Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1499/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh1 və Sumqayıt şəhər “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: bağışlama müqaviləsinin ləğv edilməsi, bağışlamadan imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh1 və Sumqayıt şəhər “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2*26-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2*26-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. iddiaçı2 ilə X2 ##.##.1973-cü il tarixdə nikaha daxil olmuşlar.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 46,4 kv.m. olan ** nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçı2 adına tam payda ##.##.2*13-cü il tarixində qeydə alınmışdır.
3. Daşınmaz əmlakın bağışlanması haqqında ## #### 2*2*-ci il tarixli müqaviləyə əsasən, hədiyyə verən iddiaçı2 ünvan 1, mənzil 73 ünvanında yerləşən ümumi sahəsi 46,4 kv.m., yaşayış sahəsi 23,8 kv.m. yardımçı sahəsi 22,6 kv.m. olan 1 otaqlı mənzili X6 bağışlamışdır.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 46,4 kv.m. olan ** nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında cavabdeh1 adına tam payda ##.##.2*13-cü il tarixində qeydə alınmışdır.
5. iddiaçı2 tərəfindən cavabdeh1 ünvanlanmış *4.*2.2*25-ci il tarixli bağışlamaqdan imtina haqqında bildirişdən görünür ki, Sumqayıt şəhər “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş ##.##.2*2*-ci il tarixli, 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən ona hədiyyə etdiyi ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzili Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinin tələbinə əsaslanaraq bağışlamaqdan imtina edir. Odur ki, təklif etmişdir ki, 1* gün müddətində həmin mənzilin geri onun mülkiyyətinə qaytarılmasına öz münasibətini bildirsin. Əks halda bağışlama müqaviləsinin ləğvi barədə ona qarşı məhkəmədə müvafiq iddia irəli sürüləcəkdir.
6. Sumqayıt Tibb Mərkəzi X1 * nömrəli şəhər xəstəxanasının epikrizindən görünür ki, iddiaçı1 *9.*9.2*24-cü il tarixdən ##.##.2*24-cü il tarixədək Nevrologiya şöbəsində “hipertenziv enselofopatiya, arterial hipertenziya, 2-ci dərəcə yüksək risk” diaqnozu ilə stasionar müalicə almışdır.
7. Sumqayıt Tibb Mərkəzi X1 * nömrəli şəhər xəstəxanasının epikrizindən görünür ki, X9 *6.*9.2*24-cü il tarixdən-##.##.2*24-cü il tarixədək Nevrologiya şöbəsində stasionar müalicə almışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
8. Iddiaçılar iddiaçı2 və iddiaçı1 (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) cavabdehlər cavabdeh1 və Sumqayıt şəhər “ASAN xidmət” mərkəzində notariat ofisinə (bundan sonra birinci cavabdehlər, yaxud ad, soyadı, Notariat Ofisi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş ##.##.2*2*-ci il tarixli, 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsinin və həmin bağışlama müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzil üzərində cavabdeh cavabdeh1 tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə *8.*7.2*2*-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişlər.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər “Asan Xidmət” mərkəzində notariat ofisinin Xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş ##.##.2*2*-ci il tarixli, 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzili qızına - cavabdeh cavabdeh1 bağışlamışdır. Həmin mənzili həyat yoldaşı digər iddiaçı iddiaçı1 ilə birgə nikah dövründə əldə etmişdilər. Həmin mənzili cavabdehə bağışlayanda birlikdə qərar vermişlər. Mənzil cavabdehə bağışlanmamışdan qabaq o, bir övlad kimi onların qayğısına qalır, xəstə olduqda baxır, maddi baxımdan müalicələrinə köməklik göstərmişdir. Mənzili adına keçirdikdən sonra getdikcə cavabdeh onlara laqeyd münasibət göstərməyə başlamışdır. Artıq həyat yoldaşı iddiaçı1 *9.*9.2*24-cü ildə hipertiv ensefalopatiya, arterial hipertenziya, 2-ci dərəcə yüksək risk diaqnozu ilə xəstəxanaya stasionar müalicəyə daxil olduqdan sonra əmin olmuşlar ki, cavabdehin məqsədi mənzilə sahib olmaq imiş. Belə ki, iddiaçı iddiaçı1 *9.*9.2*24-cü il tarixdən ##.##.2*24-cü il tarixədək xəstəxanada müalicədə olmuş, diaqnozundan göründüyü kimi həyatı təhlükəsi olmuşdur. Amma cavabdeh bir dəfə də olsun gələrək onun yanına baş çəkməmiş, nə maddi, nə də mənəvi dəstək göstərmişdir. Cavabdeh onunla birlikdə eyni mənzildə yaşamasına baxmayaraq marağında olmamışdır ki, anası 15 gündür evdə yoxdur. Həmin vaxtdan bəri cavabdeh onlarla ümumiyyətlə maraqlanmır. Nə də onları danışdırmır. Hər ikisi ahıl yaşdadırlar, hər ikisi xəstədirlər. Daim qulluğa və müalicəyə ehtiyacları vardır. Lakin cavabdeh bir övlad olaraq üzərinə düşən vəzifələrini yerinə yetirmir. Əksinə hərəkətləri ilə onlara mənəvi və maddi ziyan vurur. Hazırda cavabdeh onlarla bir evdə yaşamasına baxmayaraq, heç əhvallarını belə soruşmur. Ona görə də qərara gəlmişlər ki, bağışlamaqdan imtina etsinlər, mənzillərini öz mülkiyyətinə qaytarsınlar. Bununla bağlı cavabdehə rəsmi bildiriş vermişlər. ##.##.2*25-ci il tarixdə o, bildirişi qəbul etmişdir. Artıq iki aydır ki, bildiriş verilmişdir. Lakin cavabdeh öz münasibətini onlara bildirməmişdir. Ona görə də mövcud iddia ilə məhkəməyə müraciət edirlər.
10. Cavabdeh cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi əvəzsiz müqavilədir və iddiaçılar ilə bağlanan bağışlama müqaviləsi heç bir öhdəlik ilə şərtləndirilməmişdir. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Sumqayıt şəhəri, 14-cü məhəllə, 112C, mənzil ** nömrəli əmlaka dair bağışlama müqaviləsi ## #### 2*2*-ci il tarixində onun və iddiaçıların iştirakı ilə notariat qaydasında təsdiq olunmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş ##.##.2*2*-ci il tarixli, qeydiyyat nömrəsi 32*2141181 olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə heç bir halda qadağa qoyulmamışdır. Yəni göründüyü kimi, hədiyyə alan qismində onun üzərinə heç bir öhdəlik qoyulmamışdır. Digər hallara dair qeyd etmək istəyir ki, o və azyaşlı övladı uzun illərdir ki, öz mülkiyyətində olan və ünvan 3 ünvanında yerləşən mənzildə yaşayırlar. Mübahisələndirilən daşınmaz əmlak artıq 5 ildir ki, onun mülkiyyətindədir və bu müddət ərzində iddiaçılar ilə heç bir problemi olmamışdır. Bir övlad kimi hər zaman öz vəzifə borclarını layiqli şəkildə yerinə yetirmişdir. Qarşı tərəf məhkəməyə iddia etdiyi hallara dair heç bir sübut təqdim edə bilməmişdir. (Qeyd edir ki, valideynlərinin digər övladı Abduləzimova Əminə onlarla yaşayır və valideynlərinin qayğısına yüksək səviyyədə qalır, bu mənzil üçün də heç bir iddiası yoxdu). Iddiaçının iddia ərizəsində bir sıra ziddiyyətlər mövcuddur. Belə ki, iddiaçı iddiaçı2 iddia ərizəsində onun faktiki yaşayış ünvanının ünvan 4 qismində göstərilmişdir. Lakin o, hazırda iddiaçılar ilə birlikdə yaşamır. Yəni o, hər zaman valideynlərinə diqqət və qayğı göstərmiş, hər zaman onlara qarşı vəzifə borclarını yerinə yetirmişdir. Əks arqumentlərinin heç bir əsası yoxdur. Mübahisələndirilən mənzil onun mülkiyyətində olmasına baxmayaraq, atası iddiaçı2 tərəfindən kirayə verilmiş və kirayə haqqı hər ay valideynlərinə ödənilir. Bu hal qarşı tərəfin iddialarının əsassız olduğunu müəyyən edir. Iddiaçı və onun həyat yoldaşı dəfələrlə mübahisələndirilən əmlakın satılmasını və əldə edilən gəlirin bölünməsini tələb etmişdir. O, buna qarşı çıxdığı zaman ona kəskin etiraz etmişlər. Məhz bu səbəbdən iddiaçılar digər məsələləri bəhanə edərək məhkəməyə müraciət etmiş və daşınmaz əmlakı onun mülkiyyətindən çıxarmaq istəyirlər. Anası, iddiaçı1 təxminən 1* ay bundan öncə xəstəxanaya yerləşdirilmiş və 15 günlük müalicə olunmuşdur. Həmin müddət ərzində o, dövlət strukturunda çalışdığı üçün həftə içi *9:**-dan 18:**-dək işdə olmuş, eyni zamanda himayəsində az yaşlı övladı olduğu və tək böyütdüyü üçün vaxt etdikcə ziyarətə gedə bilmişdir. Bu hal onun ümumilikdə hədiyyə verənə və onun həyat yoldaşına qarşı vəzifə borclarını kobud şəkildə pozmağı anlamına gəlmir. Mülki iş üzrə məhkəmə icraatı tərəflərin məhkəməyə təqdim etdiyi mötəbər sübutlar əsasında çəkişmə prinsipi ilə aparılır. Həmçinin Mülki Məcəllənin tələblərinə əsasən cavabdeh öz təqsirsizliyini sübut etməyə borclu deyil və iddiaçı iddia etdiyi hallara dair məhkəməyə sübutlar təqdim etməlidir.
11. Məhkəmə iclasında şahid qismində iştirak edən X9 ifadəsində bildirmişdir ki, iddiaçı1 ilə xəstəxanada bir otaqda olmuşlar. Həmin müddətdə onun yanına həyat yoldaşından başqa heç kim gəlməmişdir. Ona məxsus paltarları yuyan olmadığı üçün həmin paltarları qızına yumaq üçün vermişdir. O, isə bu haldan çox utanırdı.
12. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ****/**** nömrəli, ## ######## 2*25-ci il tarixli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbi təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış mübahisələndirilən bağışlama müqaviləsindən görünür ki, müqavilədə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi baş verib-verməyəcəyi məlum olmayan hər hansı haldan asılı edilməmiş, bir sözlə bağışlama müqaviləsində cavabdeh iddiaçıya qarşı həmişə mehriban olacağı və daim qayğısına qalacağına dair üzərinə öhdəlik götürməmişdir. Beləliklə, sözügedən müqavilədə konkret olaraq bağışlanılan əmlak barəsində cavabdehin hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı hər hansı məhdudiyyətin olması müəyyən edilmir. Iddiaçı tərəfindən bağışlama müqaviləsinin ləğv edilməsi və ya imtina edilməsi üçün qanunvercilikdə nəzərdə tutulan əsasların mövcudluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bağışlama müqaviləsində xüsusi olaraq göstərilməsə belə, hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması hədiyyə verənin bağışlamaqdan imtina etməsi əsaslarından biridir. Bu hədiyyə alanın müqavilədən deyil, qanundan irəli gələn öhdəliyidir. Iddiaçı da məhz bu öhdəliyin cavabdeh tərəfindən kobudcasına pozulmasına istinad edərək bağışlama müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş edir. Bu halları sübut etmək yükü bağışlamadan imtina edən tərəfin üzərinə düşür. Lakin iddiaçı bu hallarla bağlı da məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
14. Şahid ifadələri ilə bağlı məhkəmə qeyd etmişdir ki, şahidin ifadəsində qeyd etdiyi kimi X4 ilə eyni vaxtda, eyni xəstəxanada olmasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə təkcə şahidin ifadəsi qeyd edilən halların, yəni cavabdehin anasının qayğısına qalmamasının sübutu kimi çıxış edə bilməz. Həmçinin mübahisələndirilən müqavilə üzrə hədiyyə verən iddiaçı2 olmuş, yuxarıda qeyd edilən qanunvericilik normaları ilə də məhz hədiyyə verənin bağışlama müqaviləsindən imtina hüququnun olduğu göstərilmişdir. Şahid ifadəsi isə X5 ilə bağlı olmuşdur. Iddiaçı X4 məhkəmə iclasında suallara cavab olaraq cavabdehin bağışlama müqaviləsi bağlandıqdan sonra, yəni 2*2*-ci ildə onlara qarşı münasibətinin dəyişdiyini, pisləşdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Həmin müddətin kəsici müddət olması səbəbindən, məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı bağışlamaqdan imtina ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəti də ötürmüşdür.
15. Məhkəmə iddiaçıların ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzil üzərində cavabdeh cavabdeh1 tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə *8.*7.2*2*-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, həmin çıxarışın verilməsinə əsas olmuş sənəd mübahisələndirilən bağışlama müqaviləsi olmuşdur. Həmin bağışlama müqaviləsinin ləğv edilməli olmasına istinad edərək iddiaçılar onun əsasında verilmiş çıxarışın da ləğvini məhkəmədən xahiş etmişlər. Sözügedən bağışlama müqavilənin ləğv olunmasına dair iddiaçıların tələbləri təmin edilmədiyindən, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı tələbləri də təmin edilməməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 67*.1, 673.1.1, 673.1.2, 673.1.3,673.3, 673.4-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. Iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 1, mənzil 73 xüsusi mülkiyyət hüququ əsasında iddiaçı iddiaçı2 məxsus olmuşdur. Sumqayıt Şəhər “Asan Xidmət” mərkəzində notariat ofisinin Xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş ##.##.2*2*-ci il tarixli, 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzil cavabdeh cavabdeh1 bağışlamışdır. Iddiaçı iddiaçı2 oglu 77 yaşında, digər iddiaçı iddiaçı1 73 yaşında olmaqla hər ikisi yaşa görə təqaüdçüdür. Iddiaçılardan iddiaçı1 xroniki xəstədir, Sumqayıt şəhəri * nömrəli şəhər poliklinikasında “ÜIX: Gərginlik stenokardiyası fs 111-1Y, Infarktdan sonrakı kardioskleroz, Xr QDÇ 11–mərhələ hipertoniya xəstəliyi, 11 mərhələ diaqnozu ilə dispanser qeydiyyatındadır. Cavabdeh iddiaçıların qızıdır, əmək qabiliyyətlidir. Dövlət müəssisəsində çalışır. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, həqiqətən iddiaçı iddiaçı1 *9.*9.2*24-cü il tarixdən-##.##.2*24-cü il tarixədək Sumqayıt Tibb Mərkəzi X1 * nömrəli şəhər xəstəxanası Nevrologiya şöbəsində “hipertenziv enselofopatiya, arterial hipertenziya, 2-ci dərəcə yüksək risk” diaqnozu ilə müalicə almışdır. Iddiaçının həmin vaxt qayğıya, mənəvi dəstəyə ehtiyacı olduğu halda cavabdeh bir dəfə də olsun anasını ziyarət etməmiş, övlad olaraq iddiaçıları tək, köməksiz vəziyyətdə qoymuşdur. Nəticədə cavabdeh öz hərəkətsizliyi ilə iddiaçılara psixoloji və mənəvi sarsıntı yaşatmışdır. Bununla da kifayətlənməyərək bir müddət sonra iddiaçıları tərk edərək başqa yerə köçmüşdür. Beləliklə, məhkəmə mübahisə barədə tətbiq edilməli maddi normanı tətbiq etsə də, iş üçün əhəmiyyət kəsb edən yuxarıda qeyd olunan halları tədqiq etməyərək maddi normanı düzgün təfsir etməmiş, nəticə etibarı ilə səhv nəticəyə gəlmişdir. Məhkəmə iddiaçı iddiaçı2 pensiya aldığını qeyd edərək Ailə Məcəlləsinin 82-ci maddəsində nəzərdə tutulan halların mövcud olmadığını əsas gətirmiş və cavabdehin valideynlərinə qarşı ailə qanunvericiliyi ilə üzərinə qoyulmuş vəzifələrin kobudcasına pozulması halı müəyyən edilmədiyi qənaətinə gəlmişdir. Məhkəmənin qənaətinə görə belə nəticəyə gəlinir ki, övladın valideyn qarşısında vəzifəsi yalnız maddi köməkdən ibarətdir. Xəstə ahıl yaşda olan valideynə qayğı, fiziki və mənəvi yardım yetkinlik yaşına çatmış əmək qabiliyyətli övladın vəzifə borcudur. Yəni işin bu halı ilə cavabdehin iddiaçılara qarşı necə laqeyd münasibətdə olduğu, onlara qarşı ailə hüquq münasibətlərinə uyğun vəzifələrini kobud pozmasını ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2*24-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir. Həmin qərarda qeyd edilmişdir ki,”. ailə hüquq münasibətləri dedikdə, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində müəyyən edilən hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətləri başa düşülür. Göstərilənlər baxımından nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. Qanunvericilikdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr sırasında aşağıdakılar təsbit edilmişdir: - uşaqların valideynlərə hörmət etmək, onların qayğısına qalmaq borcu, 18 yaşına çatmış əmək qabiliyyətli uşaqların əmək qabiliyyəti olmayan valideynləri saxlamaq borcu (Konstitusiyanın 34-cü maddəsinin V hissəsi, Ailə Məcəlləsinin 82.1-ci maddəsi); Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. Göründüyü kimi qeyd olunan qərarda əks olunmuş hüquqi mövqedən də görünür ki, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. Eyni zamanda qeyd edim ki, qətnamədə göstərilir ki,“ şahid ifadələri ilə bağlı məhkəmə qeyd edir ki, şahidin ifadəsində qeyd etdiyi kimi X4 ilə eyni vaxtda, eyni xəstəxanada olmasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə təkcə şahidin ifadəsi qeyd edilən halların, yəni cavabdehin anasının qayğısına qalmamasının sübutu kimi çıxış edə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, mübahisələndirilən müqavilə üzrə hədiyyə verən iddiaçı2 olmuş, yuxarıda qeyd edilən qanunvericilik normaları ilə də məhz hədiyyə verənin bağışlama müqaviləsindən imtina hüququnun olduğu göstərilmişdir. Şahid ifadəsi isə X5 ilə bağlı olmuşdur.” Məhkəmənin bu qənaəti ilə bağlı bildirir ki, həmin şahidin ifadəsinin mötəbərliliyi ilə bağlı qeyri-müəyyənlik yaranmışdısa həmin halı müəyyən etmək məhkəmənin vəzifəsi idi. Lakin şahidin dindirilməsi zamanı məhkəmədə bu hal sual doğurmamış və məhkəmə bu halı aydınlaşdırmamışdır. Ikincisi, imtina hüququ mübahisələndirilən müqavilə üzrə hədiyyə verən iddiaçı2 olsa da, həmin şahid ifadəsi məhz onun yaxın qohumuna mübahisə üzrə digər iddiaçıya münasibətdə ailə münasibətlərindən irəli gələn vəzifələrin pozulub-pozulmaması baxımından iş üçün əhəmiyyət kəsb edən bir haldır. Buradan da görünür ki, məhkəmə tətbiq etdiyi maddi normanın məzmununu və mahiyyətini düzgün müəyyənləşdirməmişdir. Həmçinin məhkəmə gəldiyi nəticəni onunla da əsaslandırmışdır ki, iddiaçı X4 məhkəmə iclasında suallara cavab olaraq cavabdehin bağışlama müqaviləsi bağlandıqdan sonra, yəni 2*2*-ci ildə onlara qarşı münasibətinin dəyişdiyini, pisləşdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Məhkəmənin bu qənaəti ilə bağlı qeyd edir ki, iddia ərizəsində qeyd olunduğu kimi məhkəmədə də iddiaçılar bildirmişlər ki, ev cavabdehə bağışlandıqdan sonra cavabdehin onlara qarşı münasibəti pisləşmişdir. Yəni onlara qarşı açıqaşkar laqeyd münasibət cavabdeh tərəfindən məhz iddiaçı qızı X4 *9.*9.2*24-cü il tarixdən- ##.##.2*24-cü il tarixədək stasionar müalicəyə düşdükdən sonra göstərilmişdir. Bu hadisədən sonra iddiaçıların hər ikisi mənəvi və psixoloji sarsıntı keçirmişlər. Bu hadisədən sonra isə cavabdeh onları tərk edib getmiş bir daha ümumiyyətlə onlarla maraqlanmamışdır. Beləliklə bir tərəfdən məhkəmə dolayı nəticəyə gəlir ki, həqiqətən cavabdeh iddiaçılara qarşı bir övlad olaraq vəzifələrini yerinə yetirməkdən yayınmağa artıq 2*2*-ci ildən yəni bağışlamadan sonra başlamış, digər tərəfdən isə cavabdehin iddiaçılara qarşı hərəkətlərinin (qayğı, hörmət, fiziki və mənəvi yardım göstərməməsini) onun üzərinə düşən ailə münasibətlərindən irəli gələn vəzifələrinin kobudcasına pozulması kimi qiymətləndirmir. Bir sözlə məhkəmənin gəldiyi nəticə ziddiyyətli qeyri-obyektiv sübutlarla əsaslandırılmışdır.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2*26-cı il tarixli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lalə Rəhimli) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilmiş, Sumqayıt şəhər “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ##.##.2*2*-ci il tarixli, 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsi və həmin bağışlama müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzil üzərində cavabdeh cavabdeh1 tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə *8.*7.2*2*-ci il tarixli, ********** qeydiyyat nömrəli qeydin ləğv edilməsi qət olunmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə iclas protokolundan görünür ki, iş üzrə dindirilmiş şahid X9 iddiaçı X4 ilə eyni vaxtda, eyni xəstəxanada stasionar müalicədə olmasının müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən hər hansı bir prosessual hərəkət aparılmamışdır. Halbuki bunu təsdiq edən sübutun məhkəməyə təqdim edilməsinin iddiaçı tərəfə təklif edilməsi və ya müvafiq sorğu verilməsi ilə aydınlaşdırmaq mümkün olmuşdur. Apellyasiya icraatı zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahid qismində dindirilmiş X9 epikrizindən isə görünür ki, o, iddiaçı iddiaçı1 ilə eyni vaxtda Sumqayıt Tibb Mərkəzi X1n * nömrəli şəhər xəstəxanasının Nevrologiya şöbəsində stasionar müalicə almışdır.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən müqavilə üzrə hədiyyə verən iddiaçı2 olması, bağışlama müqaviləsindən imtina hüququnun hədiyyə verənə məxsus olması, şahid ifadəsinin isə X5 ilə bağlı olması ilə bağlı əsaslandırması ilə də razılaşmayaraq qeyd etmişdir ki, əvvəla iddiaçılar mübahisəli mənzilin nikah dövründə əldə edilmiş əmlak hesab etməklə, keçmiş birgə mülkiyyətçi qismində iddia qaldırmışlar. Digər tərəfdən, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin tələbinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verənin bağışlamaqdan imtina edə bilməsi hüququnu təsbit etmişdir ki, iddiaçı1 digər iddiaçı iddiaçı2 arvadı qismində yaxın qohumu hesab olunur. Buna görə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin iddiaçı1 münasibətdə pozulması da, iddiaçı iddiaçı2 hazırkı iddianı qaldırmaq hüququ vermişdir.
22. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsində nəzərdə tutulan bağışlamaqdan imtina ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddətin də ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmayaraq qeyd etmişdir ki, bağışlama müqaviləsinin nə zaman bağlanmasından asılı olmayaraq, bağışlamaqdan imtinaya əsas verən hallar hədiyyə verənə məlum olduğu gündən bir il ərzində hədiyyə verənə bağışlamaqdan imtina hüququ verməkdədir. Iddiaçılar evi bağışladıqdan sonra cavabdehin onlara qarşı laqeyd münasibət göstərdiyini bildirsələr də ümumi anlamda laqeyd münasibət ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobud surətdə pozulması kimi qiymətləndirilə bilməz. Hazırkı işin hallarına əsasən isə bağışlamaqdan imtinaya əsas verən hal iddiaçı1 *9.*9.2*24-cü il tarixdən ##.##.2*24-cü il tarixədək xəstəxanada müalicə aldığı müddətdə cavabdehin qanundan irəli gələn vəzifələrini yerinə yetirməməsi ilə bağlı olmuşdur. Iddiaçılar tərəfindən iddia isə ##.##.2*25-ci il tarixdə qaldırıldığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsində nəzərdə tutulan bağışlamaqdan imtina ilə bağlı bir illik müddət də ötürülməmiş hesab olunur.
23. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2*24-cü il tarixli qərarında qeyd olunduğu kimi ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir.
24. Yuxarıda istinad olunan Azərbaycan Respublikasının Konstitusiyasının və Ailə Məcəlləsinin müvafiq maddələrindən də göründüyü kimi, yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcu olmaqla, valideynlərin qayğısına qalmaq övladların qanundan irəli gələn borcudur. Valideynlərin, xüsusi ilə də ahıl yaşda olan valideynlərin daha çox övladın qayğısına və mənəvi dəstəyinə ehtiyacı olur. Valideynin səhhəti ilə əlaqədar xəstəxanada müalicə alması dövrü isə onların daha çox mənəvi yardıma möhtac olduğu zaman hesab olunur.
25. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçı1 *9.*9.2*24-cü il tarixdən ##.##.2*24-cü il tarixədək xəstəxanada müalicədə aldığı 15 gün ərzində cavabdeh onu ziyarətə gəlməmiş, həmin ərəfədə ona maddi və mənəvi dəstək göstərmişdir. Cavabdeh isə dövlət strukturunda çalışdığı üçün həftə içi *9:**-dan 18:**-dək işdə olduğunu, eyni zamanda himayəsində az yaşlı övladı olduğu və tək böyütdüyü üçün vaxt etdikcə anasının ziyarətə getdiyini iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hərçənd ki, cavabdehin dövlət strukturunda çalışmasını və himayəsində az yaşlı övladı olmasını əsas gətirməsi onun anasının xəstəxanada ziyarət etməsi ilə bağlı iddiasında qətiliyin olmaması anlamına gəlmişdir. Digər tərəfdən isə iş üzrə şahid qismində dindirilmiş X9 Əbdüləzimova ilə xəstəxanada bir otaqda qalmaqla müalicə aldığını, həmin müddətdə onun yanına həyat yoldaşından başqa heç kimin gəldiyini görmədiyini, hətta ona məxsus paltarları yuyan olmadığı üçün həmin paltarları qızına yumaq üçün verməsinə dair ifadə vermişdir ki, şahidin ifadəsinin qeyri-mötəbər hesab olunması üçün də hər hansı bir əsas olmamışdır. Həmçinin cavabdeh məhkəmə iclaslarına da gəlməmədiyindən vaxt etdikcə anasının ziyarətə getməsi ilə bağlı etirazının dəlillərini dəqiqləşdirmək mümkün olmamışdır. Buna görə də iddiaçı1 *9.*9.2*24-cü il tarixdən ##.##.2*24-cü il tarixədək xəstəxanada müalicədə aldığı 15 gün ərzində cavabdehin onu ziyarətə getməməsi işdə olan sübutlarla təsdiq olunmuşdur.
26. Yuxarıda qeyd olunduğu kimi xüsusilə ahıl yaşda olan və səhhəti ilə əlaqədar xəstəxanada müalicə alan valideynin daha çox maddi, fiziki, ən əsası da mənəvi yardıma möhtac olduğu zaman hesab olunur ki, həmin dövrdə övladın xəstə valideyninin ziyarətinə getməməsi, qayğısına qalmaması, maddi, fiziki, ən əsası da mənəvi dəstək göstərməməsi sağlam ailə münasibətlərini sarsıtmaqla, hədiyyə alan şəxsin ailə hüquq münasibətlərinə uyğun olaraq valideyni olan hədiyyə verənin və ya onun yaxın qohumu barəsində qanundan irəli gələn vəzifəsini kobudcasına pozması halı kimi qiymətləndirilir.
27. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 34, 38-ci, Mülki Məcəllənin 666.1, 673.1, 673.1.2, 673.3, 673.4cü, Ailə Məcəlləsinin 1.3, 82.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 17ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2*24-cü il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2, 217.4, 384.*.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
28. Qətnamədən cavabdeh cavabdeh1 (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrini, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” ## ##### 2*24-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeni düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə bağışlama müqaviləsinin ləğvi üçün əsas kimi yalnız iddiaçılardan birinin 15 gün stasionar müalicədə olduğu müddətdə cavabdehin onu mütəmadi ziyarət etməməsini qəbul etmiş, lakin bu halın Mülki Məcəllənin 673.1.2-ci maddəsinin tələb etdiyi “ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması” meyarına hansı əsaslarla uyğun gəldiyini müəyyən etməmişdir. Iş materiallarında cavabdehin valideynlərinə qarşı kobud rəftar etməsi, onları köməksiz vəziyyətdə qoyması, təhqir etməsi və ya digər qanunsuz hərəkətlərə yol verməsi barədə hər hansı mötəbər sübut mövcud deyildir. Əksinə, iş materiallarından görünür ki, bağışlama müqaviləsi bağlandıqdan sonra uzun müddət tərəflər arasında normal ailə münasibətləri davam etmiş, cavabdeh işləməklə həm valideynlərinə, həm də himayəsində olan azyaşlı övladına qayğı göstərmişdir. Cavabdehin dövlət qulluğunda işləməsi, boşanmış şəxs olması, azyaşlı övladını tək böyütməsi, anası ilə əlaqə saxlaması və ona maddi dəstək göstərməsi kimi iş üçün əhəmiyyətli hallar isə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Apellyasiya məhkəməsi yalnız bir şahidin ifadəsinə üstünlük vermiş, həmin şahidin ifadəsinin obyektivliyini və digər sübutlarla uyğunluğunu araşdırmamış, cavabdehin etirazlarını və işdə olan digər sübutları isə qiymətləndirməmişdir. Bununla da sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmadan nəticəyə gəlinmişdir. Bundan başqa, məhkəmə bir tərəfdən bağışlama müqaviləsindən sonra dörd il ərzində cavabdehin valideynlərinə qarşı kobud davranışının müəyyən edilmədiyini qeyd etsə də, digər tərəfdən yalnız xəstəxanada müalicə müddətində baş verdiyi iddia olunan bir epizodu bağışlamadan imtina üçün kifayət hesab etmişdir. Bu yanaşma həm Mülki Məcəllənin 673.1.2-ci maddəsinin məqsədinə, həm də Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə zidd olmaqla yanaşı, məhkəmə qərarında daxili ziddiyyət yaratmışdır. Beləliklə, apellyasiya məhkəməsi işin faktiki hallarını tam və obyektiv araşdırmadan, sübutları birtərəfli qiymətləndirərək maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
30. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
31. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
32. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
33. Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.
34. Maddə 39*.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
35. Maddə 4*4. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
36. Maddə 4*5.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
37. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
38. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
39. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
40. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər:
41. Maddə 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda;
42. Maddə 673.3. Imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir.
43. Maddə 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
44. Maddə 1.3. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.
45. Maddə 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 67*.1, 67*.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2*12-ci il tarixli qərarı.
46. “MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2*24-cü il tarixli qərarı.
47. “...Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir.
48. Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir.
49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinin dispozisiyasında əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb etdiyindən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir.
50. Bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, bağışlamaqdan imtinaya əsas verən hallar hədiyyə verənə məlum olduğu gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsində müəyyən edilmiş bir illik müddətin keçməsi ilə hədiyyə verənin bağışlamaqdan imtina hüququna xitam verilir...” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
59. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
61. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində qətnamə birinci cavabdeh tərəfindən iddianın təmin edilməsi hissəsində tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirililən hissədə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
64. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
65. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
66. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, müqavilədə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi hər hansı haldan asılı edilməmiş, bağışlama müqaviləsi imzalanarkən cavabdeh üzərinə hər hansı öhdəlik götürməmiş, bağışlamadan imtinaya əsas verən hallar aşkar edilmir. Eyni zamanda iddiaçı bağışlamaqdan imtina ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəti də ötürmüşdür.
67. Iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq qətnaməni ləğv etməklə iddianı təmin etmiş apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunması barədə nəticəyə gələrkən qeyd etmişdir ki, cavabdehin anası iddiaçı1 *9.*9.2*24-cü il tarixdən ##.##.2*24-cü il tarixədək xəstəxanada müalicədə aldığı 15 gün ərzində onu ziyarətə getməməsi, qayğısına qalmaması, maddi, fiziki, ən əsası da mənəvi dəstək göstərməməsi sağlam ailə münasibətlərini sarsıtmaqla, hədiyyə alan şəxsin ailə hüquq münasibətlərinə uyğun olaraq valideyni olan hədiyyə verənin və ya onun yaxın qohumu barəsində qanundan irəli gələn vəzifəsini kobudcasına pozması halı kimi qiymətləndirilir.
68. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir.
69. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
70. Bununla yanaşı, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Göründüyü kimi, bağışlama bir qayda olaraq cavab xidməti ilə şərtləndirilmədən hədiyyə alananın hədiyyə verən tərəfindən zənginləşdirilməsidir. Odur ki, bağışlamanın hansısa xüsusi bir şərtdən və ya öhdəlikdən asılı edildiyi iddia olunduqda tərəflər arasında belə bir şərtin razılaşdırıldığı sübuta yetirilməlidir. Başqa sözlə, tərəflərin arzuladıqları yeni hüquqi nəticənin (hüquq və öhdəliklərin) əmələ gəlməsi, yəni bildirilən şərtlərlə müqavilə bağlanması aşkar edilməlidir.
71. Qanunun tələbinə görə müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək - hüquq və vəzifələri müəyyənləşdirmək, dəyişdirmək və ya xitam etmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
72. Odur ki, daşınmaz əşyanın bağışlanması müqaviləsinin hansısa öhdəliyin icrası şərtilə bağlandığı iddia olunduqda, bu mühüm şərtin qanunla nəzərdə tutulmuş formada – notarial təsdiqli yazılı müqavilədə qeyd olunması zəruridir. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
73. Hazırkı işdə isə apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağışlamanın öhdəliklə şərtləndirildiyini bildirsə də, digər tərəfdən notarial qaydada təsdiqlənmiş yazılı müqavilənin məzmununda belə bir şərtin nəzərdə tutulmadığı müəyyən olunmuşdur. Yəni, mübahisəli bağışlama müqaviləsində cavabdeh üzərinə hər hansı öhdəlik götürməmiş və belə öhdəliyin pozulması mümkün deyil. Belə olan halda, məhkəmə həmin şərti hansı hüquqi əsasla razılaşmanın tərkib hissəsi saydığını və hətta ona riayət edilməməsinin bağışlamadan imtinaya səbəb olduğunu qətnamədə əsaslandırmamışdır.
74. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müqavilənin mühüm şərti sayılan öhdəlik qanunla müəyyən edilmiş formada tərtib edilən əqdin məzmununda əks olunmadığı təqdirdə, məhkəmə tərəfin izahatına əsasən belə şərtlə müqavilə bağlanması nəticəsinə gələ bilməz. Odur ki, müqavilənin ləğv edilmə əsası kimi hüquqi baxımdan mövcud olmayan bir şərtin pozulmasına istinad olunması yolverilməzdir.
75. Kassasiya instansiyası məhkəməsi onu da qeyd edir ki, bağışlama müqaviləsində xüsusi olaraq göstərilməsə belə, hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması hədiyyə verənin bağışlamaqdan imtina etməsi əsaslarından biridir. Bu, hədiyyə alanın müqavilədən deyil, qanundan irəli gələn öhdəliyidir.
76. Hazırkı iddianın hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 673.1-ci maddəsi hədiyyə verənin bağışlamaqdan imtinanın 3 əsasını müəyyən edir: 1. hədiyyə alanın hədiyyə verənə (onun yaxın qohumuna) qarşı ağır cinayət törətməsi, 2. hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun vəzifələrini kobud pozması və ya 3. bağışlama ilə bağlı öhdəliklərin icra olunmaması.
77. Nəzərə alınmalıdır ki, bu qaydanın formal mülahizələrlə tətbiq edilməsi qanuni əsaslarla hədiyyə almış şəxsin mülki hüquqlarının əsassız şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Belə nəticə normanın məqsədinə də uyğun deyil. Ona görə də, həmin əsasla bağışlamadan imtinanın qəbul edilməsi üçün ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələrin nədən ibarət olması ailə qanunvericiliyi əsasında dəqiq müəyyənləşdirilməli, həmin vəzifələr üzrə konkret olaraq hansı öhdəliyin yerinə yetirilmədiyi aydınlaşdırılmalı, özü də pozuntunun kobud olduğu qənaətinə gəlinməlidir. Bu halları sübut etmək yükü isə bağışlamadan imtina edən tərəfin üzərinə düşür.
78. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll etməklə bağlı, cavabdehin anası iddiaçı1 *9.*9.2*24-cü il tarixdən ##.##.2*24-cü il tarixədək xəstəxanada müalicədə aldığı 15 gün ərzində onu ziyarətə getməməsini, hədiyyə alan şəxsin ailə hüquq münasibətlərinə uyğun olaraq valideyni olan hədiyyə verənin və ya onun yaxın qohumu barəsində qanundan irəli gələn vəzifəsini kobudcasına pozması halı kimi qiymətləndirərkən, yuxarıda qeyd edilənləri nəzərə almamış qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmasına dair prosessual normaların tələblərini pozmuşdur.
79. Təbii ki, valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. Məhz bu əxlaqi və mənəvi borcun mövcudluğu Azərbaycan Respublikasının Konstitusiyası və Ailə Məcəlləsinin müvafiq maddələrində təsbit edilmişdir. Valideynlərin, xüsusi ilə də ahıl yaşda olan valideynlərin daha çox övladın qayğısına və mənəvi dəstəyinə ehtiyacı olması da danılmazdır. Lakin hazırkı halda hədiyyəni qəbul etmiş övladın yaxın qohumu olan valideyni barəsində davranışının, onun qanundan irəli gələn vəzifəsini kobudcasına pozması kimi təfsir edilməsi üçün, həmin davranışın Mülki Məcəllənin 673.1-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşması zəruri şərtdir.
80. Odur ki, hazırkı mübahisənin həlli üçün iddiaçıların mənzili cavabdeh cavabdeh1 bağışlamasının hər hansı şərtlə bağlı olmamasına, hədiyyə alan olan cavabdehin hədiyyə verən iddiaçıya münasibətdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrinin kobud pozulması ilə bağlı məhkəmələrin müəyyən etdiyi işin hallarının Mülki Məcəllənin 673.1-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına düzgün hüquqi qiymət verilməlidir.
81. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
82. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, bununla da qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir.
83. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2**5-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
84. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
85. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.
86. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
87. Işə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2*26-cı il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.