Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2185/2025 25.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Kürdəmir Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 23 aprel 1964-cü il tarixdə Kürdəmir rayonunun Mollakənd kəndində anadan olmuş X5nun 26 dekabr 1964-cü il tarixdə Kürdəmir rayonunn Mollakənd kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, ailə üzvləri ilə birlikdə Kürdəmir şəhəri, Vaqif küçəsi, ev 7, mənzil 1 unvanında yaşayır. Mərhum X5 23 aprel 1964-cu ildə Kürdəmir rayonunun Mollakənd kəndində doğulmuş və valideynləri ona xx.xx.1964-cü ildə doğum haqqında şəhadətnamə almışlar. X5 valideynlərinin deməsinə görə anadangəlmə xəstə doğulduğuna görə doğulandan 8 ay sonra, yəni, 1 yaşı tamam olmamış 26 dekabr 1964-cü il tarixdə ölmüşdür. Qardaşı Nazim öləndən sonra valideynləri onu yaşadıqları Kürdəmir rayonunun Mollakənd kənd qəbristanlığında dəfn etmişlər. Qardaşı Nazimin körpə yaşında ölməsi ailələrinə çox pis təsir etdiyinə görə həmin vaxt onun ölması barədə heç bir sənəd almamışlar. Hazırda vacib lazım olan bəzi sənədləşmə işlərinin aparılması məqsədi ilə mərhum X5na ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Kürdəmir regional "Asan xidmət" mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş, Kürdəmir regional "Asan xidmət" mərkəzində Qeydiyyat şöbəsində X5nun ölumü haqqında məlumatın müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "X10 Sistemində" xx.xx.2025-ci il tarixədək daxil edilmiş bütun vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılsa da ölüm haqqında akt qeydi aşkar olunmamış və bu barədə ona xx.xx.2025-ci il tarixli arayış verilmişdir. Bundan sonra o qardaşı X13 ölümü ilə bağlı tibbi şəhadətnaməni almaq üçün "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə müraciət etmiş, "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi X5nun ölümü barəsində "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" PHŞ-də heç bir məlumatın tapılmadığını bildirib bu barədə ona 17:06 2025-ci il tarixli məktub vermişlər. Mərhum qardaşı X14 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə maraqlı şəxs Kürdəmir Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RİHB-nın Mollakənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi X19 ifadəsində göstərdi ki, Ərizəçi qardaşı xx.xx.1964-cü il təvəllüdlü X12 həqiqətən də, xx.xx.1964-cü il tarixdə ölməsini görən və dəfnində iştirak edən Kürdəmir rayonu Mollakənd kənd sakinləri X18 və X23 ilə Kürdəmir rayon Mollakənd bələdiyyəsinin sədri X20 ilə birlikdə görüşmüş və onlar faktı təsdiq etmiş, uşağı Kürdəmir rayonu Mollakənd qəbirstanlığında dəfn etdiklərini bildirmişlər. Şahidlər yataq xəstələri olduğundan və müstəqil hərəkət edə bilmədiklərindən məhkəmədə iştirak edə bilmədiklərini nəzərə alaraq, xx.xx.2025-ci il tarixdə adı çəkilən şəxslərin və Ərizəçi iştirakı ilə akt tərtib etmiş, aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir rayon Mollakənd bələdiyyəsinin sədri X20 da ifadəsində şahid X8 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş və onunla eyni məzmunda ifadə vermişdir. İşə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir rayon Mollakənd kənd icra nümayəndəliyinin xx.xx.2025-ci il tarixli AZ-T 281502 nömrəyi doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. X3, anası X16r. - Kürdəmir regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-10-xx/xx-2025 nömrəli məktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X12 ölüm haqqında akt qeydinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X11 Sistemində” xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. - Kürdəmir regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 05/230 nömrəli arayışından görünür ki, X22 xx.xx.1964-cü il tarixdə Kürdəmir rayonu Mollakənd kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1964-cü il tarixdə Kürdəmir rayon Mollakənd kənd icra nümayəndəliyi tərəfindən 59 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. - Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli 18-1-49/2-M-66-xxxx/2025 nömrəli məktubdan görünür ki, X1 ilə əlaqədar müraciətlərinə cavab olaraq bildirmişlər ki, X12 ölümü haqqında Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Arxiv bölməsində məlumat tapılmamışdır. Səbəb isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş "Tibbi qeydiyyat sənədlərinin saxlanılması müddətinə əsasən ölüm haqqında qeydiyyat kitabının saxlanılma müddəti 3(üç) ildir. Müddət bitdikdən sonra utilizasiya olunur. - Kürdəmir RİHB-nın Mollakənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi X8, Kürdəmir rayon Mollakənd bələdiyyəsinin sədri X9, Kürdəmir rayonu Mollakənd kənd sakinləri X18, X23 və Ərizəçi iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda göstərilmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü X2 rayonu Mollakənd kəndində X6 ailəsində doğulmuşdur, həmin il, yəni 1964-cü il tarixdə vəfat etmiş, kənd qəbirstanlığında dəfn edilmişdir. X7, X20, X18, X23 və Ərizəçi tərəfindən imzalanmış, nümayəndəliyin və bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1964-cü ildə anadan olmuş X22 xx.xx.1964-cü ildə ölmüş, Kürdəmir rayonu Mollakənd kənd qəbristanlığında dəfn edilmişlər. X4 ölümü haqqında şəhadətnamə alınmadığından, ərizəçi torpaq sahəsi ilə bağlı sənədləşmə işlərini apara bilmir. X12 xx.xx.1964-cü ildə ölməsi və onun Kürdəmir rayonu Mollakənd kənd qəbirstanlığında dəfn edilməsi dindirilmiş şahidlərin ifadələri və işdə olan sənədlərlə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Hazırki iş üzrə ərizəçi xx.xx.1964-cü ildə anadan olmuş X12 xx.xx.1964-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən, o cümlədən Kürdəmir regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-10-xx/xx-2025 nömrəli məktubunda X12 ölüm haqqında akt qeydinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X11 Sistemində” aşkar edilmədiyi göstərilmişdir. Başqa sözlə, xx.xx.1964-ci ildə anadan olmuş X12 xx.xx.1964-cü ildə ölməsi faktının dövlət qeydiyyatı orqanlarında qeydə alınmasından imtina edildiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 23 aprel 1964-cü il tarixdə Kürdəmir rayonu Mollakənd kəndində anadan olmuş X12 26 dekabr 1964-cü il tarixdə Kürdəmir rayonu Mollakənd kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 339-341-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23 aprel 1964-cü il tarixdə Kürdəmir rayonu Mollakənd kəndində anadan olmuş X12 26 dekabr 1964-cü il tarixdə Kürdəmir rayonu Mollakənd kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-2185/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2185/2025
25.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver