Məhkəmə qərarları › İş №2(041)-2197/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2197/2025

03.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2197/2025 03.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X13 Xalıq oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi Ərizəçi Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə məhkəmənin binasında (ünvan 2ir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli MŞB/MT- 023/2025-01218-saylı “Barışıq Sazişi”nin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflərin razılaşmasına əsasən, X1 iştirakı ilə xx.xx.2025-ci il tarixli, MŞS/MT-023/2025-01218-saylı "Barışıq Sazişi” tərtib edilmişdir. Barışıq sazişinə əsasən keçmiş həyat yoldaşı, cavabdeh Maraqlı şəxs himayəsində olan iki azyaşlı xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X8 adlı övladlarından aralarında olan könüllü razılaşmaya əsasən xx.xx.2007-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsinə razılaşaraq öhdəlik götürmüşdür. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, MŞS/MT- 023/2025-01218-saylı "Barışıq Sazişi” ilə öz üzərinə götürdüyü öhdəlikdən yayınmır və öhdəliyə əməl edir. Ərəziçi Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və aralarında olan barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Ərizəçi ilə aralarında razılaşdıqlarını nəzərə alaraq barışıq sazişinin təsdiq ediməsini xahiş etdi. İş materiallarında olan, Elektron Məhkəmə informasiya sistemindən tərəflərə aid məlumat pəncərəsindən görünür ki, Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır, onların birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X3 ve xx.xx.2011-ci il təvəllüdlü X8 anadan olmuşdur. -ünvan 2ir, Ucar və Göyçay rayonları Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli 369 nömrəli arayışa əsasən, Ağdam rayonundan məcburi köçkün düşmüş Ərizəçi olu həqiqətəndə ünvan 2ir rayon 564 ailəlik qəsəbə, bina 1 mənzil ünvanında məcburi məskunlaşmışdır. İş materiallarında olan, ünvan 3atında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/MT- 023/2025-01218 nömrəli barışıq sazişinindən görünür ki, “1.1 Birinci tərəf Ərizəçi ve İkinci tərəf Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə keçirilən Tam Mediasiya sessiyası zamanı mən mediator X4 iştirakı ilə aralarında olan mübahisə ilə bağlı tam razılığa gəldilər. 1.2 Beləki tərəflər Ərizəçi ve Maraqlı şəxs ünvan 2ir rayon Qeydiyyat şöbəsində bağlanmış xx.xx.2012-ci il tarixli 95-saylı resmi nigain olub və həmin rəsmi nigahdan iki xx.xx.2007-ci il təvəllüdlü X3 ve xx.xx.2011-ci il təvəllüdlü X8 adlı övladları dünyaya gəlmişdir. 1.3 Birinci tərəflər Ərizəçi və ikinci tərəf Maraqlı şəxs ünvan 2ir rayon Qeydiyyat şöbəsində bağlanmış xx.xx.2012-ci il tarixli 95-saylı nigahlan ünvan 2ir rayon Məhkəməsinin xx.xx.2021-ci il 2(041)-1119/2021-saylı qətnaməsi ilə həmin nigah pozularaq hər iki azyaşlı xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X8 anaları ikinci tərəf Maraqlı şəxs himayəsinə verilmişdir və hər ay hər uşaqa görə 100 (bir yüz) manat ümumilikdə hər ay 200(iki yüz) manat sabit pul məbləğində aliment təyin olunmuşdur.Sonradan isə ünvan 2ir rayon Məhkəməsinin qərarı ilə hər ay hər uşaqa görə olan 100(bir yüz) manat aliment artırılaraq hər ay har uşaqa görə 200 (iki yüz) manat ümumilikdə hər ay 400 (dörd yüz) manat olmuşdur. 1.4 xx.xx.2025-ci il tarixdə keçirilən Tam Mediasiya sessiyası zamanı ikinci tərəf Maraqlı şəxs könüllü olaraq azyaşlılardan biri xx.xx.2007-ci il təvəllüdlü X3 adlı övladlarını Birinci taraf Ərizəçiınun himayəsinə verilməsinə razılaşaraq öz üzərinə öhdəlik götürdü. 1.5 Beləki tərəflər Ərizəçiı və ikinci tərəf Maraqlı şəxs aralarında olan 400(dörd yüz) manat aliment xx.xx.2024-cü il tarixdən etibarən hər ay 200(iki yüz) manat olacağı ilə bağlı razılaşaraq öhdəlik götürdülər.” Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. (3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz.) Həmin Qanunun 34.1-ci maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355- 23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü madəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, barışıq sazişi qanunun tələblərinə riayət edilməklə bağlanılmış, hər iki tərəf mediasiyada iştirak etmiş və saziş uşaqların saxlanılması üçün alimentin tutlması ilə bağlı Ailə Məcəlləsinin müddəalarına uyğundur. Beləliklə, məhkəmə ərizənin dəlillərini araşdıraraq, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi hər hansı digər şəxslərin hüquqlarına toxunmur, sazişin ikinci tərəfi hər ay müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etmədiyindən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında ünvan 3atında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/MT-023/2025-01218 nömrəli barışıq sazişi təsdiq edilsin. “1.1 Birinci tərəf Ərizəçi ve İkinci tərəf Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə keçirilən Tam Mediasiya sessiyası zamanı mən mediator X4 iştirakı ilə aralarında olan mübahisə ilə bağlı tam razılığa gəldilər. 1.2 Beləki tərəflər Ərizəçi ve Maraqlı şəxs ünvan 2ir rayon Qeydiyyat şöbəsində bağlanmış xx.xx.2012-ci il tarixli 95-saylı resmi nigain olub və həmin rəsmi nigahdan iki xx.xx.2007-ci il təvəllüdlü X3 ve xx.xx.2011-ci il təvəllüdlü X8 adlı övladları dünyaya gəlmişdir. 1.3 Birinci tərəflər Ərizəçi və ikinci tərəf Maraqlı şəxs ünvan 2ir rayon Qeydiyyat şöbəsində bağlanmış xx.xx.2012-ci il tarixli 95-saylı nigahlan ünvan 2ir rayon Məhkəməsinin xx.xx.2021-ci il 2(041)-1119/2021-saylı qətnaməsi ilə həmin nigah pozularaq hər iki azyaşlı xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X8 anaları ikinci tərəf Maraqlı şəxs himayəsinə verilmişdir və hər ay hər uşaqa görə 100 (bir yüz) manat ümumilikdə hər ay 200(iki yüz) manat sabit pul məbləğində aliment təyin olunmuşdur.Sonradan isə ünvan 2ir rayon Məhkəməsinin qərarı ilə hər ay hər uşaqa görə olan 100(bir yüz) manat aliment artırılaraq hər ay har uşaqa görə 200 (iki yüz) manat ümumilikdə hər ay 400 (dörd yüz) manat olmuşdur. 1.4 xx.xx.2025-ci il tarixdə keçirilən Tam Mediasiya sessiyası zamanı ikinci tərəf Maraqlı şəxs könüllü olaraq azyaşlılardan biri xx.xx.2007-ci il təvəllüdlü X3 adlı övladlarını Birinci tərəf Ərizəçiınun himayəsinə verilməsinə razılaşaraq öz üzərinə öhdəlik götürdü. 1.5 Beləki tərəflər Ərizəçiı və ikinci tərəf Maraqlı şəxs aralarında olan 400(dörd yüz) manat aliment xx.xx.2024-cü il tarixdən etibarən hər ay 200(iki yüz) manat olacağı ilə bağlı razılaşaraq öhdəlik götürdülər.” Qətnamə dərhal icra olunur. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində ünvan 2ir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar