı X2 xx.xx.1990-cı il tarixdə Kürdəmir şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, bacısı X4 xx.xx.1990-cı il tarixdə Kürdəmir şəhərində doğulmuş və valideynləri ona xx.xx.1990-cı il tarixdə Maraqlı şəxsndən doğum haqqında şəhadətnamə almışlar. Bacısı Aygül mərhum atası və anası dediyinə görə doğulandan sonra cəmi 3 aya yaxın yaşayandan sonra xx.xx.1990-cı il tarixdə Kürdəmir şəhərində ölmüş və onu Kürdəmir rayon qəbirstanlığında dəfn etmişlər. Aygül körpə yaşlarında ölməsi valideynlərinə çox pis təsir etdiyinə görə ona həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda ailəyə vacib olan bəzi vərəsəliklə bağlı sənədləşmə işlərinin aparılması üçün mərhum bacısının ölümü haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmağını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Ərizəçi onun qohumudur. Ərizəçinin bacısı Aygül xx.xx.1990-cı ildə evdə ölmüş, onları kənd camaatı Kürdəmir rayon Şıxlıq qəbirstanlığında dəfn etmişlər. O, yaxın qonşu kimi dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 digər şahid X7 ilə eyni məzmunda ifadə verərək Aygülün xx.xx.1990-cı ildə ev şəraitində öldüyünü, onun Kürdəmir rayon Şıxlıq qəbiristanlığında dəfn edildiyini təsdiq etdi. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-10-3xx-xx/2024 nömrəli məktubundan müəyyən olunur ki, X2 ölüm faktının qeydə alınması ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün mümkün olmadığından imtina edilərək, Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 337823 nömrəli Kürdəmir rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X4 xx.xx.1990-cı ildə Kürdəmir şəhərində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Kürdəmir rayon Mərkəzi xəstəxanasının publik hüquqi şəxsi tərəfindən yazılı sorğuya cavab olaraq bildirilib ki, X2 ölümü ilə bağlı Kürdəmir rayon X3 bölməsində məlumat tapılmamışdır. Səbəb isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il 100 nömrəli əmri ilə təsdiq edilmiş “Tibbi qeydiyyat sənədlərinin saxlanılması müddətinə əsasən” sənədlərin saxlanma müddətinin 3 il olması və ondan sonra aktlaşdırılaraq utilizasiya olunmasıdır. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1990-cı il tarixdə Kürdəmir şəhərində doğulmuş X2 xx.xx.1990-cı il tarixdə Kürdəmir şəhərində ev şəraitində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1990-cı il tarixdə Kürdəmir şəhərində doğulmuş X2 xx.xx.1990-cı il tarixdə Kürdəmir şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. . Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-198/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-198/2025
13.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver