Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2081/2025 05.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, Ərizəçi maraqlı şəxs Kürdəmir rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİM: Ərizəçi maraqlı şəxs Kürdəmir rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizədə 02 yanvar 1946-cı il tarixdə Kürdəmir rayonunun Muradxan kəndində doğulmuş qardaşı X2 05 may 1975-ci il tarixdə Kürdəmir rayonunun Muradxan kəndində ölməsi, 08 iyul 1948-ci il tarixdə Kürdəmir rayonunun Muradxan kəndində doğulmuş qardaşı X3 07 oktyabr 1948-ci il tarixdə Kürdəmir rayonunun Muradxan kəndində ölməsi, 11 fevral 1962-ci il tarixdə Kürdəmir rayonunun Muradxan kəndində doğulmuş qardaşı X1 15 iyun 1962-ci il tarixdə Kürdəmir rayonunun Muradxan kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən qaldırılan tələblər arasında birbaşa əlaqə olmadığı üçün və hər biri fərqli vaxtlarda baş vermiş hadisələrlə bağlı olduğundan bu tələblərin birlikdə araşdırılması mümkün deyil. Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152-ci və 268-ci maddələrinə əsasən Q Ə R A R A A L D İ M: İddiaçı Ərizəçi maraqlı şəxs Kürdəmir rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-2081/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2081/2025
05.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver