Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2006/2023 29.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı X*2, X6, X8 və X*3 üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 2*.**.20*2-ci il tarixdə ölmüş mərhum X*ndan miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün (daşınar və daşınmaz) əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülmə səbəbinin üzürlü hesab edilməsi və həmin əmlakla bağlı ona Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, öz ailə üzvləri ilə birlikdə hazırda Kürdəmir rayonunun Xəlsə kəndində yaşayır. Onlar ailədə 2 qardaş 4 bacı olmuşlar. X* 2*.**.20*2-ci il tarixdə, bacısı X*4 isə 0*.04.2008-ci il tarixdə ölmüşdür. Mərhum X* ölənə kimi onunla birlikdə yaşamışdır. X2, X6, X8 isə ailə qurmaqla özlərinə məxsus evdə yaşyırlar. Anası öləndən sonra ondan miras qalmış əmlakları o, özü qəbul etmiş və hazırda da həmin miras əmlakları özü idarə edir. Digər qardaş və bacıları miras əmlakı qəbul etməmiş və onlar miras əmlakdan onun xeyrimə imtina etmişlər. O, qardaşı X*3 və X2, X6 və X4 razılığı ilə mərhum anasından miras qalan Kürdəmir rayonunun Xəlsə kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş torpaq sahəsini və həyətyanı torpaq sahəsini öz adına sənədləşdirmək üçün 2023-cü ilin noyabr ayında Kürdəmir regional Asan xidmət mərkəzində notariat ofisinə müraciət etmiş, Kürdəmir regional Asan xiddmət mərkəzində notariat ofisi mirasın qəbul edilməsi üçün müddətin ötürüldüyünü bildirib ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş və ona məhkəməyə müraciət etməsini tövsiyyə edib bu barədə ona məktub vermişlər. Ona görə də 2*.**.20*2-ci il tarixdə ölmüş mərhum X*ndan miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün (daşınar və daşınmaz) əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülmə səbəbinin üzürlü hesab edilməsi və həmin əmlakla bağlı ona Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında üçüncü şəxs qismində dindirilmiş X*2 ifadəsində göstərdi ki, onlar ailədə 2 qardaş 4 bacı olmaqla, İddiaçı onun qardaşıdır. X* 2*.**.20*2-ci il tarixdə, bacısı X*4 isə 0*.04.2008-ci il tarixdə ölmüşlər. Mərhum X* ölənə kimi qardaşı İddiaçı ilə birlikdə yaşamışdır. Mərhum anasından miras qalan bütün əmlakı qardaşı İddiaçı qəbul etmiş və hazırdada həmin əmlakları qardaşı Fikrət idarə edir. O, mərhum X*ndan qalmış bütün miras əmlakdan qardaşı İddiaçı xeyrinə imtina etmişdir. Məhkəmə iclasında üçüncü şəxs qismində dindirilmiş X6, X8 və X*3 mərhum anaları X3 miras qalan bütün əmlakı qardaşları İddiaçı qəbul etmiş və hazırdada həmin əmlakları qardaşları Fikrətin idarə etdiyini və mərhum anaları X3 qalmış bütün miras əmlakdan qardaşları İddiaçı xeyrinə imtina etdiklərini bildirmişlər. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0092 KOD 90607038 nömrəli Dövlət aktının surətindən görünür ki, X7 Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 04.*2.*998-ci il tarixli, *2 saylı qərarı ilə Kürdəmir rayonu Xəlsə kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,65 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-070F KOD 90607038 nömrəli Şəhadətnamənin surətindən görünür ki, X7 Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 04.*2.*998-ci il tarixli, *2 saylı qərarı ilə Kürdəmir rayonu Xəlsə kəndi ərazisindən fərdi yaşayış evi tikmək üçün 0,37 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 0*.*2.20*2-ci il tarixli, AZ-İ 530840 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 2*.**.20*2-ci il tarixdə Kürdəmir rayonunda ölmüşdür. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Qeydiyyat şöbəsinin 23.**.2023-cü il tarixli, AZ-İ 30**73 nömrəli Arayışından görünür ki, X*4 0*.04.2008-ci il tarixdə Kürdəmir rayonunun Ərşəli kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Qocalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 29.*2.2023-cü il tarixli, 907 nömrəli arayışdan görünür ki, Qocalı kənd İƏD-nin Xəlsə kəndində qeydiyyatda olmaqla, Xəlsə kəndində yaşamış və 2*.**.20*2-ci ildə vəfat etmiş X5 ailə tərkibi, qızı X*4 (ölüb), X*2, X6, X*3, X8 və İddiaçı ibarət olmuşdur. İş materiallarına əlavə edilmiş və Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı göndərilmiş *3.**.2023-cü il tarixli, *278 nömrəli məktubdan görünür ki, onun X3 miras qalan əmlaka dair vərəsələrdən biri olaraq tam hissədə pay əldə etmək üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciətinə əsasən mirasın qəbul müddətini ötürdüyündən və vərəsələrin dairəsi müəyyən edilmədiyindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı bildirilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iddiaçının izahatını, üçüncü şəxslərin ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı öz ailə üzvləri ilə birlikdə hazırda Kürdəmir rayonunun Xəlsə kəndində yaşayır. Onlar ailədə 2 qardaş 4 bacı olmuşlar. X* 2*.**.20*2-ci il tarixdə, bacısı X*4 isə 0*.04.2008-ci il tarixdə ölmüşdür. Mərhum X* ölənə kimi onunla birlikdə yaşamışdır. X2, X6, X8 isə ailə qurmaqla özlərinə məxsus evdə yaşyırlar. Anası öləndən sonra ondan miras qalmış əmlakları o, özü qəbul etmiş və hazırda da həmin miras əmlakları özü idarə edir. Digər qardaş və bacıları miras əmlakı qəbul etməmiş və onlar miras əmlakdan onun xeyrimə imtina etmişlər. O, qardaşı X*3 və X2, X6 və X4 razılığı ilə mərhum anasından miras qalan Kürdəmir rayonunun Xəlsə kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş torpaq sahəsini və həyətyanı torpaq sahəsini öz adına sənədləşdirmək üçün 2023-cü ilin noyabr ayında Kürdəmir regional Asan xidmət mərkəzində notariat ofisinə müraciət etmiş, Kürdəmir regional Asan xiddmət mərkəzində notariat ofisi mirasın qəbul edilməsi üçün müddətin ötürüldüyünü bildirib ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş və ona məhkəməyə müraciət etməsini tövsiyyə edib bu barədə ona məktub vermişlər. Azərbaycan Respublikası Milki Məcəlləsinin **33.*-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **5*.*-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin **59.*-ci maddəsinin tələbinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin *247-ci maddəsinin tələbinə görə əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı ayaldək uzadılmalıdır. Həmin Məcəllənin *267-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Həmin Məcəllənin *32*-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. İş materiallarından, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş İddiaçı qardaş və X2, X6, X8 və X*3 mərhum anaları X3 qalmış bütün miras əmlakdan qardaşları İddiaçı xeyrinə imtina etdiklərini bildirmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş Kürdəmir RİHBnin Qocalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 29.*2.2023-cü il tarixli, 907 nömrəli arayışdan görünür ki, Qocalı kənd İƏD-nin Xəlsə kəndində qeydiyyatda olmaqla, Xəlsə kəndində yaşamış və 2*.**.20*2-ci ildə vəfat etmiş X5 ailə tərkibi, qızı X*4 (ölüb), X*2, X6, X*3, X8 və İddiaçı ibarət olmuşdur. İş materiallarından göründüyü kimi mərhum X5 vərəsələrindən biri olan X*4 0*.04.2008-ci il tarixdə ölmüş, lakin onun vərəsələrinin miras əmlakın qəbul edilməsi ilə və ya miras əmlakın qəbul edilməsindən imtina edilməsi ilə bağlı iş materiallarında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *248.*-ci maddəsinin tələbinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayırsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı 2*.**.20*2-ci il tarixdə ölmüş mərhum X*ndan miras qalmış əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *32*-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X*0 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə İddiaçı 2*.**.20*2-ci il tarixdə ölmüş mərhum X*ndan miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün (daşınar və daşınmaz) əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilmə səbəbi üzürlü hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçının 2*.*2.20*2-ci il tarixdə ölmüş mərhum X*ndan miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün (daşınar və daşınmaz) əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilmə səbəbi üzürlü hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-2006/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2006/2023
29.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver