Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-211/2024 31.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Abışova (Teyuboava) Rafidə Omar qızı üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 06.*2.20*2-ci il tarixdə ölmüş mərhum X6 və 03.0*.2007-ci il tarixdə ölmüş anası X* miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirmə səbəbinin üzürlü hesab edilməsi və həmin əmlakla bağlı ona Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini qismən müdafiə edərək göstərdi ki, o, hazırda Kürdəmir rayonunun Qarasu kəndində mərhum valideynlərindən miras qalmış evdə öz ailə üzvləri ilə birlikdə yaşayır. Mərhum vadlideynləri də ölənə kimi onunla birlikdə həmin evdə yaşamışlar. Onlar ailədə 4 qardaş bir bacı olmuşlar. X6 06.*2.20*2-ci ildə, anası X3 03.0*.2007-ci ildə, qardaşlarım X*6 *9.02.20*0-cu ildə, X*8 xx.xx.2006-cı ildə ölmüşlər. Bacısı Rafidə aliə qurub hazırda ailəsi ilə birlikdə özlərinə məxsus evdə, qardaşı X*7 isə hazırda öz ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Mərhum X6 3*.03.20**ci il tarixdə Kürdəmir şəhərində yaşayan X4 məxsus olan Kürdəmir şəhəri, M.Müşfiq küçəsi, ev *8 ünvanda 0,05 ha torpaq sahəsində yerləşən 4 otaqlı, yaşayış sahəsi *27,3 kv.metr olan fərdi yaşayış evini notariat qaydasında təsdiq olunmuş Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən almışdır. Atası 20*2-ci ildə öldüyünə görə həmin evə öz adına çıxarış ala bilməmişdir. Hazırda həmin fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması məqsədi ilə sənədləri toplayıb mənə vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün Cavabdehnə müraciət etmişdir. Lakin Cavabdehndə mirasın qəbulu müddətinin ötürüldüyünü bildirib məhkəməyə müraciət etməsini tövsiyyə edib bu barədə ona məktub vermişlər. Ona görə də 06.*2.20*2-ci il tarixdə ölmüş mərhum X6 və 03.0*.2007-ci il tarixdə ölmüş anası X* miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirmə səbəbinin üzürlü hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə üçüncü şəxs X9 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə bazmayaraq o, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Dövlət Notariat kontorunun dövlət notariusu E.İ.Hüseynov tərəfindən təsdiq edilmiş 3*.03.20**-ci il tarixli, AN-İ 02*9498 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən (fərdi yaşayış evi) görünür ki, Kürdəmir şəhəri, 30 saylı Y.İ.İdarəsində yaşayan X7 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdavrəsi tərəfindən 05.03.20**-ci il tarixdə verilmiş 27/3** saylı Arayışa əsasən ona məxsus olan Kürdəmir şəhəri, M.Müşfiq küçəsi ev №-*8-də mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən A-*990-cı ildə tikilmiş, 4 otaqlı, yaşayış sahəsi *27,3 kv.metr, yardımçı sahəsi 0 kv. metr, ümumi sahəsi *27,3 kv. metrdən ibarət olan evi Kürdəmir rayonu Şilyan kəndində yaşayan X*2 24.000 manata satmışdır. İş materiallarına əlavə edilmiş 06.*2.20*2-ci il tarixli, AZ-İ 56*6670 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*5 06.*2.20*2-ci il tarixdə Kürdəmir rayonunun Qarasu kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş 04.06.20*9-cu il tarixli, AZ-İ 993620 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 03.0*.2007-ci il tarixdə Kürdəmir rayonunun Şilyan kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli, İ-LO 89005* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*8 xx.xx.2006-cı il tarixdə Rusiya, Kemerovo vilayəti, Prokonevsk şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş *9.02.20*0-cu il tarixli, İİ-LO 703328 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*6 *8.02.20*0-cu il tarixdə Rusiya, Kemerovo vilayəti, Kiseleviski şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Qarasu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı verilmiş *8.*0.2023-cü il tarixli, 720 nömrəli Arayışdan görünur ki, onun mərhum atası X2 rayonu Şilyan (Qarasu) kəndində vəfat edən günədək onunla birlikdə yaşamış və 06 dekabr 20*2-ci il tarixdə vəfat etmişdir. X*5 vəfat edən zaman onun ailə üzvləri (varisləri) oğlu X*6 (ölüb), X*8 (ölüb), qızı Abışova (Teyubova) Rafidə Omar qızı, oğlu X*7 və İddiaçı ibarət olmuşdur. İş materiallarına əlavə edilmiş və Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı göndərilmiş *8.08.2023-cü il tarixli, 960 nömrəli məktubdan görünür ki, onun X8 miras qalan əmlaka dair yeganə vərəsə olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciətinə əsasən mirasın qəbul müddətini ötürdüyündən onu yeganə vərəsə təyin etmək mümkün olmadığı bildirilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı hazırda Kürdəmir rayonunun Qarasu kəndində mərhum valideynlərindən miras qalmış evdə öz ailə üzvləri ilə birlikdə yaşayır. Mərhum vadlideynləri də ölənə kimi onunla birlikdə həmin evdə yaşamışlar. Onlar ailədə 4 qardaş bir bacı olmuşlar. X6 06.*2.20*2-ci ildə, anası X3 03.0*.2007-ci ildə, qardaşlarım X*6 *9.02.20*0-cu ildə, X*8 xx.xx.2006-cı ildə ölmüşlər. Bacısı Rafidə aliə qurub hazırda ailəsi ilə birlikdə özlərinə məxsus evdə, qardaşı X*7 isə hazırda öz ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Mərhum X6 3*.03.20**-ci il tarixdə Kürdəmir şəhərində yaşayan X4 məxsus olan Kürdəmir şəhəri, M.Müşfiq küçəsi, ev *8 ünvanda 0,05 ha torpaq sahəsində yerləşən 4 otaqlı, yaşayış sahəsi *27,3 kv.metr olan fərdi yaşayış evini notariat qaydasında təsdiq olunmuş Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən almışdır. Atası 20*2-ci ildə öldüyünə görə həmin evə öz adına çıxarış ala bilməmişdir. Hazırda həmin fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması məqsədi ilə sənədləri toplayıb mənə vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün Cavabdehnə müraciət etmişdir. Lakin Cavabdehndə mirasın qəbulu müddətinin ötürüldüyünü bildirib məhkəməyə müraciət etməsini tövsiyyə edib bu barədə ona məktub vermişlər. Azərbaycan Respublikası Milki Məcəlləsinin **33.*-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **5*.*-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin **59.*-ci maddəsinin tələbinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin *247-ci maddəsinin tələbinə görə əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı ayaldək uzadılmalıdır. Həmin Məcəllənin *267-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş Kürdəmir RİHBnin Qarasu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı verilmiş *8.*0.2023-cü il tarixli, 720 nömrəli Arayışdan görünur ki, onun mərhum atası X2 rayonu Şilyan (Qarasu) kəndində vəfat edən günədək onunla birlikdə yaşamış və 06 dekabr 20*2ci il tarixdə vəfat etmişdir. X*5 vəfat edən zaman onun ailə üzvləri (varisləri) oğlu X*6 (ölüb), X*8 (ölüb), qızı Abışova (Teyubova) Rafidə Omar qızı, oğlu X*7 və İddiaçı ibarət olmuşdur. İş materiallarından göründüyü kimi mərhum X*0 vərəsələrindən X*6 *8.02.20*0-cu il tarixdə, X*8 isə xx.xx.2006-cı il tarixdə ölmüş, lakin onların vərəsələrinin və Abışova (Teyubova) Rafidə Omar qızının miras əmlakın qəbul edilməsi ilə və ya miras əmlakın qəbul edilməsindən imtina edilməsi ilə bağlı iş materiallarında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *248.*-ci maddəsinin tələbinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayırsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı 06.*2.20*2-ci il tarixdə ölmüş mərhum X6 və 03.0*.2007-ci il tarixdə ölmüş anası X* miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirmə səbəbi üzürlü hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə İddiaçı 06.*2.20*2-ci il tarixdə ölmüş mərhum X6 və 03.0*.2007-ci il tarixdə ölmüş anası X* miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirmə səbəbi üzürlü hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı 06.*2.20*2-ci il tarixdə ölmüş mərhum X6 və 03.0*.2007-ci il tarixdə ölmüş anası X* miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilmə səbəbi üzürlü hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-211/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-211/2024
31.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver