Məhkəmə qərarları › İş №2(041)-2002/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2002/2023

29.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2002/2023 29.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı X5 üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 24.*2.20*9-cu il tarixdə ölmüş mərhum anası X3 miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün (daşınar və daşınmaz) əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülmə səbəbinin üzürlü hesab edilməsi və həmin əmlakla bağlı ona yeganə vərəsə olaraq Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, hazırda Kürdəmir şəhəri Bakıxanov küçəsi ev *6 ünvanda yaşayır. Onlar ailədə 2 bacı, yəni o, özü və X2 olmuşlar. Mərhum atası Firidun öləndən sonra mərhum anası X6 onunla birlikdə Kürdəmir rayonunun Şahsevən kəndində özünə məxsus evdə yaşamış və 24.*2.20*9-cu il tarixdə ölmüşdür. X2 isə ailə qurmaqla hazırda Ucar rayonunun Qaracallı kəndində yaşayır. Anası öləndən sonra ondan miras qalan bütün əmlakı özü faktiki olaraq qəbul edib idarə edir. Mərhum anasından miras qalmış evi, torpaq sahəsini və digər əmlakları öz adına sənədləşdirmək istəyir, buna bacısı Minəgül də razılıq vermişdir. Bu məqsədlə o, sənədləri toplayıb Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Notariat ofisində notarius Ramin Əhmədov miras əmlakın qəbulu üçün müəyyən edilmiş müddəti ötürdüyünü bildirib ona vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığını bildirib bu barədə məktub vermişdir. Ona görə də 24.*2.20*9-cu il tarixdə ölmüş mərhum anası X3 miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün (daşınar və daşınmaz) əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülmə səbəbinin üzürlü hesab edilməsi və həmin əmlakla bağlı ona yeganə vərəsə olaraq Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında üçüncü şəxs qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, onlar ailədə 2 bacı olmaqla, İddiaçı onun bacısıdır. Hər ikisi ailə qurmaqla özlərinə məxsus olan evlərdə yaşayırlar. X*4 öləndən sonra anası X6 24.*2.20*9-cu il tarixdə ölmüş və o, ölənə kimi bacısı X9 ilə birlikdə yaşamışdır. Mərhum anasından miras qalan bütün əmlakı bacısı İddiaçı qəbul etmiş və və hazırdada həmin əmlakları bacısı Xanım istifadə edir. O, mərhum anası X3 qalmış bütün miras əmlakdan bacısı İddiaçı xeyrinə imtina etmişdir. İş materiallarına əlavə edilmiş 27.*2.20*9-cu il tarixli, AZ-İİ 038869 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 24.*2.20*9-cu il tarixdə Kürdəmir rayonunun Topalhəsənli kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Topalhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli, *2*5 nömrəli arayışdan görünür ki, onun mərhum anası X* rayonunun Şahsevən kəndində İddiaçı ilə birlikdə yaşamış və 24.*2.20*9-cu il tarixdə vəfat etmiş və onun ailə üzvləri qızları X4 ibarət olmuşdur. İş materiallarına əlavə edilmiş və Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, *097 nömrəli məktubdan görünür ki, X3 miras qalan əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin vərəsəlik qəbul müddəti ötürüldüyü üçün onu vərəsə təyin etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə iddiaçının izahatını, üçüncü şəxslərin ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı hazırda Kürdəmir şəhəri Bakıxanov küçəsi ev *6 ünvanda yaşayır. Onlar ailədə 2 bacı, yəni o, özü və X2 olmuşlar. Mərhum atası Firidun öləndən sonra mərhum anası X6 onunla birlikdə Kürdəmir rayonunun Şahsevən kəndində özünə məxsus evdə yaşamış və 24.*2.20*9-cu il tarixdə ölmüşdür. X2 isə ailə qurmaqla hazırda Ucar rayonunun Qaracallı kəndində yaşayır. Anası öləndən sonra ondan miras qalan bütün əmlakı özü faktiki olaraq qəbul edib idarə edir. Mərhum anasından miras qalmış evi, torpaq sahəsini və digər əmlakları öz adına sənədləşdirmək istəyir, buna bacısı Minəgül də razılıq vermişdir. Bu məqsədlə o, sənədləri toplayıb Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. X2 mərhum anası X3 qalan bütün əmlakın iddiaçının adına sənədləşdirilməsinə razıdırlar. Notariat ofisində miras əmlakın qəbulu üçün müəyyən edilmiş müddəti ötürdüyünü bildirib ona vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığını bildirib bu barədə məktub vermişdir. Azərbaycan Respublikası Milki Məcəlləsinin **33.*-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **5*.*-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin **59.*-ci maddəsinin tələbinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin *247-ci maddəsinin tələbinə görə əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı ayaldək uzadılmalıdır. Həmin Məcəllənin *267-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Həmin Məcəllənin *32*-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. İş materiallarından, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş iddiaçı X*0 bacıları mərhum valideynlərindən miras qalan əmlakdan paylarına düşən hissəni qəbul etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *248.*-ci maddəsinin tələbinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayırsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı 24.*2.20*9-cu il tarixdə ölmüş mərhum anası X3 miras qalmış əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *32*-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə İddiaçı 24.*2.20*9-cu il tarixdə ölmüş mərhum anası X3 miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün (daşınar və daşınmaz) əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilmə səbəbi üzürlü hesab edilməli və həmin əmlakla bağlı ona Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı 24.*2.20*9-cu il tarixdə ölmüş mərhum anası X3 miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün (daşınar və daşınmaz) əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilmə səbəbi üzürlü hesab edilsin və həmin əmlakla bağlı ona Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar