Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4311/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: podrat müqaviləsi; iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh MTK-nın nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair mülki işə üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1159/2025 saylı, 20 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh MTK-nın şəxsində onun sədri Kazımova Ş.K ilə payçı İddiaçı İ. arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə payçıya Bakı şəhəri, Nəsimi rayonu D.Əliyeva, Ə.Topçubaşov, M.A Əliyev küçəsinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin tikintisi başa çatdıqdan sonra həmin kompleksin 2-ci blok 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 102.4 kv.m təşkil edən 62 saylı mənzil 145.100 manat müqabilində verilməsi haqqında bağlanmışdır.
2. Cavabdeh MTK-nın xx.xx.2013-cü il tarixli maliyyə arayışından görünür ki, kompleksin 2-ci blok 8-ci mərtəbəsində yerləşən 102.4 kv.m təşkil edən 62 saylı mənzilin dəyəri 145.100 manat payçı İddiaçı tərəfindən tam ödənilmişdir. İş materiallarında olan Cavabdeh MTK-nın xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, kompleksin 2-ci blok 8-ci mərtəbəsində yerləşən 102.4 kv.m təşkil edən 62 saylı mənzilin dəyəri 3000 manat payçı İddiaçı tərəfindən ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini yerinə yetirilməməsi ilə bağlı olaraq, Cavabdeh ilə onun arasında bağlanmış nömrəsiz 12 iyun 2013-cü il tarixli müqavilənin ləğv edilməsi və Cavabdehnə onun tərəfindən mənzilə görə ödənilmiş 145.100 manat və əlavə olaraq nəğd şəkildə ödənilmiş 3.000 manat məbləğində pulun, nömrəsiz 12 iyun 2013-cü il tarixli müqavilə üzrə onun tərəfindən mənzilə görə 145.100 manat pul məbləğini ödəmək üçün onunla "xxxx" ASC Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri Xidməti arasında bağlanmış 5290 nömrəli 8 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən açılmış kredit xətti üzrə onun tərəfindən banka 85.001 manat məbləğində faiz üzrə ödənilmiş pulun və mənzilə görə ödənilmiş 148.100 manat pul məbləğinin ona qaytarılmasını gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz, yəni 59.232 manat (148.100x5%=7.450/12=617x96= 59.232) məbləğində pulun ümumilikdə 292.332 manat məbləğində pulun və tərəfindən ödənilmiş 583 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 12 iyun 2013-cü il tarixdə Cavabdeh MTK (idarə heyətinin sədri X2 şəxsində) ilə nömrəsiz 12 iyun 2013-cü il tarixli “çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” (podrat müqaviləsi) bağlamışdır. Həmin müqavilənin şərtlərinə əsasən, “FF-2011" MTK Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən tikilməkdə olan kompleksin 2-ci blok, 8-ci mərtəbəsindəki (yaşayışın 4-cü mərtəbəsində) ümumi sahəsi 102.40 kv.m. olan 62 saylı mənzilin tikintisini və ona təhvil verilməsini öz üzərinə götürmüşdür. Sözügedən müqavilənin qiyməti tərəflər arasında 145.100 manat məbləğində razılaşdırılmışdır. Qeyd olunan pul məbləğini ödəmək üçün, o, "xxxx" ASC Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri Xidməti ilə 8 iyul 2013-cü il tarixli 5290 nömrəli kredit müqaviləsi bağlamış və həmin müqavilə əsasında açılmış kredit xətti üzrə ona verilən 145.100 manat məbləğində pul vəsaiti onun tapşırığı əsasında bank tərəfindən cavabdehin bank hesabına köçürülmüşdür. Mənzilin dəyərinin tərəfindən cavabdehə tam ödənilməsi ona təqdim olunmuş 12 iyun 2013-cü il tarixli maliyyə arayışı ilə də təsdiq olunur. Daha sonra cavabdeh mənzilin ümumi sahəsinin müqavilədə qeyd olunandan daha artıq olduğunu əsas gətirərək, ondan əlavə olaraq 3.000 manat məbləğində pul vəsaiti tələb etmiş və bu məbləğ nağd şəkildə ödənildikdən sonra ona 22 yanvar 2016-cı il tarixli maliyyə arayışı təqdim olunmuşdur. Cavabdehlə onun arasında nömrəsiz 12 iyun 2013-cü il tarixli müqavilə bağlanarkən binanın bünövrəsinin qazılması ilə bağlı işlər artıq icra olunurdu, cavabdeh tərəfindən ona bildirilmişdir ki, 2016-cı ilədək çoxmənzilli binanın təmir-tikinti işləri tam yerinə yetiriləcək, bina istifadəyə veriləcək və payçıların mənzilləri təhvil veriləcəkdir. Lakin, cavabdehlə onun arasında bağlanmış 12 iyun 2013-cü il tarixli müqavilənin qüvvəyə minməsindən on bir il müddət keçməsinə baxmayaraq həmin çoxmərtəbəli bina ancaq 5-ci mərtəbəyə qədər tikilmiş və hal-hazırda da tikintidə heç bir iş getmir. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, bəzi mənzil sahibləri müqavilə üzrə ödədikləri pulları geri ala bilmişdir. Cavabdehə onun tərəfindən müqavilə üzrə öhdəliyi icra etməli olduğu ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh hər il eyni cavab vermişdir - “icazə vermirlər, icazə verilsə binanı tikib qurtarardım, get hara istəyirsən şikayət et”. Yəni görünən odur ki, cavabdeh binanın tikinti işlərini qərəzli olaraq başa çatdırmaq istəmir, belə ki, cavabdeh tikintinin kim və ya hansı təşkilat tərəfindən dayandırılması və binanın istifadəyə verilməsi müddəti barədə heç bir məlumat vermir. Belə olan halda hesab etmişdir ki, Cavabdeh MTK ilə onun arasında bağlanmış nömrəsiz 12 iyun 2013-cü il tarixli müqavilə məhkəmə qaydasında ləğv olunmalı və cavabdehə iddiaçı tərəfindən ödənilmiş 145.100 manat və əlavə olaraq nəğd şəkildə ödənilmiş 3.000 manat (22 yanvar 2016-cı il tarixli maliyyə arayışı) ümumilikdə mənzilə görə ödənilmiş 148.100 manat məbləğində pul cavabdehdən tutularaq ona qaytarılmalıdır. Eyni zamanda cavabdehlə onun arasında bağlanmış 12 iyun 2013-cü il tarixli müqavilə üzrə 145.100 manat məbləğində pulu ödəmək üçün onunla "xxxx"ASC Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri Xidməti arasında bağlanmış 8 iyul 2013-cü il tarixli 5290 nömrəli kredit müqaviləsi üzrə tərəfindən banka ödənilmiş 85.001 manat məbləğində faiz məbləği də cavabdehdən tutularaq ona ödənilməlidir. Hesab etmişdir ki, cavabdeh binanın tikintisini 2016-cı ildə bitirərək mənzili ona təhvil vermədiyini nəzərə alaraq mənzilə görə ödənilmiş 148.100 manat pul məbləğinin ona qaytarılmasını gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz, yəni 59.232 manat (148.100x5%=7.450/12=617x96=59.232) məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir.
5. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini yerinə yetirilməməsi ilə bağlı olaraq, Cavabdeh ilə onun arasında bağlanmış nömrəsiz 12 iyun 2013-cü il tarixli müqavilənin ləğv edilməsi və Cavabdehnə onun tərəfindən mənzilə görə ödənilmiş 145.100 manat və əlavə olaraq nəğd şəkildə ödənilmiş 3.000 manat məbləğində pulun, nömrəsiz 12 iyun 2013-cü il tarixli müqavilə üzrə onun tərəfindən mənzilə görə 145.100 manat pul məbləğini ödəmək üçün onunla "xxxx" ASC Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri Xidməti arasında bağlanmış 5290 nömrəli 8 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən açılmış kredit xətti üzrə onun tərəfindən banka 41.330 manat məbləğində faiz üzrə ödənilmiş pulun və mənzilə görə ödənilmiş 148.100 manat pul məbləğinin ona qaytarılmasını gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz, yəni 59.232 manat (148.100х5%=7.450/12=617х96=59.232) məbləğində pulun, ümumilikdə 248.662 manat məbləğində pulun və tərəfindən ödənilmiş 539 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə iddia müddəti keçdiyindən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2016-cı ilin yanvar ayında İddiaçı onun hüquqlarının pozulması aydın olmuşdur. İddaçı İddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2024cü il tarixdə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1159/2025 saylı, 20 may 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı ilə Cavabdeh MTK arasından xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi; Cavabdeh MTK-dan 148100 manat və ödənilmiş dövlət rüsumuna görə 438.1 manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə üzrə iddiaçı tərəfindən bütün öhdəliklər yerinə yetirilsə də, Cavabdeh MTK iddiaçı tərəfindən isə öhdəlik icra edilməmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirdiyindən, onun cavabdehə qarşı öhdəliyin icra edilməsi barədə tələbi tam əsaslı olmaqla təmin edilməlidir. Cavabdehin nümayəndəsinin öhdəliyin icra edilməməsi səbəbi kimi “Bakı İcra Hakimiyyəti tərəfindən tikinti işlərinin aparılmasına imkan verilməməsi” dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu halın ödənilmiş pulun iddiaçıya qaytarılmaması üçün əsas ola bilməz.
9. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin 5-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin öz üzərinə götürdükləri öhdəliklərini tam həcmdə yerinə yetirənə qədər qüvvəsini saxlayır. İş materiallarına əlavə edilmiş müqavilənin ləğv edilməsi barədə bildirişdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etməklə aralarında bağlanmış müqavilənin şərtlərinə 7 təqvim günü müddətində əməl edilmədiyi təqdirdə öhdəliyin icrası ilə yanaşı müqavilənin ləğv edilməsi barədə məhkəməyə müraciət edərəcəyi barədə xəbərdarlıq etmişdir. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab etmişdir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı müqavilənin vaxtından əvvəl (icrasından əvvəl) ləğv edilməsini tələb etməkdə haqlıdır.
10. Məhkəmə iddia tələbinin "xxxx" ASC Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri Xidməti arasında bağlanmış 5290 nömrəli 8 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən açılmış kredit xətti üzrə iddiaçı tərəfindən banka 41.330 manat məbləğində faiz üzrə ödənilmiş pulun” tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, bankdan MTK ilə müqavilə bağladıqdan sonra kredit götürmək iddiaçının öz seçimi olmaqla götürdüyü kreditə hesablanmış faizlərin cavabdehdən tələb edilməsi məqsədəmüvafiq hesab edilə bilməz. Belə ki, cavabdeh tərəfindən ev təhvil verilmiş olsaydı belə, iddiaçı götürdüyü kreditə faizləri ödəməli idi.
11. Məhkəmə iddia tələbinin “pul məbləğinin iddiaçıya qaytarılmasını gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz” hissəsinə qiymət verərək hesab etmişdir ki, cavabdeh tərəfin həmin pulu özündə saxlamaqla faydalanmasını təsdiq edən hər hansı mötəbər sübutlar yoxdur. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, bu hissədə iddia təmin edilə bilməz. Eyni zamanda da vurğulanmalıdır ki, tərəflər arasında müqavilə qüvvədə olduğu halda iddiaçının gecikdirilmiş müddətə illik beş faiz tutulmasını tələb etməsi hüquqi nöqteyi nəzərdən düzgün deyildir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin icra müddətinin konkret tarixlə deyil, tərəflərin öz üzərlərinə götürdükləri öhdəliklərin tam həcmdə yerinə yetirilməsi ilə şərtləndirilmişdir.
12. Həmçinin məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti hər iki tərəfin öz üzərlərinə götürdükləri öhdəliklərin tam həcmdə yerinə yetirilməsi ilə şərtləndirildiyindən müqavilə qüvvədə olmaqla, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün iddia müddətini ötürməmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 21, 375.2, 377.2, 377.3, 385.1, 386.1, 421.2, 423.2, 442, 443.1, 443.2, 445.2, 445.1 və 445.7-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1159/2025 saylı, 20 may 2025-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilib iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin “pul məbləğinin ona qaytarılmasını gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz” hissəsinə dair və digər hissələrdə nümayəndəsinin mövqeyini qeyrimüəyyən səbəblərə görə ümumiyyətlə qətnamədə qeyd etməyib. Məhkəmə tələbə qeyriobyektiv yanaşmış, işin materiallarına əlavə olunmuş "xxxx" ASC-nin sözügedən kredit müqaviləsi üzrə ona ayrılmış pul məbləğinin Cavabdeh MTK-dan mənzil alınması üçün nəzərdə tutulduğunu təsdiq edən məktubu nəzərə almamışdır. Qeyd etmək lazımdır ki, binanın tikilib qurtardıqdan sonra təhvil verildiyi halda daşınmaz əmlakın dəyərinin kifayət qədər artacağı və kredit faizlərinə çəkdiyi xərci üstələyəcəyi gözləntisi olduğuna görə, o, sözügedən kredit müqaviləsini bağlamışdır. Hesab edir ki, cavabdehin öhdəliyi icra etmədiyinə görə açılmış kredit xətti üzrə iddiaçının ödədiyi 41.330,89 manat məbləğində pul dəymiş zərər kimi cavabdeh tərəfindən ona ödənilməlidir. Belə ki, cavabdehlə onun arasında bağlanmış 12 iyun 2013-cü il tarixli müqavilənin qüvvəyə minməsindən 11 il müddət keçməsinə baxmayaraq onun müqavilə üzrə aldığı sözügedən mənzilin yerləşdiyi 2-ci çoxmərtəbəli bina ilə əlaqədar heç bir tikinti işləri aparılmamış və hətta köçürmə işləri də həyata keçirilməmişdir və hal-hazırda da tikintidə heç bir iş getmir. Eyni zamanda nümayəndə bildirmişdir ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi Bakı Şəhər İcra Hakimiyyətinin 451 nömrəli xx.xx.2018-ci il tarixli Sərəncamı ilə Cavabdehnə Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə ofis və yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 346 saylı sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilmişdir. Belə olan halda cavabdeh tikintiyə icazə haqqında sərəncamın ləğv edilməsi, podrat müqaviləsi üzrə öhdəliyini icra edə bilməyəcəyi barədə payçı olan ona məlumat verərək, sözügedən müqavilə üzrə tərəfindən mənzilə görə ödənilmiş 148.100 manat məbləğində pulu ona qaytarmasını təklif etmək əvəzinə, tikintini 2016-cı ildə bitirməli olduğunu söz verdiyi halda həmin məbləği ona qaytarmamış, həmin pulu qanunsuz olaraq özündə saxlamışdır. Hesab edir ki, Azərbaycan Respublikasının MM-nin 442-ci maddəsinə əsasən cavabdeh pul məbləğinin ödənilməsini gecikdirməsinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə 2016-cı ildən olmaqla illik beş faiz cavabdeh tərəfindən ona ödənilməlidir. Məhkəmə tələbə qeyri-obyektiv yanaşmış, işin materiallarına əlavə olunmuş "xxxx" ASC-nin sözügedən kredit müqaviləsi üzrə ona ayrılmış pul məbləğinin Cavabdeh MTK-dan mənzil alınması üçün nəzərdə tutulduğunu təsdiq edən məktubu nəzərə almamışdır. Qeyd etmək lazımdır ki, binanın tikilib qurtardıqdan sonra təhvil verildiyi halda daşınmaz əmlakın dəyərinin kifayət qədər artacağı və kredit faizlərinə çəkdiyi xərci üstələyəcəyi gözləntisi olduğuna görə o sözügedən kredit müqaviləsini bağlamışdır. Hesab edir ki, cavabdehin öhdəliyi icra etmədiyinə görə açılmış kredit xətti üzrə ödədiyi 41330.89 manat məbləğində pul dəymiş zərər kimi cavabdeh tərəfindən ona ödənilməlidir.
16. Həmçinin Cavabdeh MTK apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1159/2025 saylı, 20 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının təqdim etdiyi formal mülahizələrə əsaslanmış, cavabdeh tərəfin təqdim etdiyi mötəbər sübutları isə gözardı edərək qanunsuz və əsassız qətnamə qəbuletmişdir. Öhdəliyin icra edilməməsi dedikdə qarşı tərəfin qəsdən həmin öhdəlikləri yerinə yetirməməsi başa düşülür. Halbuki, elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, cavabdeh MTK tikintinin başlanması, davam etdirilməsi və yekunlaşdırılması üçün bütün zəruri və zəruri olmayan dövlət təşkilatlarından müvafiq icazələri almış, tikintiyə başlamış, sadəcə sonradan bəzi dövlət orqanlarının qanunsuz və əsassız hərəkətləri nəticəsində həmin tikinti işlərinin davam etdirilməsi cavbdehin iradəsindən aslı olmayaraq yarımçıq qalmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin 6-cı maddəsinin d) bəndinə əsasən, fors major halarında öhdəliklərin icrasını qeyri-mümkün edən sair hallar kimi dövlət orqanlarının əsassız və qanunsuz olaraq tikintini dayandırması nəzərə alınmalıdır. Belə ki, cavabdeh MTK tikintinin başlanması, davam etdirilməsi və yekunlaşdırılması üçün bütün zəruri və zəruri olmayan dövlət təşkilatlarından müvafiq icazələri almış, tikintiyə başlamış, sadəcə sonradan bəzi dövlət orqanlarının qanunsuz və əsassız hərəkətləri nəticəsində həmin tikinti işlərinin davam etdirilməsi cavbdehin iradəsindən aslı olmayaraq yarımçıq qalmışdır. Bundan başqa, Qanunvericiliyin iddia müddətinin tətbiqi ilə bağlı müddəalarına əsaslanan ərizəni hakim qətnamədə qeyd etməmiş və ona heç bir münasibətini bildirməmişdir. Halbuki, iddia ərizəsinin əsası kimi iddiaçı qeyd edir ki, xx.xx.2013-cü il tarixli müqavilə və maliyyə arayışına əsasən iddiaçı podrat müqaviləsinə əsasən cavabdehdən tikiləcək çoxmənzilli yaşayış binasından mənzil almış və mənzilin dəyərini, yəni 145.100 manat pulu cavabdehə tam şəkildə ödəmişdir. Lakin bugünə qədər cavabdeh mənzili tikməmişdir və ona görə də, müqaviləsinin ləğv edilməsini və ödədiyi pulu və digər pul vəsaitlərini tələb edir. xx.xx.2025-ci il tarixə saat 16:00-a təyin edilmiş məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə sərbəst izahat verərək bildirdi ki, “indiki Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev mənim uşaqlıq dostumdur və 2016-cı ilin yanvar ayında mənə bildirdi ki, həmin bina tikilməyəcək. O, onda bildi ki, hüquqları pozulub və onun mənzili verilməyəcək.” (məhkəmə iclasının audio-video çəkilişində və məhkəmə iclas protokolunda qeyd edilmişdir). İddiaçıya tərəfindən verilmiş suallara verdiyi cavablar da bir daha hər kəsi əmin etdi ki, artıq 2016-cı ilin yanvar ayında İddiaçı onun hüquqlarının pozulması aydın olmuşdur. İddaçı İddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Bununla bağlı, məhkəmə hazırlıq iclasında verdiyi iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə hakim heç bir münasibət bildirməyərək hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxarmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil1 tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Bildirmişdir ki, 2013-cü ildə iddiaçı cavabdehlə podrat müqaviləsi bağlamışdır. Müqavilə bağlanarkən cavabdehin direktoru bildirmişdir ki, bina 2016-cı ildə təhvil veriləcəkdir. İddiaçı tam şəkildə ödənişi etmişdir. Buna baxmayaraq iddiaçının mənzil aldığı binaya köçürülmə baş tutmamışdır. 2016-cı ildə iddiaçı cavabdehə müraciət edən zaman yenidən ondan 3 min manat pul istənilmişdir. İddiaçı daha 3 min manat vermişdir və o vaxtdan da tikinti getməmişdir. İddiaçı orada yaşayan adam deyildir. O sadəcə müqavilə bağlayaraq pay almışdır. Məhkəmə gedişində bilmişik ki, 2018-ci ildə ümumiyyətlə tikintiyə icazə verilməmişdir. Cavabdeh bu barədə heç kimə məlumat verməmişdir. Cavabdeh iddiaçının pullarını özündə saxlamışdır. Normal halda cavabdeh tərəf tərəfləri məlumatlandırmalı idi. Qanunsuz olaraq pul cavabdeh tərəfindən saxlanılmış və şəxsi ehtiyacları üçün xərcləmişdir. 2024-cü ildə iddiaçı yenidən cavabdehə müraciət etmişdir. İddiaçı bir sıra dövlət orqanlarına müraciət etmişdir və ona bildirmişlər ki, bu mülki qaydada həll olunmalıdır. Burada hansı iddia müddətindən söhbət gedir. Müddət o zaman bitir ki, öhdəlik tam şəkildə icra olunsun. 2018-ci ildə sərəncam tam ləğv olunmuşdur, lakin pul geri qaytarılmamışdır. Bundan başqa iddiaçının müqaviləyə marağı itmişdir. İddiaçı ildə bir-iki dəfə cavabdeh şirkətə müraciət etmişdir. 2024-cü ildə isə iddiaçını təhqir etmişlər. Binanın tikilməyəcəyi iddiaçıya həmin vaxt məlum olmuşdur. İddiaçı evi götürmək üçün kredit götürmüşdür və buna görə də ona ziyan dəymişdir. Ən azı 2018-ci ildən cavabdeh tərəf pulu özündə saxlamışdır. Müqavilə 2013-cü il 13 iyun tarixində bağlanmışdır. Kredit isə 08 iyul 2013-cü il tarixində götürülmüşdür. 13 iyun 2013-cü il tarixində müqavilə bağlanan zaman iddiaçıya maliyyə arayışı verilmişdir. Bankın məktublarından da məlumdur ki, cavabdeh şirkət bankla əlaqəlidir. 2024-cü ildə prokurorluğa müraciət olunmuşdur, ona qədər isə iddiaçı aldadılmışdır. Ona bildirmişlər ki, bina tikiləcəkdirCavabdeh tərəfin tikintiyə icazəsi 2018-ci ildə sərəncamla ləğv edilmişdir. Cavabdeh tərəf bunu tərəflərə elan etmli idi, lakin etməmişdir. Cavabdeh tərəf 2018-ci ildən pul vəsaitini qanunsuz olaraq məlumat vermədən saxlamışdır. Hesab edir ki, tələb 2018-ci ildən yaranır. Onlar tikintiyə icazənin ləğv olunduğunu bilmirdilər. Sərəncamın ləğv olunduğunu bilsə idilər, münasibətləri ləğv edərdilər. İddiaçı həmin müqaviləyə artıq marağını itirmişdir. İddiaçının qaynanası 2016-cı ildə 14 min manat pul ödəmişdir. Belə olan halda iddiaçının tikintinin dayandırılmasından 2016-cı ildə məlumatı ola bilməzdi. Bununla bağlı maliyyə arayışını sizə təqdim edirəm
20. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, iddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Bildirmişdir ki, bu binanın 2013-cü ildə tikintisi başlamışdır. Hal-hazırda Nəsimi Rayon Məhkəməsində cavabdeh şirkətin kredit borcları ilə bağlı işlər gedir. Onlar ilk gündən deyi ki, bu iddia təmin olsa belə, icrası mümkün olmayacaqdır. Cavabdeh şirkətin büdcəsi yoxdur. 2016-cı ildən sonra binanın tikilməsi ilə bağlı çoxsaylı müraciətlər olunmuşdur. Cavabdeh şirkət binanın tikilməməsini qərəzli olaraq etməmişdir. Burada qərəz yoxdur. 12 ildir ki, hər ay üçün oranın sakinləri üçün kirayə haqqı ödənilir. Onlar tərəfdarıyıq ki, mənzilin tikilərək təhvil verilməsi öhdəliyi bizim üzərimizə qoyulsun, belə olan halda biz aidiyyəti qurumlara müraciət edə bilər. Eyni zamanda burada iddia müddəti tətbiq olunmalıdır. İddiaçıya 2016-cı ildə binanın tikilməyəcəyi ilə bağlı bildirilmişdir. İddiaçının cavabdeh şirkətə müraciət etməsi ilə bağlı heç bir məlumatı yoxdur. İddiaçının heç bir rəsmi müraciəti olmamışdır. Barışıqla bağlı bildirir ki, qarşı tərəf mənzilin təhvil verilməsi ilə bağlı iddia versə daha məqbul olaraq. Çünki pul tələbi ilə bağlı iddiaların icrası ilə bağlı Nəsimi Rayon İcra Şöbəsində iş çoxdur və icrası da mümkün deyildir. Bir neçə dəfə İXM-nin 528.1-ci maddəsi ilə protoko tərtib olunsa da daha sonra xitam verilmişdir. Burada öhdəliyin icra olunmaması ilə bağlı qəsd yoxdur. Sadəcə dövlət orqanları tərəfindən binanın tikintisi dayandırılmışdır. Bundan başqa onlar iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə vermişlər və müdafiə edirlər. İddiaçı tərəf birinci instansiya məhkəməsində binanın tikilməyəcəyindən 2016-cı ildə məlumatlı olduğunu bildirmişdir. Bina 2013-cü ildə tikilməyə başlanmış, lakin 2016-cı ildə isə tikinti tamamilə dayanmışdır. İddiaçının 2016-cı ildən binanın tikilməyəcəyindən məlumatı var idi. Cavabdeh MTK-nın faktiki rəhbəri vəfat etmişdir, lakin rəsmi rəhbərliyi isə bugündə görüşlər keçirir və çalışırlar ki, həmin bina tikilsin. Onlar ancaq mənzil tikilib başa çatdığı halda qarşı tərəfə təhvil verə bilərlər. Sərəncam ləğv olunan zaman hər kəsin məlumatı var idi. Cavabdeh şirkətin faktiki sahibi vəfat etmişdir. Qarşı tərəfin bugünə barışıq etməli olduğu şəxs yoxdur. Cavabdeh şirkətin maddi durumu yoxdur. Binanın tikintisinə icazə alınması ilə bağlı hələdə cəhdlər edilir.
Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərində müvafiq olara qətnamənin təmin edilməyən və təmin edilən hissələrində ləğv edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
25.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
26.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
27.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 28.372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 29.373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 30.375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 31.377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. 32.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 33.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 34.421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 35.421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 36.421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 37.422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 38.423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma,əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 39.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 40.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 41.443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 42.445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 43.446.1 və 446.2-ci maddələrinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Kreditorun icranı gecikdirməsi borcluya gecikdirmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququ verir, bir şərtlə ki, kreditor gecikdirmənin nə onun, nə də icranı qəbul etməyin həvalə olunduğu şəxslərin cavabdeh olmadıqları hallara görə baş verdiyini sübuta yetirməsin. 44.446.4-cü maddəsinə görə kreditorun icranı gecikdirməsi zamanı borclu öhdəliyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra borclunun qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyri-mümkün olsun. 45.446.5-ci maddəsinə görə gecikdirmə zamanı kreditor onun təqsirindən asılı olmayaraq: 446.5.1. müqavilə predmetinin saxlanması ilə əlaqədar çəkilmiş artıq xərclərin əvəzini borcluya ödəməlidir; 446.5.2. əşyanın təsadüfən korlanması və ya məhv olması riski onun üzərinə düşür; 446.5.3. pul öhdəliyi üçün faizlər almaq hüququna daha malik deyildir. 46.448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 47.752.1-ci və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icraetməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 48.753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 49.759-cu maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 50.762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 51.769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 52.770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilmirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 53.1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
54.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 55.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 56.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
57.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 58.Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 59.İş materiallarından göründüyü kimi, tərəflər podrat müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinə daxil olmuşlar. 60.Nəzərə alınmalıdır ki, digər konsensual müqavilələrdən fərqli olaraq, podrat müqaviləsi bağlandığı andan icra edilə bilməz, çünki işlərin görülməsi ilə bağlı müəyyən vaxt sərf etmək lazımdır ki, tələb olunan nəticə əldə edilsin. Podrat müqaviləsinin predmetini görülmüş işlərin nəticələri təşkil edir. İşlərin görülməsi, podratçının öz vəzifəsinin icra edilməsi üçün ilk öncə müqavilə bağlanılır, burada hansı işlərin görülməsi (podratla bağlı smetanın tərtibi) və müddəti müəyyən edilir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 61.İş materiallarından görünür ki, iddiaçı podrat müqaviləsi üzrə işlərin nəticələrinin vaxtında ona təhvil verilmədiyinə, yəni cavabdehin öz müqavilə öhdəliyini lazımi qaydada icra etmədiyinə istinad etməklə bunun müqabilində ödənilmiş muzdun qaytarılmasını, həmçinin, qarşı tərəfin qanunazidd davranışı nəticəsində uğradığı maddi zərərin qarşılanmasını tələb edir, qanunla qorunan hüquq və maraqlarının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququnun yarandığını qeyd edir. Cavabdeh isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilmədiyini inkar etmir, lakin pozuntunun onun cavabdeh olmadığı hallardan irəli gəldiyini bildirir. Cavabdeh həmçinin məhkəmədən iddia müddətinin tətbiq edilməsini xahiş edir. 62.Göründüyü kimi apellyasiya şikayətlərində qeyd edilən məsələlər cavabdehin öz müqavilə öhdəliyini icra etməməsində təqsirli olub-olmaması; mübahisəli münasibətlərə tətbiq edilməli olan iddia müddətinin növü, axımının nə vaxtdan başladığı, iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günün müəyyən edilməsindən ibarətdir. 63.Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. 64.Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 65.Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 66.Mülki Məcəllənin 448-ci maddəsində də öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. 67.Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. 68.İşin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında xx.xx.2013-cü il tarixində bağlanmış podrat müqaviləsinə əsasən, cavabdeh 145.100 manat müqabilində Bakı şəhəri, Nəsimi rayonu D.Əliyeva, Ə.Topçubaşov, M.A Əliyev küçəsinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin tikintisi başa çatdıqdan sonra həmin kompleksin 2-ci blok 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 102.4 kv.m təşkil edən 62 saylı mənzili 2016-cı ilədək iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilədə görüləcək işlər, işin yerinə yetirilmə müddəti, ödənişin məbləği, ödəmə şərtləri, podratçı və sifarişçinin öhdəlikləri, digər müddəalar öz əksini tapmışdır. 69.Cavabdeh tərəf olduğu müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu D.Əliyeva, Ə.Topçubaşov, M.A Əliyev küçəsinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin 2-ci blok 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 102.4 kv.m təşkil edən 62 saylı mənzili iddiaçıya 3 ilə təhvil verməyi öhdəsinə götürsə də, öhdəliyi onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edə bilməmişdir. Sözügedən öhdəliyin icra edilməsinin mümkün olmamasını özündən asılı olmayan hallar ilə əsaslandırmışdır. 70.İş materiallarından da görünür ki, cavabdehin tikinti işlərini davam etdirməsi müvafiq dövlət orqanı tərəfindən əvvəl verilmiş icazənin ləğv edilməsi səbəbindən mümkün olmamışdır. Podratçı verilmiş icazəyə əsasən şəhərsalma və tikinti qanunvericiliyinin pozulmadığına əmin olaraq tikinti işlərinə başlamış, tikintinin qanuniliyi barədə yanlış məlumat verməklə sifarişçiləri yanıltmamış, mümkün risklər barədə susmamışdır. Qeyd edilən hallar iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 203/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında da öz təsdiqini tapmışdır. 71.Bu səbəbdən, müqavilə üzrə ödənilmiş məbləğdən başqa, iddiaçının zərərə uğradığı ehtimal edilən maddi zərərə görə cavabdehin mülki hüquqi məsuliyyət daşıması barədə nəticəyə gəlmək mümkün deyildir. Çünki, hazırkı işdə zərərin yaranmasına dəlalət edən cavabdehin qanunsuz davranışına yol verdiyi hallar müəyyən edilmir. Cavabdeh sübut etmişdir ki, müqavilə bağlanarkən onun həmin halları əvvəlcədən nəzərə alması, yaxud bu halları və nəticələrini istisna etməsi və ya aradan qaldırması mümkün olmamışdır. 72.Nəzərə alınmalıdır ki, cavabdehin icranı gecikdirməsi iddiaçıya gecikdirmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququ verir, lakin bu, yalnız o halda mümkündür ki, borclu pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. 73.Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində iddiaçının müqavilə üzrə ödədiyi məbləğin geri qaytarılması tələbinə iddia müddətinin tətbiqi barədə dəlillərə münasibətdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, öhdəlik davam edən xarakter daşıyırsa və borclu onun icrasından qəti şəkildə imtina etməmişdirsə müqavilənin bağlanma tarixi və ya işlərin icra edilməməsi öz-özlüyündə iddia müddətinin başlanması üçün kifayət əsas hesab edilə bilməz. 74.Podrat müqaviləsinin hüquqi təbiəti (§60) baxımından həmin müqavilə üzrə öhdəlik, nəticə təhvil verilənədək və ya müqaviləyə xitam verilənədək davam edən xarakter daşıyır. Yəni podratçı işin nəticəsini təhvil vermədikcə və ya müqavilənin icrasından açıq şəkildə imtina edib onu ləğv etmədikcə pozuntu qəti xarakter almır, sifarişçi isə nəticənin gələcəkdə əldə olunacağına ümüd etməyə haqlı olur. 75.Cavabdehin 2016-cı ildə tikinti işlərinin davam etdirilməcəyi barədə iddiaçının məlumatlı olduğuna istinad eməsinə baxmayaraq, iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh bu tarixdən sonra da tikintiyə icazənin bərpa edilməsi üçün cəhdlər etmiş, sifarişçilər və dövlət orqanları ilə danışıqlar aparmış, bununla da tikinti işlərini davam etdərəcəyinə sifarişçiləri, o cümlədən iddiaçını inandırmış, açıq şəkildə icradan imtina etməmişdir. 76.Hazırda da cavabdehin səlahiyyətli dövlət orqanlarına müraciət edərək tikinti işlərinin davam etdirilməsinə nail olmaq üçün tədbirlər gördüyü müəyyən olunur. Məhkəmə iclasında da nümayəndəsi tikinti işlərinin tamamlanmasının mümkün olduğunu bildirir. İşdə olan "xxxx" ASC tərəfindən mübahisəli yaşayış binasına dair texniki şərtin verilməsi xx.xx.2019-cu il tarixinə, AR Baş Nazirinin müavinin obyektin tikintisinin davam etdirilməsi barədə müsbət rəyin verilməsi xx.xx.2019-cu il tarixinə, AMEA-nın rəy verilməsi xx.xx.2019-cu il tarixinə təsadüf etdiyi müəyyən edilir. 77.Nəzərə alınmadır ki, iddia müddətinin axımı bir qayda olaraq şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Tərəflər arasında bağlanılmış podrat müqaviləsi üzrə münasibətlər davam edən xarakter daşıdığından, müqavilənin ləğvinə dair pretenziya məktubunun təqdim edildiyi tarix - xx.xx.2024-cü il tarixi – iddia müddətinin başlanğıcı kimi qəbul edilməlidir. İddiaçı ilə cavabdeh arasında yaranmış mübahisənin daşınmaz əşyaya dair bağlanmış müqavilə münasibətlərindən irəli gəlməsi nəzərə alınmaqla, mübahisəyə MM-in 373.2-ci maddəsində uyğun olaraq altı illik iddia müddəti tətbiq edilməlidir. Belə olan halda iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş bu müddəti ötürmədən məhkəməyə müraciət etdiyi qənaətinə gəlinməlidir. 78.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 79.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 80.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1159/2025 saylı, 20 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün iddiaçı və cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev