Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-241/2023 11.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçın Cavabdeh qarşı avtomobilin müddətli satışı üzrə müqaviləyə xitam verilməsi və avtonəqliyyat vasitəsinin cavabdehdən alınması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixli, K-552A-PCC-19 saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh İddiaçındən Ravon R4 minik markalı **-PG-*** dövlət qeydiyyat nömrəli şassi XWBJF69V9LA006566 nəqliyyat vasitəsini satın almışdır. Tərəflərin arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsinin satış dəyəri 22508,61 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh 22508,61 manat məbləğində pulun hissə-hissə olmaqla 36 ay müddətinə ayda 448 manat ödənilməsi haqqında razılıq əldə edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini əvvəllər vaxtında icra etsə də 2020-ci ilin sentyabr ayından sonra ödənişlərin icrasını tamamilə dayandırmışdır. Dəfələrlə cavabdehə həm telefonla, eyni zamanda şifahi müraciətlə əlaqə yaradılaraq ya müqavilə üzrə öhdəliklərini icra etməsi və ya da avtomobili qaytarması tələb edilsə də, cavabbdeh nə öhdəliklərini icra etməmiş, nə də avtomobili cəmiyyətə geri qaytarmamışdır. İcra etməli olduğu ödənişləri icra etməməsi azmış kimi cavabdeh həm də qeyri-qanuni yolla mülkiyyətçisi olduqları nəqliyyat vavstəsinə sahiblənərək onunla yol hadisəsi törətmiş nəticədə xx.xx.1991-ci il təvəllüdlü X1 vurması nəticəsində sonuncu hadisə yerində keçinmişdir. Nəticədə avtomobilə şirkətdə təmir edilmiş, lakin cavabdeh təmir pulu olan 4626,78 manat təşkil edən təmir pulunu İddiaçı MMC-yə indiyədək ödəməmişdir. Bununla da cavabdeh onların hüquqlarını kobud surətdə pozur və onlar da hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdehlə aralarında bağlanmış xx.xx.2020ci il tarixli, K-552A-PCC-19 saylı avtomobilin müddətli satışı üzrə müqavilənin 3.2.4-cü maddəsinə əsasən alıcı müqavilənin 2.2-ci bəndi ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə İddiaçı MMC müqavilənin icrasından birtərəfli qaydada imtina edə, nəqliyyat vasitəsini geri götürə və ödənilmiş məbləği geri qaytarmaya bilər. Ona görə də xx.xx.2020-ci il tarixli, K-552A-PCC-19 saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə xitam verilməsi və Ravon R4 minik markalı **-PG-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin Cavabdeh alınaraq İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçınə lazımi qaydada məlumat verilmiş, İddiaçın direktoru Zaur Abbasov “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərib məhkəmə iclasının onların iştrakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə İddiaçı ilə avtomobilin müddətli satışı üzrə müqavilə bağlayıb cəmiyyətdən Ravon R4 minik markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərini hər ay hissə-hissə olmaqla 448 manat ödəmək şərti ilə 36 ay müddətinə almışdır. Avtomobili alandan sonra həmin ilin sentyabr ayına ayına kimi müqavilə üzrə öhdəliklərini yerinə yetirməklə ödənişləri etmişdir. 2020-ci ilin sentyabr ayında idarə etdiyi Ravon R4 minik markalı avtomobillə Bakı şəhərində “Koroğlu“ metrostansiyası istiqamətində hərəkət edərkən yolnəqliyyat hadisəsi törədərək yolu keçən piyadanı vurmuşdur. Həmin hadisəyə görə Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yol nəqliyyat hadisəsini törətdikdən sonra müqavilə üzrə ödənişlərini yerinə yetirməmş, sonradan da cəzaçəkmə müəssisəsində cəza çəkdiyinə görə ödənişləri ödəyə bilməmişdir. Həmin avtomobilə görə İddiaçı MMC-yə 5000 manat pul təklif etmiş, lakin İddiaçı MMC onun təklifini qəbul etməmişdir. Törətdiyi yol-nəqliyyat hadisəsindən sonra Ravon R4 minik markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı MMC-yə təhvil vermişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, K-552A-PCC-19 saylı Avtomobilin müddətli satışı üzrə müqaviləsindən görünür ki, İddiaçı MMC-yə məxsus Ravon R4 minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil 6369,00 manat ilkin ödəniş edilməklə qalan məbləği hər ay 448 manat olmaqla 36 ay müddətinə Cavabdeh satılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(007)-143/2021 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-yə məxsus etibarnamə ilə idarə etdiyi Ravon R4 minik markalı, **-PG- *** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsinə görə AR CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmün 6-cı səhifəsinin 10-cu abzasında “xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Ravon R4 LT2 markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı MMC-nin nümayəndəsi X3 tərəfindən təhvil alınmışdır“ qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, K-552A-PCC-19 saylı Avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh Ravon R4 minik markalı **-PC-*** dövlət qeydiyyat nişaqnlı nəqliyyat vasitəsi satılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq nəqliyyat vasitəsinin ümumi dəyəri 22508,61 manat məbləğində razılaşdırılmışdır. Cavabdeh həmin məbləğdən 6369 manat ilkin ödəniş kimi etmiş və qalan qalıq məbləğin, yəni 16139,61 manat məbləğində pulun 36 ay müddətinə ödənilməsi şərti ilə avtomobil cavabdehə təhvil verilmişdir. Nəqliyyat vasitəsinin tam dəyəri ödənilənə qədər həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququ İddiaçı MMC-də saxlanılmışdır. Ümumilikdə Cavabdeh tərəfindən ilkin ödəni şə daxil olmaqla İddiaçı MMC-yə 3675 manat məbləğində pul ödənilmişdir. Müqavilənin 2 saylı əlavəsi ilə nəzərdə tutulmuş ödəniş qrafikinə əsasən xx.xx.2023-cü il tarixinə Cavabdeh borcu 12453 manat təşkil edir. Sonuncu dəfə Cavabdeh xx.xx.2020-ci il tarixdə 450 manat məbləğində ödəniş etmişdir. Məhkəmə Cavabdeh izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, K-552A-PCC-19 saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh İddiaçındən Ravon R4 minik markalı **-PG-*** dövlət qeydiyyat nömrəli şassi XWBJF69V9LA006566 nəqliyyat vasitəsini satın almışdır. Tərəflərin arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsinin satış dəyəri 22508,61 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh 22508,61 manat məbləğində pulun hissə-hissə olmaqla 36 ay müddətinə ayda 448 manat ödənilməsi haqqında razılıq əldə edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini əvvəllər vaxtında icra etsə də 2020-ci ilin sentyabr ayından sonra ödənişlərin icrasını tamamilə dayandırmışdır. Dəfələrlə cavabdehə həm telefonla, eyni zamanda şifahi müraciətlə əlaqə yaradılaraq ya müqavilə üzrə öhdəliklərini icra etməsi və ya da avtomobili qaytarması tələb edilsə də, cavabbdeh nə öhdəliklərini icra etməmiş, nə də avtomobili cəmiyyətə geri qaytarmamışdır. İcra etməli olduğu ödənişləri icra etməməsi azmış kimi cavabdeh həm də qeyri-qanuni yolla cəmiyyətin mülkiyyətçisi olduğu nəqliyyat vasitəsinə sahiblənərək onunla yol hadisəsi törətmiş və nəticədə xx.xx.1991-ci il təvəllüdlü X1 vurması nəticəsində sonuncu hadisə yerində keçinmişdir. Nəticədə avtomobilə şirkətdə təmir edilmiş, lakin cavabdeh təmir pulu olan 4626,78 manat təşkil edən təmir pulunu İddiaçı MMC-yə indiyədək ödəməmişdir. Bununla da cavabdeh onların hüquqlarını kobud surətdə pozur və onlar da hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, K-552A-PCC-19 saylı avtomobilin müddətli satışı üzrə müqavilənin 3.2.4-cü maddəsinə əsasən alıcı müqavilənin 2.2-ci bəndi ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə İddiaçı MMC müqavilənin icrasından birtərəfli qaydada imtina edə, nəqliyyat vasitəsini geri götürə və ödənilmiş məbləği geri qaytarmaya bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh xx.xx.2020-ci il tarixli, K-552A-PCC-19 saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh İddiaçındən aldığı Ravon R4 minik markalı **-PG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədənə kimi, yəni xx.xx.2020-ci il tarixinədək müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, bundan sonra müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan və etibarnamə ilə idarə etdiyi Ravon R4 minik markalı **-PG- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətdikdən sonra onun barəsində AR CM-nin 263.2-ci maddəsi ilə istintaq aparılarkən Ravon R4 minik markalı **-PG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ondan alınaraq İddiaçı MMCyə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 598.4-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. İş materiallarından görünür ki, Cavabdeh İddiaçı MMC ilə aralarında xx.xx.2020-ci il tarixli, K-552A- PCC-19 saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən İddiaçındən aldığı Ravon R4 minik markalı **-PG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin aralarında olan razılaşma ilə avtomobilin müəyyənləşdirilmiş qiymətindən ilkin olaraq 6369 manat ödəmiş, qalan məbləği isə hər ay 448 manat olmaqla 36 ay müddətinə ödəmək barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İş materiallarından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan və cavabdehin etibarnamə ilə idarə etdiyi Ravon R4 minik markalı **-PG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı MMC-yə təhvil verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi Ravon R4 minik markalı **-PG-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin Cavabdeh alınaraq İddiaçı MMC-nə verilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinin tələbinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə İddiaçı ilə Cavabdeh arasında bağlanmış MC xx.xx.2020-ci il tarixli, K-552A-PCC-19 saylı Avtomobilin müddətli satışı üzrə müqaviləsinə xitam verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, K-552A-PCC-19 saylı Avtomobilin müddətli satışı üzrə müqaviləsinə xitam verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-241/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-241/2023
11.10.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver