Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-212/2023 13.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X14 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı6 iştirakı ilə, İddiaçılar X1, İddiaçı7, İddiaçı6, İddiaçı4, X2, X5 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və X8 qarşı mülkiyyətlərində və qanuni istifadələrində olan əkin sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılmaları, torpaqdan istifadəyə edilən maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə qadağa qoyulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar X3, İddiaçı7, İddiaçı6, İddiaçı4, X6, X9 və İddiaçı2, cavabdehlər Cavabdeh1 və X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Kürdəmir rayonu Çölqubalı kəndində yerləşən mülkiyyətlərində və qanuni istifadələrində olan əkin sahəsindən məcburi qaydada çıxarılmaları, torpaqdan istifadəyə edilən maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlərdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı ilə ailə üzvü ilə iddiaçıya 2.29 ha torpaq sahəsi ayrılmış, bu barədə onlara mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Torpaq sahəsi onlara məxsus olsa da cavabdehlər onların torpaq sahəsini zəbt etmişlər. Bir neçə dəfə cavabdehlərə həmin sahəni təhvil verməsini bildirsədə heç bir nəticəsi olmamışdır. Cavabdehlər həmin torpaq sahəsini boşaltmadığı üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı6 iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək, bildirdi ki, JN-132 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən mülkiyyətində olan torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestr xidməti tərəfindən baxış keçrilmiş və elektron xəritəyə uyğun olaraq ölçülmüş və sərhədləri ona tanıdılmış, lakin torpaq sahəsinin plan-cizgisi və zəbt edilən sahənin koordinatları ona təqdim edilməmişdir. Məhkəmə tərəfindən təyin edilən ekspertiza əsasında mütəxəssislər yerində ölçmə işləri aparmış və onlara aid torpaq sahəsinin zəbt edildiyi barədə rəy verilmişdir. Ekspert rəyi ilə razıdır və müəyyən edilən qaydada iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişi göndərilmiş iddiaçılar məhkəmə iclasında iştirak etməsələr də, İddiaçı6 məhkəmədə iştirakı ilə təmsil olunduqları üçün, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və X11 üzrsüz səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. - İş materiallarına əlavə olunmuş, JN132 nömrəli KOD90602028 saylı dövlət aktından görünür ki, iddiaçı X1 7 nəfərdən ailə üzvlərinə Kürdəmir rayon Aqrar İslahata komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarı ilə 2.29 ha torpaq sahəsi verilmişdir. - JN131 nömrəli KOD90602028 saylı dövlət aktından görünür ki, iddiaçı Cavabdeh1 6 nəfərdən ibarət ailə üzvlərinə Kürdəmir rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarı ilə 1.74 ha torpaq sahəsi verilmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 iddia tələblərini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçıların tələb etdiyi torpaq sahəsinin hazırda onun istifadəsində olan torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Əvvəllər həmin torpaq sahəsini onlar əkib becərmiş, iddiaçıları heç vaxt orada görməmiş, bu barədə mübahisələri olmamışdır. Mübahisənin ədalətli həll edilməsi və xüsusi bilik tələb olunan sualları izah etmək üçün xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri Publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı və JN-132 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Kürdəmir rayonu, Çöl-qubalı kəndi ərazisində iddiaçılara ayrılmış 2.29 ha torpaq sahəsinin və Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı və JN-131 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Kürdəmir rayonu, Çöl-qubalı kəndi ərazisində cavabdehlərə ayrılımış 1.74 ha torpaq sahəsinin koordinatları müəyyən edilsin. - Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı və JN-132 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Kürdəmir rayonu, Çöl-qubalı kəndi ərazisində iddiaçılara ayrılmış 2.29 ha torpaq sahəsinin və Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı ilə JN-131 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Kürdəmir rayonu, Çöl-qubalı kəndi ərazisində cavabdehlər Cavabdeh1 və X8 ayrılmış 1,74 ha torpaq sahəsi elektron xəritəyə və faktiki vəziyyətinə görə üst-üstə düşürmü? Üst-üstə düşürsə, zəbt edilmiş torpaq sahəsinin koordinat nöqtələri və ölçüsü müəyyən edilsin. Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2199 saylı ekspert rəyində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşanmaz Əmlakın Dövlət reystri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-645/2023 nömrtəli mütəxəssis rəyinə əsasən kəndin kompleks yerquruluşu islahat layihəsində göstərilən, JN-132 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.29 ha torpaq sahəsinin 132 K hissəsinin koordinatları müəyyən olunmuşdur. JN-132 saylı torpağa mülkiyyət hüuququna dair dövlət aktının 132 K hissəsi AZ CAD məlumatlarında 1.55 ha olaraq göstərilmişdir. Elektron bazada mövcud olan AZ CAD məlumatlarına əsasən JN-131 saylı torpaq mülkiyyət hüququna dair dövlət aktı ilə cavabdeh X4 və ailə üzvlərinə verilmiş 1.74 ha torpaq sahəsinin 131 K hissəsinin koordinataları müəyyən edilmişdir. JN-131 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının 131K hissəsi AZ CAD məlumatlarında 1.12 ha olaraq göstərilmişdir. Mütəxəssis rəyinə əsasən elektron bazada təqdim olunan AZ CAD məlumatlarında “torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.29 ha torpaq sahəsinin 132K hissəsində göstərilən 1.55 ha (1.65 ha) torpaq sahəsi JN-131 saylı “torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.74 ha torpaq sahəsinin 131 K hissəsində göstərilən 1.12 ha (1.19 ha) torpaq sahəsi və JN -130 saylı “torpaq mülkiyyət hüququna dair” dövlət aktı ilə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.97 ha torpaq sahəsinin 130 K hissəsində göstərilən 1.4274 ha (1.52 ha) torpq sahəsi üst-üstə düşmür. Lakin Cavabdeh2 naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 1.41 ha torpaq sahəsinin 0.03 ha hissəsi və Cavabdeh1 naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 1.51 ha torpaq sahəsinin 1.38 ha hissəsi elektron bazada təqdim olunan AZ CAD məlumatlarında “torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.29 ha torpaq sahəsinin 132 K hissəsində göstərilən 1.55 ha (1.65 ha) torpaq sahəsi üst-üstə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən nəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyindən və işdə olan digər sübutlarla yanaşı qiymətləndirilərək məhkəmə belə qənaətə gəlir ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İddia tələbində cavabdehin Kürdəmir rayonu Çöl-qubalı kəndində yerləşən əkin sahəsindən məcburi qaydada çıxarılması, həmin torpaq sahəsindən istifadəyə edilən manelərin aradan qaldırılması və qanunsuz hərəkətlərə qadağa qoyulması barədə qətnamə çıxarılması xahiş edilsə də, cavabdehlərin zəbt edilmiş torpaq sahəsindən çıxarılması nəticə etibarilə həmin torpaq sahəsindən istifadəyə edilən manelərin aradan qaldırılmasından ibarətdir. Digər tərəfdən, cavabdehlər tərəfindən edilən manelərin və qanunsuz hərəkətlərin nədə ifadə olunması iddia ərizəsində göstərilməmiş və bu barədə hər hansı sübut işə əlavə edilməmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Kürdəmir rayonu Çöl-qubalı kəndində yerləşən iddiaçı X1 və ailə üzvlərinin paylı mülkiyyətində olan 2.29 ha torpaq sahəsinin zəbt edilmiş 1.55 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə məhkəmə xərcləri 50 manat ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə, iş üzrə məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Kürdəmir rayonu, Çölqubalı kəndində yerləşən, iddiaçı X1 və ailə üzvlərinin paylı mülkiyyətində olan 2.29 ha torpaq sahəsinin zəbt edilmiş 1.55 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-212/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-212/2023
13.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver