Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-206/2025 13.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ehtiyyatsızlıqdan mülkiyyətində və istifadəsində olan “Nissan Juke” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu ziyana görə 785 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 avqust 2024-cü il tarixdə saat 07:20 radələrində idarə etdiyi “Nissan Juke” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi ilə hərəkət edib qabaqda, yolun hərəkət hissəsində yerləşən Cavabdeh idarə etdiyi “Mercedes Benz 200” markalı **- UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanından keçərkən həmin avtomobilin sol arxa yan qapısı açılaraq idarə etdiyi avtomobilinin sağ yan hissəsinə sürtülmüş, nəticədə idarə etdiyi avtomobilin sağ yan hissəsi əzilib zədələnməklə avtomobilə maddi ziyan dəymişdir. Hadisə ilə əlaqədar Sabunçu rayon DYPŞ YNH inspektoru, polis leytenantı X6 və "xxxx" ASC-nin nümayəndəsi hadisə yerində olmuş, YNH inspektorunun sığortaçının nümayəndəsinin iştirakı ilə apardığı araşdırma ilə müəyyən edilmişdir ki, hadisə sürücü Cavabdeh tərəfindən "nəqliyyat vasitəsinin yolların hərəkət hissəsində yerləşdirilməsi qaydasının", yəni “X11"nın 327.1 maddəsinin tələblərinin pozulması nəticəsində, həmin sürücünün təqsirindən baş vermişdir. Odur ki,YΝΗ inspektoru tərəfindən inzibati pozuntuya dair İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati protokol tərtib edilmiş, həmin protokol üzrə TP ******* nömrəli xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək Cavabdeh 40 manat cərimə edilmişdir. "xxxx" ASC-nin təşəbbüsü ilə maddi ziyanın müəyyyən edilməsi məqsədilə ekspertiza keçirilmiş və ekspertlər tərəfindən hadisə nəticəsində, idarə etdiyi Nissan Juke markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobilə 1570 manat maddi ziyan dəyməsinə dair xx.xx.2024-cü il tarixli 318100 nömrəli hesabat təqdim edilmişdir. Beləliklə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh ehtiyyatsızlıqdan idarə etdiyi “Nissan Juke” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1570 manat maddi ziyan vurmuşdur. Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyəti icbari sığorta olunmuş olsa da vurulmuş ziyanın yalnız 50%-i, yəni 785 manatı "nəqliyyat sahibinin mülki məsuliyyətinin icbari sığortası" müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən ödənilmişdir. “Nissan Juke” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobili o, tam dəyərini ödəməklə, X1 almışdır. Gələcəkdə alqısatqını rəsmiləşdirə və avtomobili öz adına qeydiyyata aldıra bilməsi üçün İ.R.Nəbiyeva, yeznəsi X8 nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair xx.xx.2024-cü il tarixli, reyestr nömrəsi 7E-2789 olan etibarnamə də vermişdir. Eyni zamanda rəsmləşdirməyə qədər də avtomobildən istifadə edə bilməsi üçün H.B.Əliyev də ona nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2024-cü il tarixli, reyestr nömrəsi 7E-1754 olan etibarnamə vermiş, avtomobil elə həmin vaxtdan da onun sahibliyində və istifadəsində olmuş, hadisə də o, avtomobildən istifadə edərkən baş vermişdir. Odur ki, həm “Nissan Juke” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi və mülkiyyətçisi, həm də istifadəçisi kimi həmin avtomobilə dəymiş ziyan onun tərəfindən bərpa edilməlidir. Elə ona görə də avtomobilə dəymiş zərəri təqsirkar şəxsdən tələb etmək hüququ da ona məxsusdur. Məhkəmə iclasına iddiaçı ərizə ilə müraciət edərək bildirmişdir ki, o, Bakı şəhərində yaşayır. Məsafənin uzaqlığı, maddi imkansızlığı və səhhətində problem olması ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcək, onun iştirakı olmadan baxılıb iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh avtomobilə onun tərəfindən zərər vurulmasını qəbul etsə də izahatında iddianın ekspertiza qərarında göstərilən məbləğə uyğun hissədə, yəni qismən təmin edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X4 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, “Nissan Juke” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olan X5 avtomobili X8 etibarnamə ilə 11 ay 28 gün müddətinə vermişdir; Qax rayon notariat ofisinin xüsusi notariusu X3 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, “Nissan Juke” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olan X5 avtomobili X8 etibarnamə ilə 11 ay 28 gün müddətinə vermiş, X10 avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququnu İddiaçı 11 ay 28 gün müddətinə etibarnamə ilə vermişdir Sabunçu rayon DYPŞ PNH inspektoru polis leytenantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol protokol üzrə TP ******* nömrəli xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixində saat 07:20-də Bakı şəhəri, Zabrat qəsəbəsi, Babək küçəsi ərazisində “Mercedes Benz 22” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi qaydasının pozulması nəticəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş, 40 manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən, “Nissan Juke” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərər 1570 manatdır. xx.xx.2024-cü il tarixli Sığorta aktından görünür ki, “Nissan Juke” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərər 1570 manat hesablanmışdır. Sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdiyindən zərər məbləğinin 50%-i, yəni 785 manat məbləğində sığorta ödənişi etibarnamə əsasında zərərçəkənin şəxsi hesabına köçürülür. xx.xx.2024-cü il tarixli "xxxx" ASC tərəfindən verilmiş qəbzdən görünür ki, vurulmuş zərərə görə 785 (yeddi yüz səksən beş) manat sığorta ödənişi həyata keçirilmişdir; xx.xx.2025-ci il tarixli 9/1247 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasınn rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən 2014-cü il buraxılışlı “Nissan Juke” markalı, **- ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1505 manat müəyyən edilir. O cümlədən: -Dəyişilməli hissələrin qiyməti-425 manat, -Təmir-bərpa işlərinin qiyməti-1080 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Hazırki iddiasında iddiaçı avtomaşınına dəymiş maddi ziyanın 1570 manat olduğunu bildirir və iddiasının əsası kimi "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata istinad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Hazırki işin müəyyən edilən hallarından görünür ki, İddiaçı 21 avqust 2024-cü il tarixdə saat 07:20 radələrində idarə etdiyi “Nissan Juke” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi ilə hərəkət edib qabaqda, yolun hərəkət hissəsində yerləşən Cavabdeh idarə etdiyi “Mercedes Benz 200” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanından keçərkən həmin avtomobilin sol arxa yan qapısı açılaraq idarə etdiyi avtomobiliin sağ yan hissəsinə sürtülmüş, nəticədə idarə etdiyi avtomobilin sağ yan hissəsi əzilib zədələnməklə avtomobilə maddi ziyan dəymiş, Sabunçu rayon DYPŞ PNH inspektoru polis leytenantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol, həmin protokol üzrə TP ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi təsdiq edilmiş, barəsində 40 (qırx) manat miqdarında inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş üzrə təyin edilərək keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/1247 nömrəli rəyində “Nissan Juke” markalı **-ZH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyan 1505 manat qiymətləndirilmişdir. Məhkəmə ekspert rəyini işin hallarına uyğun hesab edərək, iş üzrə mötəbər sübut kimi qəbul edir və həmin məbləğdə iddianın təmin edilməsini məqsədəuyğun və hər iki tərəfin mənafeyinə uyğun hesab edir. İş materiallarından görünür ki, avtomobilə dəymiş 1505 (min beş yüz beş) manat zərərin 785 (yeddi yüz səksən beş) manatı "nəqliyyat sahibinin mülki məsuliyyətinin icbari sığortası" müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən ödənilmiş, 720 (yeddi yüz iyirmi) manat hissəsi isə ödənilməmiş qalmışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə 720 manat tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 720 (yeddi yüz iyirmi) manat məbləğində pul tutularaq tutularaq İddiaçı ödənilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT Bik: CTREAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-206/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-206/2025
13.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver