Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-214/2023 26.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin ona məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılması və qanunsuz hərəkətlərə qadağa qoyulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılması və qanunsuz hərəkətlərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı ilə ailə üzvü ilə iddiaçıya 2.01 ha torpaq sahəsi ayrılmış, bu barədə onlara mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Torpaq sahəsi onlara məxsus olsa da cavabdeh onların torpaq sahəsini zəbt etmişlər. Bir neçə dəfə cavabdehə həmin sahəni təhvil verməsini bildirsədə heç bir nəticəsi olmamışdır. Cavabdehlər həmin torpaq sahəsini boşaltmadığı üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək, bildirdi ki, JN-201 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən mülkiyyətində olan torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən baxış keçrilmiş və elektron xəritəyə uyğun olaraq ölçülmüş və sərhədləri ona tanıdılmış, lakin torpaq sahəsinin plan-cizgisi və zəbt edilən sahənin koordinatları ona təqdim edilməmişdir. Məhkəmə tərəfindən təyin edilən ekspertiza əsasında mütəxəssislər yerində ölçmə işləri aparmış və onlara aid torpaq sahəsinin zəbt edildiyi barədə rəy verilmişdir. Ekspert rəyi ilə razıdır və müəyyən edilən qaydada iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh üzrsüz səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. - İş materiallarına əlavə olunmuş, JN201 nömrəli KOD90602018 saylı dövlət aktından görünür ki, İddiaçı 2 nəfərdən ibarət ailə üzvlərinə Kürdəmir rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarı ilə 2.29 ha torpaq sahəsi verilmişdir. - JN202 nömrəli KOD90602018 saylı dövlət aktından görünür ki, X1 6 nəfərdən ibarət ailə üzvlərinə Kürdəmir rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarı ilə 4.15 ha torpaq sahəsi verilmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddia tələblərini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçıların tələb etdiyi torpaq sahəsinin hazırda onun istifadəsində olan torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Əvvəllər həmin torpaq sahəsini onlar əkib becərmiş, iddiaçıları heç vaxt orada görməmiş, bu barədə mübahisələri olmamışdır. Mübahisənin ədalətli həll edilməsi və xüsusi bilik tələb olunan sualları izah etmək üçün xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı və JN-201 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Kürdəmir rayonu, Ərəbqubalı kəndi ərazisində iddiaçılara ayrılmış 2.01 ha torpaq sahəsinin və Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı və JN-202 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Kürdəmir rayonu, Ərəbqubalı kəndi ərazisində cavabdehə ayrılımış 4.15 ha torpaq sahəsinin koordinatları müəyyən edilsin. - Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı və JN-201 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Kürdəmir rayonu, Ərəbqubalı kəndi ərazisində iddiaçılara ayrılmış 2.01 ha torpaq sahəsinin və Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı və JN-202 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Kürdəmir rayonu, Ərəbubqubalı kəndi ərazisində Cavabdeh ayrılmış 4,15 ha torpaq sahəsi elektron xəritəyə və faktiki vəziyyətinə görə üst-üstə düşürmü? Üst-üstə düşürsə, zəbt edilmiş torpaq sahəsinin koordinat nöqtələri və ölçüsü müəyyən edilsin. Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6616 saylı ekspert rəyində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-2702/2023 nömrtəli mütəxəssis rəyinə əsasən kəndin kompleks yerquruluşu islahat layihəsində göstərilən, JN-201 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.01 ha torpaq sahəsinin 1.90 K hissəsinin koordinatları müəyyən olunmuşdur. Elektron bazada təqdim olunan tolrpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında gödtərilən (tekuis) JN -202 saylı torpaq mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh və ailə üzvlərinə verilmiş 4.15 ha torpaq sahəsinin 1.70 ha hissəsinin koordinatları müəyyən edilmişdir. JN-201 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.01 ha torpaq sahəsinin 1.90 ha torpaq sahəsi hissəsi ilə JN-202 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyətinə verilmiş 4.15 ha torpaq sahəsinin 1.70 ha (JN 202Q) hissəsinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən elektron bazada təqdim olunan torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən (TEKİUS) JN-201 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.01 ha torpaq sahəsinin 1.90 ha (JN-201Q) hissəsi ilə JN-202 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 4.15 ha torpaq sahəsinin 1.70 ha (JN-202Q) hissəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Elektron bazada torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən (TEKİUS) JN-201 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.01 ha torpaq sahəsinin 1.90 ha hissəsinin cavabdehin naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 2.91 ha torpaq sahəsinin 1.09 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyindən və işdə olan digər sübutlarla yanaşı qiymətləndirilərək məhkəmə belə qənaətə gəlir ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İddia tələbində cavabdehin Kürdəmir rayonu Ərəbqubalı kəndində yerləşən əkin sahəsindən məcburi qaydada çıxarılması, həmin torpaq sahəsindən istifadəyə edilən manelərin aradan qaldırılması və qanunsuz hərəkətlərə qadağa qoyulması barədə qətnamə çıxarılması xahiş edilsə də, cavabdehin zəbt edilmiş torpaq sahəsindən çıxarılması nəticə etibarilə həmin torpaq sahəsindən istifadəyə edilən manelərin aradan qaldırılmasından ibarətdir. Digər tərəfdən, cavabdehlər tərəfindən edilən manelərin və qanunsuz hərəkətlərin nədə ifadə olunması iddia ərizəsində göstərilməmiş və bu barədə hər hansı sübut işə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən nəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Kürdəmir rayonu Ərəbqubalı kəndində yerləşən İddiaçı və ailə üzvlərinin paylı mülkiyyətində olan 2.01 ha torpaq sahəsinin zəbt edilmiş 1.09 ha hissəsindən Cavabdeh məcburi qaydada çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə məhkəmə xərcləri 100 manat dövlət rüsumu, 50 manat ekspertiza xərci və mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən 16 saylı Ucar Ərazi İdarəsinin hesabına ödənilmiş 135 manat smetadan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyinə görə, iş üzrə məhkəmə xərcləri: dövlət rüsumunun 50 manatı, ekspertiza xərcinin 25 manatı və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 135 manatın 50 manatı iddiaçıya, qalan hissəsi cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Kürdəmir rayonu, Ərəbqubalı kəndində yerləşən İddiaçı və ailə üzvlərinin paylı mülkiyyətində olan 2.01 ha torpaq sahəsinin zəbt edilmiş 1.09 ha hissəsindən Cavabdeh məcburi qaydada çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. 50 (əlli) manat ekspertiza xərcinin 25 manatı İddiaçı, 25 manatı Cavabdeh tutularaq Məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilsin. Ödənilmiş dəvlət rüsumunun 50 (əlli) manatı və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 135 manatın 85 (səksən beş) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-214/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-214/2023
26.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver