Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2442/2025 07.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “ödənilmiş pulun geri qaytarılmas” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2192/2025 nömrəli, 16 aprel 2025-ci il tarixli qətnaməsindən üçüncü şəxs X4 tərəfindən verilmiş kassasiya şikayətinə 7 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 MMC-nin (Cavabdeh2 MMC-nin) direktoru X11 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 14102 №-li podrat müqaviləsinin 1.1-ci bəndinə əsasən podratçı Cavabdeh1 MMC müqavilədə göstərilən işləri icra etməyi və işlərin nəticəsini müqavilədə müəyyən olunmuş qaydada sifarişçi İddiaçı təqdim etməyi, sifarişçi isə işləri qəbul edib, müqavilə ilə müəyyən olunmuş qiymətini podratçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü maddəsinə əsasən «Podratçı» müqavilə ilə müəyyən edilmiş işləri özünün vəsaiti hesabına, özü tərəfindən cəlb edilən işçi qüvvəsi, alınmış material və avadanlıqlarla yerinə yetirəcəkdir. Müqavilənin 2.4.2-ci maddəsi nə əsasən podratçı müqavilə ilə müəyyən edilmiş işləri xx.xx.2023-cü il tarixinədək yerinə yetirmək və işləri qəbul etmək üçün tam hazır vəziyyətdə sifarişçiyə təhvil verməlidir.
2. Tərəflər arasında bağlanmış sərbəst qiymətlərin razılaşdırılması protokoluna əsasən xx.xx.2023-cü il tarixdə bağlanmış 14102 №-li müqavilə üzrə mənzilin tam təmiri üçün 32000 manat qiymət müəyyənləşdirilmişdir.
3. Müqaviləyə əlavə olunmuş cədvələ əsasən, görüləcək işin dəyərinin 36 ay müddətinə ödənilməsi nəzərdə tutulmuş və ilkin olaraq 8000 manat avans Cavabdeh1 MMC-nin (Cavabdeh2 MMC-nin) direktoru X11 tərəfindən qəbul edilmişdir.
4. Ödəniş qəbzinə əsasən, xx.xx.2023-cü il tarixli, 14102 №-li müqavilə üzrə 8000 manat avans Cavabdeh1 MMC-nin (Cavabdeh2 MMC-nin) direktoru X11 tərəfindən qəbul edilmişdir. 5. 06.10.2023-cü il tarixli xəbərdarlıq məktubuna əsasən İddiaçı Cavabdeh1 MMC-yə (Cavabdeh2 MMC-yə) ödənilmiş 8000 manat pulun geri qaytarılması, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.
6. X11 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, Cavabdeh1 MMC ilə vətəndaş İddiaçı arasında bağlanmış 22 avqust 2023-cü il tarixli müqaviləyə əsasən, müqavilə üzrə, müqavilədə qeyd olunan mənzilin təmir olunmasından ötrü, Cavabdeh1 MMC tərəfindən təmir işləri üçün aşağıda qeyd olunan xərclər çəkilmişdir:
1. Dizayn işi-1400 (min dörd yüz) manat.
2. Söküntü işləri müddətində (11 gün) 3 nəfər canlı qüvvənin işləməsi üçün çəkilmiş xərc- 825 (səkkiz yüz iyirmi beş) manat.
3. Elektrik işləri (canlı qüvv ə)- 200 (iki yüz) manat.
4. Sement (30 ədəd), çatdırılma və boşaldılma - 295 (iki yüz doxsan beş) manat. 5. işçi qüvvəsinin geyim ləvazimatları və tikinti alətləri- 60 (altmış) manat. Cəm məbləğ: 2780 (iki min yeddi yüz səksən) manat. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 MMC arasında bağlanmış 22 avqust 2023-ci il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə əsasında ödənilmiş 8000 manat pulun cavabdehlər Cavabdeh1 MMC (VÖEN **********) və Cavabdeh2 MMC-dən (VÖEN **********) müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçının nümayəndəsi Nümayəndə1 sonradan ərizə təqdim edərək, Cavabdeh1 MMC arasında bağlanmış 22 avqust 2023-ci il tarixli müqavilə əsasında ödənilmiş 8000 manat pulun cavabdehlər Cavabdeh1 MMC (VÖEN **********) və Cavabdeh2 MMC-dən (VÖEN **********) müştərək qaydada tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçının cavabdeh qarşısında müqavilə üzrə icra edilməmiş hər hansı öhdəliyi mövcud deyildir. Mənzilin təmir işlərinin dəyəri tam olaraq ödənildiyindən cavabdehdən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək mənzildə edilməli olan təmirtikinti işlərinin görülməsini tələb etməyə başlamışdır. Lakin müqavilə bağlanmasından artıq uzun müddət keçməsinə, dəfələrl ə müraciət etməyinə baxmayaraq cavabdeh təmir işlərinə başlamamış, təmir işlərinin həyata keçirilməsini tələb etmək üçün kimə müraciət olduğunu belə müəyyənləşdirə bilmir. Bundan sonra cavabdeh “İnci- inşaat MMC”, qəbzdəki möhürdə Cavabdeh2 MMC qeyd edildiyindən hər iki MMC-yə müraciət edərək evin təhvil verilməsini və təmir işlərini yerinə yetirilməsini tələb etmişdir. Lakin cavabdeh mənzildə təmir işləri aparmaqdan, mənzili təhvil verməkdən imtina etmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlərə yazılı şəkildə müraciət edərək müqavilə predmeti olan fərdi yaşayış evində təmir işləri aparılmasının təmin edilməsini tələb etmiş, lakin müraciətinə hər hansı formada cavab verilməmişdir. Podratçı olaraq cavabdehlər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, təmir-tikinti işlərin i görərək təhvil verməkdən boyun qaçırır və mənzildə təmir işləri aparmağa müxtəlif bəhanələrlə yayınır.
10. Birinci instansiya məhkəməsində Cavabdeh1 direktoru X5 vəkili və nümayəndəsi Vəkil1 xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək, iddia tələbini qismən qəbul etdiklərini, müqavilə üzrə çəkilmiş 2780 manatın çıxılmaqla iddianın qalan hissədə təmin olunmasına etiraz etmədiyini bildirmişdir.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-483/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən 8000 (səkkiz min) manat məbləğində pulun müştərək qaydada İddiaçı xeyrinə tutulması, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pulun mü ştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən Azərbaycan Respublikasının Dövlət Büdcəsinin xeyrinə tutulması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh1 MMCnin (Cavabdeh2 MMC-nin) direktoru X11 arasında bağlanmış podrat müqaviləsinə əsasən podratçı Cavabdeh1 MMC müqavilədə göstərilən işləri icra etməyi və işlərin nəticəsini müqavilədə müəyyən olunmuş qaydada sifarişçi İddiaçı təqdim etməyi, sifarişçi isə işləri qəbul edib, müqavilə ilə müəyyən olunmuş qiymətini podratçıya ödəməyi öhdəsinə götürmüş və ilkin olaraq Cavabdeh1 MMC-nin (Cavabdeh2 MMC-nin) direktoru X8 8000 manat avans verilmişdir. Göründüyü kimi iddiaçı podrat müqaviləsinin bağlanmasından irəli gələn və muzdun verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh aldığı avans müqabilində öhdəliyini icra etməkdən yayınır və beləliklə podrat müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, Mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “muzd ödəmək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “işi icra etmək”dən ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bu səbəbdən iddiaçı pulun geri qaytarılmasını tələb etməkdə haqlıdır.
13. Cavabdeh tərəfin vəkili tərəflər arasında müqavilə bağlanıldığını və 8000 manat verildiyini etiraf etsə də, çəkilmiş xərclərə görə həmin məbləğdən 2780 manatın çıxılmasını, qalan məbləğin isə qaytarılmasına razı olduğunu bildirmişdir. Məhkəmə cavabdehin qeyd etdiklərinə münasibətdə hesab edir ki, iddiaçı cavabdehlə mənzilin tam şəkildə təmir edilib təhvil verilməsini şərtləşdirsə də, cavabdeh müqaviləni birtərəfli şəkildə pozaraq, müqavilə üzrə üzərinə götürdüyü öhdəl iyi icra etməmiş və mənzili təmir olunmuş şəkildə iddiaçıya təhvil verməmişdir. Hazırkı halda cavabdeh tərəf özünə məxsus işçi qüvvəsi ilə 3 gün ərzində evin söküntü işlərini apardığını və buna görə də xidmət haqqı olaraq 2780 manat pulun avans məbləğindən çıxılmasını xahiş etsə də, müqavilənin 1.3cü maddəsinə əsasən «Podratçı» müqavilə ilə müəyyən edilmiş işləri özünün vəsaiti hesabına, özü tərəfindən cəlb edilən işçi qüvvəsi, alınmış material və avadanlıqlarla yerinə yetirməyi öhdəsinə götürdüyündən cavabdehin etirazı əsaslı hesab edilmir. Çünki tərəflər müqavilə ilə çəkiləcək bütün xərcləri 32000 manat məbləğində razılaşdırmış və buna əsasən iddiaçı 8000 manat avans ödənişi etmişdir. Göründüyü kimi mənzilin təmir edilməsi üçün onun sökülməsinə çəkilən xərclər müqaviləyə əsasən podratç ının öhdəliyində olduğundan həmin məbləğ iddiaçıdan tutula bilməz.
14. Bundan əlavə, qanunvericiliyə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Göründüyü kimi hazırkı iş üzrə podrat münasibətlərinə məhz podratçının müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi pozması səbəbindən xitam verildiyindən və cavabdehin qeyd olunan hərəkətləri nəticəsində iddiaçı tərəfin artıq cavabdehə etibarı qalmadığından sifarişçi olaraq iddiaçı tərəfin həmin işlərə heç bir marağı qalmamışdır. Çünki iddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatınd a cavabdehdən alacaqları pul ilə yeni ustalarla müqavilə bağlayacaqlarını bildirmişdir. Bu səbəbdən qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəf müqavilə şərtlərini pozduğundan iddiaçı haqlı olaraq müqavilə üzrə ilkin ödəniş olaraq ödədiyi 8000 manat məbləğində avans məbləğini cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 389.1-389.3, 399.1, 427.3, 427.4, 442, 448, 752.1, 753.1, 755, 759.2, 762.1- 762.4, 769 və 776-cı maddələrinə, N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarlarına, Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 88, 106.1, 217.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Üçüncü şəxs qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin Cavabdeh1 MMC-yə aid hissədə ləğv edərək, iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(010)-483/2024 saylı qətnaməsi İddiaçı ilə Cavabdeh1 MMC-yə heç bir aidiyyatı olmayan X11 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 14102 №-li podrat müqaviləsinə əsaslanmışdır. Aşağıda qeyd edilənlərə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi əsass ız olduğuna görə Cavabdeh1 MMC hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir. Cavabdeh1 direktoru (qanuni təmsilçisi) X3r. X6 Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 14102 №-li podrat müqaviləsini imzalamamış, X5 Cavabdeh1 adından hər hansı bir müqavilə imzalamaq səlahiyyəti olmamış, Cavabdeh1 X11 adlı işçisi olmamışdır. Cavabdeh1 fəaliyyətini çoxdan dayandırmış, heç bir fəaliyyətlə məşğul olmamış, Cavabdeh1 İddiaçı ilə bağlanmış müqavilə barəsində heç bir məlumatı olmamışdır. İddiaçı və X11 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, 14102 №-li podrat müqaviləsində hüquqi şəxsin adı Cavabdeh1 kimi göstərilsə də vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) kimi ********** nömrəsi göstərilmişdir ki, bu VÖEN Cavabdeh1nə aid deyil, "xxxx" Məhd ud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Göründüyü kimi sözügedən müqavilədə bilərəkdən və ya səhvən Cavabdeh1 MMC-nin adı yazılmış, lakin əslində isə həmin müqavilə "xxxx" MMC ilə İddiaçı arasında imzalanmışdır. Belə ki, Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən ********** VÖEN "xxxx" MMC-yə aiddir və X11 da "xxxx" MMC-nin direktoru və qanuni təmsilçisidir. Məhkəmə öz qətnaməsində xx.xx.2023-cü il tarixli 14102 №-li podrat müqaviləsinə, müqaviləyə əlavə olunmuş cədvələ və ödəniş qəbzinə sübut kimi istinad etsə də, həmin sənədlərin başqa hüquqi şəxslərin adından tərtib edilməsinə, lakin bir başqa hüquqi şəxsin möhürü ilə təsdiq edilməsinə əhəmiyyət verməmişdir. Belə ki, Cavabdeh1 MMC-nin adından imzalanmış xx.xx.2023-cü il tarixli, 14102 №-li podrat müqaviləsi, "xxxx" MMC- nin adından tərtib edilmiş 367957 nömrəli X17, xx.xx.2023-cü il tarixli, 14102 №-li podrat müqaviləsinə əsasən tərəflər arasında sərbəst qiymətlərin razılaşdırılması protokolu "xxxx" MMC-nin direktoru X11 tərəfindən imzalanmış və Cavabdeh2 MMC-nin möhürü ilə təsdiq edilmişdir. Məhkəmə həmçinin öz qətnaməsində xx.xx.2023-cü il tarixli, 14102 №-li podrat müqaviləsini imzalayan X8 Cavabdeh1 MMC-nin (Cavabdeh2 MMC-nin) direktoru kimi istinad etmişdir. Qanunvericiliyin tələbinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Yəni Cavabdeh1 MMC-nin adından yalnız onun təmsilçisi müqavilə imzalamaq səlahiyyəti vardır və məhkəmə X8 Cavabdeh1 MMC-nin (Cavabdeh2 MMC-nin) direktoru kimi istinad edən zaman he ç bir rəsmi məlumata istinad etməmişdir. Halbuki, hamıya açıq olan Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından da görünür ki, Cavabdeh1 MMC-nin qanuni təmsilçisi X6 və Cavabdeh2 MMC-nin qanuni təmsilçisi isə X1r, yəni X11 nə Cavabdeh1 MMC-nin nə də ki, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi deyildir, X11 "xxxx" MMC-nin qanuni təmsilçisidir. Beləliklə də qeyd edilənlərdən də görünür ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında tərtib edilmiş xx.xx.2023- cü il tarixli, 14102 №-li podrat müqaviləsi həmin müqaviləni imzalamaq səlahiyyəti olmayan X11 tərəfindən imzalandığına görə həmin müqavilə əhəmiyyətsizdir və həmin müqaviləyə əsasən ödənilmiş pul vəsaiti X11 tərəfindən qəbul edildiyinə görə əhəmiyyətsiz bir müqaviləyə əsasən başqa bir şəxs tərəfindən alınmış pul vəsaiti Cavabdeh1 MMC-dən tələb edilə bilməz. Cavabdeh1 MMC-nin adından imzalanmış xx.xx.2023-cü il tarixli, 14102 №-li podrat müqaviləsi Cavabdeh1 MMC-nin qanuni təmsilçisi tərəfindən imzlanmadığına görə həmin müqavilə Cavabdeh1 MMC üçün heç bir mülki hüquq və ya vəzifələr yarada bilməz. Çünki hüquqi şəxsin adından imza etmək səlahiyyəti yalnız hüquqi şəxsin vergi orqanında qanuni təmsilçisi kimi qeydiyyata alınmış şəxsə məxsusdur, Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hazırki işin hallarından da görünür ki, xx.xx.2023-cü il tarixli, 14 102 №-li podrat müqaviləsini imzalayan X5 Cavabdeh1 MMC-nin adından müqavilə imzalamaq səlahiyyəti olmamışdır. Yəni əqdin subyekt tərkibinə dair şərtlər pozulmuş, bu əqdi Cavabdeh1 MMC-nin adından imzalamaq səlahiyyəti olmayan bir şəxs imzaladığına görə bu əqd əhəmiyyətsizdir. Məhkəmə xx.xx.2023-cü il tarixli, 14102 №-li podrat müqaviləsi üzrə yaranan tələbə baxan zaman həmin müqavilənin əhəmiyyətli olub-olmamasını araşdırmalı idi, lakin məhkəmə həmin müqavilənin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmasını, müqavilədə nəzərdə tutulan rekvizitlərin (VÖEN-nin) Cavabdeh1 MMC-yə aid olmamasını nəzərə almamışdır. Məhkəmənin qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC olmuş, məhkəmə sübutlardan biri kimi Cavabdeh1 MMC-nin direktoru kimi X5 vəkili və nümayəndəsi Vək il1 etirafedici ərizəsinə istinad etmişdir. Halbuki, Cavabdeh1 MMC-nin də qanuni təmsilçisi X6 olduğuna görə bu ərizə yalnız şəxsən onun tərəfindən və ya onun tərəfindən etibarnamə verilmiş şəxs tərəfindən imzalanmalı idi. Başqa şəxsə bu səlahiyyət isə yalnız qanuni yolla, yəni həmin şəxsin vergi orqanında qanuni təmsilçi kimi qeydiyyata alındıqdan sonra verilə bilər. X11 bu işdə cavabdeh deyil, onun tərəfindən vəkilə notarial qaydada verilmiş etibarnamə cavabdeh qismində olan Cavabdeh1 MMC-nin adından verilmiş etibarnamə hesab edilə bilməz və məhkəmə Vəkil1 tərəfin nümayəndəsi kimi, onun ərizəsinə də cavabdehin etirafı kimi istinad edə bilməzdi. Hər bir halda məhkəmə ərizəni verən şəxsin səlahiyyətini təsdiq edən sənədi tələb etməli idi. Hüquqi şəxsin rəhbərinin səlahiyyəti isə yalnız ver gi orqanından verilmiş hüquqi şəxsin vergi ödəyicisi kimi qeydiyyata alınması barədə reyestrdən Çıxarış hesab edilir. Ümumi yığıncağın qərarı ilə hər hansı bir şəxsin rəhbər təyin edilməsi yalnız o zaman qüvvəyə minir ki, həmin rəhbər qanuni təmsilçi kimi vergi orqanında qeydiyyata alınır. Əgər həqiqətən də məhkəmə Cavabdeh1 MMC-nin həqiqi nümayəndəsini məhkəməyə dəvət edib, məhkəmədə iştirakını təmin edilsə idi, iş üzrə araşdırılmayan bir çox hallara aydınlıq gətirilə bilərdi. İş materiallarında məhkəməyə təqdim edilmiş bütün sübutların qarışıq olmasına, yəni İddiaçı və X11 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, 14102 №-li podrat müqaviləsində hüquqi şəxsin adının Cavabdeh1 kimi göstərilməsinə baxmayaraq, məhkəmə müqavilədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) kimi ** ******** nömrəsi göstərilməsinə, bu VÖEN Cavabdeh1nə deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olmasına əhəmiyyət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bu faktiki halları aydınlaşdırmamışdır. Halbuki, sözügedən müqavilədə bilərəkdən və ya səhvən Cavabdeh1 MMC-nin adı yazılmış, əslində isə həmin müqavilə "xxxx" MMC ilə İddiaçı arasında imzalanmışdır. Çünki Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən ********** VÖEN "Z-ZİRVƏ İNŞAATM" MC-yə aiddir və həmin müqaviləni imzalayan X11 da "xxxx" MMC-nin direktoru və qanuni təmsilçisidir. İddiaçı iddia ərizəsinə Cavabdeh1nə dair Kommersiya qurumlarının dövlət reyestri məlumatlarını əlavə etmiş, həmin məlumatda Cavabdeh1 qanuni təmsilçisinin X6 olması göstərilsə də, məhkəmə bu sübuta aydınlıq gəti rmədən Cavabdeh1 MMC-nin qanuni təmsilçisi (direktoru) kimi X9 göstərmişdir. Eyni zamanda məhkəmə xx.xx.2023-cü il tarixli 14102 №-li podrat müqaviləsinin, Müqaviləyə əlavə olunmuş cədvəlin və Ödəniş qəbzinin başqa hüquqi şəxslərin adından tərtib edilməsinə lakin, bir başqa hüquqi şəxsin möhürü ilə təsdiq edilməsinə əhəmiyyət verməmişdir. Həmçinin məhkəmə xx.xx.2023-cü il tarixli 14102 №-li podrat müqaviləsinə əsas sübut kimi istinad etsə də həmin müqavilənin əhəmiyyətli olub-olmaması halını aydınlaşdırmamışdır. Yəni məhkəmə hüquqi şəxsin adından tərtib edilmiş bir müqaviləni həmin hüquqi şəxsi qanuni surətdə təmsil edən şəxs tərəfindən imzalanıb-imzalanmamasını aydınlıq gətirməli idi. Məhkəmə öz qətnaməsi ilə cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 MMC-dən 8000 (səkkiz min) manat məblə ğində pulun müştərək qaydada İddiaçı xeyrinə tutulmasını qət etsə də, Cavabdeh1 MMC-nin hesabına 8000 manat məbləğində pul vəsaitinin keçməsi heç bir sənədlə sübuta yetməmiş, qeyd edilən pul vəsaitinin "xxxx" MMC-nin adından tərtib edilmiş 367957 nömrəli X16 "xxxx" MMC-nin kassasına mədaxil edilməsi və həmin orderin Cavabdeh2 MMC-nin möhürü ilə təsdiq edilməsi sübuta yetmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2192/2025 nömrəli mülki iş üzrə 16 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), M.Məmmədov və F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında azad surətdə müqavilə bağlanmış və müqavilə şərtləri müəyyənləşdirilmişdir. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə podrat müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmişdir. Qeyd olunan hissə işin mübahisəsiz halıdır. Belə ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə görə podratçı cavabdeh müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi-iddiaçı isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür.
20. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi xarakter daşıyır. xx.xx.2023-cü il tarixdə bağlanmış 14102 №-li podrat müqaviləsinin tərəfləri İddiaçı və Cavabdeh1 MMC-ni n (Cavabdeh2 MMC-nin) direktoru X10r. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Podrat müqaviləsi üzrə podratçının öhdəliyinin icrası günü nəzərdə tutulmuş, bu halda öhdəlik həmin gün icra edilməli idi. Bununla da, öhdəliyini icra etməyən cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur, çünki icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmçinin, iddiaçı müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənməsinin tələb edilməsində tam haqlı olmuşdur. Cavabdeh bu halda onun risk dairəsinə daxil olan öhdəliklərin icr a edilmədiyi bütün hallar üçün məsuliyyət daşımalıdır. Beləliklə, zərərin əvəzini ödəməyə borclu olan cavabdeh, həmin hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməli, iddiaçıya ödənilmiş pulunu qaytarmalıdır. Apellyasiya şikayətində istinad olunan hallar cavabdeh tərəfin vəkilinin tərəflər arasında müqavilə bağlanıldığını etiraf etməsi və iddia tələbini qismən qəbul etməsi halı ilə təkzib olunur.
21. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Cavabdehlərin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Odur ki, cavabdehlərdən müştərək qaydada 8000 manat alınaraq iddiaçıya qaytarmalıdır.
22. Məhkəmə hes ab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən mötəbər sübutları təkzib edən, habelə apellyasiya şikayətinin dəlilini təsdiq edən sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. Ona görə də apellyasiya şikayətində qeyd olunanlar hallar əsaslı hesab oluna və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan məhkəmə qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 399, 425.1, 427.3, 427.4, 442, 448.1, 448.2, 752.1, 752.2, 753.1, 755, 759.2, 762.1, 762.2, 763.3, 762.4, 769, 776.1 və 776.2-ci, MPM-in 14.2, 77.1, 220.4 və 372.6-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Üçüncü şəxs (Vəkil2) kassasi ya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh1 MMC-yə aid hissədə ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti Mülki Məcəllənin 49.2 və 324.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli Qərarlarına, MPM-in 69.3 və 73.4-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu baxımdan məhkəmə xx.xx.2023-cü il tarixli, 14102 №-li podrat müqaviləsi üzrə yaranan tələbə baxan zaman həmin müqavilənin əhəmiyyətli olubolmamasını araşdırmalı idi, lakin məhkəmə həmin müqavilənin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmasını, müqavilədə nəzərdə tutulan rekvizitlərin (VÖEN-nin) Cavabdeh1 MMC-yə aid olmamasını nəzərə almamışdır. Göründyü kimi iddiaçı apellyasiya şikayətində Cavabdeh1 direktoru (qanuni təmsilçisi) X6 olmasını qeyd edərək, başqa bir şəxs tərəfindən Cavabdeh1 MMC-nin adından imzalanmış hər hansı bir müqavilənin hüquqi qüvvəsinin olmamasını, əhəmiyyətsiz olmasını göstərmişdir. Yən i əgər birinci instansiya məhkəməsinin qarşısında belə bir etiraz olmamışdırsa, apellyasiya instansiyasını qarşısında bu etiraz bildirilmiş, apellyasiya məhkəməsi bu halı görmüş, bu hala qiymət verməmiş, əqdin etibarsız olmasını nəzərə almamışdır. Halbuki, tələbin əsaslandığı əqdin etibarsız olması açıq-aydın görünür, bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən aşkar edilsə də nəzərə alınmamışdır. Hazırkı işin hallarından da görünür ki, xx.xx.2023-cü il tarixli, 14102 №-li podrat müqaviləsini imzalayan X5 Cavabdeh1 MMC-nin adından müqavilə imzalamaq səlahiyyəti olmamışdır. Yəni əqdin subyekt tərkibinə dair şərtlər pozulmuş, bu baxımdan bu əqdi Cavabdeh1 MMC-nin adından imzalamaq səlahiyyəti olmayan bir şəxs imzaladığına görə bu əqd əhəmiyyətsizdir. Cavabdeh1 MMC-nin adından imzala nmış xx.xx.2023-cü il tarixli, 14102 №-li podrat müqaviləsi Cavabdeh1 MMC-nin qanuni təmsilçisi tərəfindən imzlanmadığına görə həmin müqavilə Cavabdeh1 MMC üçün heç bir mülki hüquq və ya vəzifələr yarada bilməz. Çünki hüquqi şəxsin adından imza etmək səlahiyyəti yalnız hüquqi şəxsin vergi orqanında qanuni təmsilçisi kimi qeydiyyata alınmış şəxsə məxsusdur, Cavabdeh1 direktoru (qanuni təmsilçisi) X3r. X6 Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 14102 №-li podrat müqaviləsini imzalamamış, X5 Cavabdeh1 adından hər hansı bir müqavilə imzalamaq səlahiyyəti olmamış, Cavabdeh1 X11 adlı işçisi olmamışdır. Cavabdeh1 fəaliyyətini çoxdan dayandırmış, heç bir fəaliyyətlə məşğul olmamış, Cavabdeh1 İddiaçı ilə bağlanmış müqavilə barəsində heç bir məlumatı olmamışdır. Göründü yü kimi Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsində Mülki Məcəllənin 49.2 və 324.4-cü maddələrinin tələblərinə əhəmiyyət verməmiş, hüquqi şəxsin adından müqavilə imzalamaq səlahiyyəti olmayan bir şəxsin imzaladığı müqaviləni əhəmiyyətli bir əqd kimi nəzərə almışdır. Halbuki, məhkəmə apellyasiya şikayətinə baxan zaman Mülki Məcəllənin 49.2 və 324.4-cü maddələrini tətbiq etməli, apellyasiya şikayətini təmin etməli idi. Məhkəmə hər bir halda ərizəni verən şəxsin səlahiyyətini təsdiq edən sənədi tələb etməli idi. Hüquqi şəxsin rəhbərinin səlahiyyəti isə yalnız vergi orqanından verilmiş hüquqi şəxsin vergi ödəyicisi kimi qeydiyyata alınması barədə reyestrdən Çıxarış hesab edilir. Ümumi yığıncağın qərarı ilə hər hansı bir şəxsin rəhbər təyin edilməsi yalnız o zaman qüvvəyə minir ki, həmin rəhbər qanuni təmsilçi kimi vergi orqanında qeydiyyata alınır. Göründüyü kimi məhkəmə Vəkil1 tərəfin nümayəndəsi kimi, onun ərizəsinə də cavabdehin etirafı kimi istinad edə bilməzdi. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC olmuş, məhkəmə sübutlardan biri kimi Cavabdeh1 MMC-nin direktoru kimi X5 vəkili və nümayəndəsi Vəkil1 etirafedici ərizəsinə istinad etmişdir. Halbuki, Cavabdeh1 MMC-nin də qanuni təmsilçisi X6 olduğuna görə bu ərizə yalnız şəxsən onun tərəfindən və ya onun tərəfindən etibarnamə verilmiş şəxs tərəfindən imzalanmalı idi. Başqa şəxsə bu səlahiyyət isə yalnız qanuni yolla, yəni həmin şəxsin vergi orqanında qanuni təmsilçi kimi qeydiyyata alındıqdan sonra verilə bilər. X11 bu işdə cavabdeh deyil, onun tərəfindən vəkilə not arial qaydada verilmiş etibarnamə cavabdeh qismində olan Cavabdeh1 MMC-nin adından verilmiş etibarnamə hesab edilə bilməz və məhkəmə Vəkil1 tərəfin nümayəndəsi kimi, onun ərizəsinə də cavabdehin etirafı kimi istinad edə bilməzdi. Apellyasiya şikayətində bu hal xüsusi ilə göstərilsə də apellyasiya məhkəməsi bu hala qiymət verməmişdir. b)
26. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ va rdır.
28. Maddə 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər.
29. Maddə 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər.
30. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
31. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə
48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.
34. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.
35. Maddə 50.3. İddia tələbinin yönəldi yi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki h allarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə üçüncü şəxs tərəfindən iddianın Cavabdeh1 MMC-yə aid hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini a raşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
47. Belə ki, iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qənaətinə görə İddiaçı ilə Cavabdeh1 MMC-nin (Cavabdeh2 MMC-nin) direktoru X11 arasında bağlanmış podrat müqaviləsinin şərtləri podratçı MMC tərəfindən pozulmuş, MMC müqavilə öhdəliklərinə layiqincə əməl etməmiş, ona görə də sifarişçi İddiaçı müqaviləni ləğv edib avans kimi ödədiyi 8000 manat pulu podratçıdan, yəni podrat müqaviləsini imzalayan Zahir Əsgərova aid Cavabdeh1 MMC-nin və Cavabdeh2 MMC-dən tələb etmək hüququ vardır.
48. İddianı təmin edən məhkəmə həmçinin cavabdeh tərəfin vəkilini n iddianı qismən, 5320 manat hissədə etiraf etməsinə də əsaslanmışdır.
49. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmışdır.
50. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, həmin sübutlara düzgün hüquqi qiymət verməmiş, qətnamədən üçüncü şəxs X2 apellyasiya şikayətində irəli sürülmüş dəlillərə ümumiyyətlə qiymət verməmiş, hansı dəlillərə əsasən şikayətdə göstərilər halların rədd edildiyini əsaslandırmamış, nəticədə düzgün olmayan birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
51. Belə ki, işdən görünür ki, cavabdeh kimi göstərilən Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 14102 №-li podrat müqaviləsini, işlə rin görülməsi mərhələlərinə dair həmin tarixli razılaşmanı və sərbəst qiymətlərin razılaşdırılması barədə protokolu podratçı Cavabdeh1 MMC-nin direktoru X12 tərəfindən imzalanmış, Cavabdeh2 MMC-nin möhürü ilə təsdiqlənmiş, 367957 nömrəli xx.xx.2023-cü il tarixli, "xxxx" MMC-nin möhürü ilə təsdiqlənmiş X17nə görə iddiaçı tərəfindən avans kimi verilmiş 8000 manat pul "xxxx" MMC hesabına ödənilmişdir.
52. İddia ərizəsinə əlavə olunmuş kommersiya qurumlarının dövlət reyestri məlumatlarından isə görünür ki, iddiaçı ilə müqavilə bağlayan X7 cavabdeh kimi göstərilən Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə aidiyyatı yoxdur, o, həmin hüquqi şəxslərin təmsilçisi deyildir. Cavabdeh1 MMC-nin qanuni təmsilçisi hazırkı iş üzrə üçüncü şəxs X6, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi isə X1r. İddiaçı ilə olan podra t müqaviləsi və həmin müqaviləyə dair sənədlər qeyd edilən şəxslər tərəfindən imzalanmamış, X5 isə Cavabdeh1 MMC-nin və ya Cavabdeh2 MMC-nin adından çıxış etmək səlahiyyətlərinə malik olmasına dair iş materiallarında hər hansı sənəd aşkar olunmamışdır.
53. Üçüncü şəxs X6 göstərilən halları apellyasiya şikayətinin dəlillərinə irəli sürməsinə baxmayaraq işə baxan apellyasiya məhkəməsi həmin hallara diqqət yetirməmiş, iddia tələbinin əsası kimi göstərilən xx.xx.2023-cü il tarixli podrat müqaviləsinin etibarlılığını, Cavabdeh1 MMC və Cavabdeh2 MMC-nin iddiaya cavab verməli şəxslər olub-olmadığını, X12 iş üzrə cavabdehlər kimi göstərilən Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə aidiyyatını müəyyən etməmişdir.
54. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gə ldiyi nəticə qanuni və əsaslı hesab oluna bilməz, ona görə də apellyasiya məhkəməsinin qətnamə ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
55. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirl əri görməli, bundan sonra toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfdən üçüncü şəxs X4 tərəfindən oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2192/2025 nömrəli iş üzrə 16 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.