Məhkəmə qərarları › İş №2(041)-199/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-199/2024

08.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-199/2024 08.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı X** üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 09.**.20**-ci il tarixdə ölmüş mərhum X*nın və bacısı X5 mülkiyyətində olan Kürdəmir rayonu ərazisində yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirmə səbəbinin üzürlü hesab edilməsi və həmin əmlakla bağlı ona Cavabdeh tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 25 iyun *998-ci il 06 saylı qərarı ilə mərhum X* və bacısı X8 Kürdəmir rayonunun Qaramahmudlu kəndi ərazisindən 0,32 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə görə onlara Torpağın müldkiyyətə verilməsinə dair JN-058F nömrəli Şəhadətnamə verilmişdir. X* 09.**.20**-ci il tarixdə ölmüşdür. Həmin torpaq sahəsindən hazırda o, özü istifadə edir və torrpaq sahəsini öz adına sənədləşdirmək üçün Cavabdehnə müraciət etmişdir. Torpaq sahəsinin öz adına sənədləşdirməyə bacısı X** heç bir etiraz etmir və torpaq sahəsi ilə bağlı bütün səlahiyyətləri etibanamə ilə ona vermişdir. Bacısı Güldənə hazırda xəstəxanada stasionar müalicə alır. Digər bacısı Vəsilə və qardaşı Tahir vərəsəliklə əlaqədar notariat ofisinə müraciət etməmiş, digər qardaşı Adil isə vəfat etmişdir. Özü vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Cavabdehnə müraciət etsə də, notariat ofisi vərəsəliyin qəbul müddətinin ötürüldüyünü və vərəsələrin dairəsinin müəyyən edilmədiyini bildirib ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş və bununla bağlı ona məhkəməyə müraciət etməsini tövsiyyə edib məktub vermişlər. Ona görə də 09.**.20**-ci il tarixdə ölmüş mərhum X*nın və bacısı X5 mülkiyyətində olan Kürdəmir rayonu ərazisində yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirmə səbəbinin üzürlü hesab edilməsi və həmin əmlakla bağlı ona Cavabdeh tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə üçüncü şəxs X8 lazımi qaydada məlumat verilmiş, lakin o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-58F KOD 906*2058 nömrəli Şəhadətnamənin surətindən görünür ki, X6 və X8 Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 25.06.*998-ci il tarixli, 06 saylı qərarı ilə Kürdəmir rayonu Qaramahmudlu kəndi ərazisindən fərdi yaşayış evi tikmək üçün 0,32 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 26.04.20*9-cu il tarixli, AZ-İ 993546 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 09.**.20**-ci il tarixdə Kürdəmir rayonunun Qaramahmudlu kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş notariat qaydasında təsdiq olunmuş 05.**.2023-cü il tarixli, AR-İİİ *8978* nömrəli etibarnamənin surətindən görünür ki, X** həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi onun üzərində sərəncam verməyi və digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Köhünlü kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən İddiaçı verilmiş 2*.*2.2023-cü il tarixli, **3* nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Kürdəmir rayonu Qaramahmudlu kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsində sahəsi 45 kv.metr olan bir mərtəbəli 2 otaqdan ibarət fərdi yaşayış evi vardır, hal-hazırda həmin ünvanda yaşayır və ailə tərkibi arvadı X9, bacısı X**, oğlu X*4 və X*0 ibarətdir. İş materiallarına əlavə edilmiş və Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı göndərilmiş 07.**.2023-cü il tarixli, *272 nömrəli məktubdan görünür ki, onun X2 miras əmlaka dair vərəsələrdən biri olaraq tam hissədə pay əldə etmək üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciətinə əsasən mirasın qəbul müddətini ötürdüyündən və vərəsələrin dairəsi müəyyən edilmədiyindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı bildirilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iddiaçının izahatını ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 25 iyun *998-ci il 06 saylı qərarı ilə mərhum X* və bacısı X8 Kürdəmir rayonunun Qaramahmudlu kəndi ərazisindən 0,32 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə görə onlara Torpağın mülkiyyətə verilməsinə dair JN- 058F nömrəli Şəhadətnamə verilmişdir. X* 09.**.20**-ci il tarixdə ölmüşdür. Həmin torpaq sahəsindən hazırda o, özü istifadə edir və torrpaq sahəsini öz adına sənədləşdirmək üçün Cavabdehnə müraciət etmişdir. Torpaq sahəsinin öz adına sənədləşdirməyə bacısı X** heç bir etiraz etmir və torpaq sahəsi ilə bağlı bütün səlahiyyətləri etibanamə ilə ona vermişdir. Bacısı Güldənə hazırda xəstəxanada stasionar müalicə alır. Digər bacısı Vəsilə ilə qardaşı Tahir vərəsəliklə əlaqədar notariat ofisinə müraciət etməmiş, digər qardaşı Adil isə vəfat etmişdir. Özü vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Cavabdehnə müraciət etsə də, notariat ofisi vərəsəliyin qəbul müddətinin ötürüldüyünü və vərəsələrin dairəsinin müəyyən edilmədiyini bildirib ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş və bununla bağlı ona məhkəməyə müraciət etməsini tövsiyyə edib məktub vermişlər. Azərbaycan Respublikası Milki Məcəlləsinin **33.*-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **5*.*-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin **59.*-ci maddəsinin tələbinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin *247-ci maddəsinin tələbinə görə əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı ayaldək uzadılmalıdır. Həmin Məcəllənin *267-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Həmin Məcəllənin *32*-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. İş materiallarından, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş İddiaçı bacısı X** 05.**.2023-cü il tarixli, AR-İİİ *8978* nömrəli Etbarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi onun üzərində sərəncam verməyi və digər hərəkətləri etməyi İddiaçı etibar etmiş, İddiaçı məhkəmədə izahat verərkən bacısı vəsilə ilə qardaşı Tahirin vərəsəliklə bağlı notariat ofisinə müraciət etmədiyini, digər qardaşı Adilin isə vəfat etdiyini bildirmişdir. İş materiallarından göründüyü kimi mərhum mərhum X3 vərəsələrindən Adil adlı oğlu ölmüş, qızı Vəsilə və oğlu Tahir isə miras əmlakın qəbul edilməsi ilə və ya miras əmlakın qəbul edilməsindən imtina edilməsi ilə bağlı iş materiallarında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *248.*-ci maddəsinin tələbinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayırsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı 09.**.20**-ci il tarixdə ölmüş mərhum anası X4 və bacısı X5 mülkiyyətində olan Kürdəmir rayonu ərazisində yerləşən bütün əmlakın qəbul edilməsi məqsədi ilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *32*-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə İddiaçı 09.**.20**-ci il tarixdə ölmüş mərhum X*nın və bacısı X5 mülkiyyətində olan Kürdəmir rayonu ərazisində yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirmə səbəbi üzürlü hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı 09.**.20**-ci il tarixdə ölmüş mərhum X*nın və bacısı X5 mülkiyyətində olan Kürdəmir rayonu ərazisində yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirmə səbəbi üzürlü hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar