Məhkəmə qərarları › İş №2(041)-2439/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2439/2025

24.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2439/2025 24.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkmə iclas katibi Zeynalova Leyla Fariz qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Kürdəmir regional “ASAN” xidmət mərkəzində Qeydiyyat şöbəsi) ölümün qeyd edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 11 fevral 1962-ci il tarixdə Kürdəmir rayonunun Muradxan kəndində anadan olmuş X1 15 iyun 1962-ci il tarixdə Kürdəmir rayonunun Muradxan kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, mərhum qardaşı X12 xx.xx.1962-ci il tarixdə mərhum valideynləri X24 ilə Məhərrəmova Mələk Üzbaş qızının birgə nikahlarından Kürdəmir rayonunun Muradxan kəndində doğulmuşdur. Qardaşı Avtandil doğulandan sonra mərhum valideynləri ona doğum haqqında şəhadətnamə almışlar. X6 4 aylıq, yəni, xx.xx.1962-ci il tarixdə ölmüşdür. Mərhum qardaşı X12 öləndən sonra mərhum valideynləri onu yaşadıqları Kürdəmir rayonunun Muradxan kəndinin qəbristanlığında dəfn etmişlər. X1 körpə yaşında ölməsi valideynlərinə çox pis təsir etdiyinə görə həmin vaxt onun ölməsi barədə heç bir sənəd almamışlar. Hazırda ailələrinə lazım olan bəzi sənədləşmə işlərinin aparılması məqsədi ilə qardaşı X9 ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Kürdəmir regional "Asan xidmət" mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. Kürdəmir regional "Asan xidmət" mərkəzində Qeydiyyat şöbəsində X1 ölümünün qeyd edilmədiyini bildirib, bu barədə ona xx.xx.2025-ci il tarixli Arayış vermişlər. Bundan sonra o X1 ölümü ilə bağlı tibbi şəhadətnaməni almaq üçün "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə müraciət etmişdir. "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi mərhum X1 ölümü barəsində "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" PHŞ-də heç bir məlumatın tapılmadığını bildirib bu barədə ona xx.xx.2025-ci il tarixli məktub vermişlər. Mərhum X1 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ona görə də X1 ölüm faktının müəyyen edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə maraqlı şəxs Kürdəmir regional “ASAN” xidmət mərkəzində Qeydiyyat şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır. X18 xx.xx.1962-ci ildə doğulub və doğulduqdan bir neçə ay sonra xəstəlikdən öldü. X18 ölərkən 4 aylıq uşaq olub. Onu Kürdəmir rayon Muradxan kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında dindirilmiş şahid X10 ifadəsində göstərdi ki, Ərizəçi dayısıdır, münasibətləri həmişə normal olmuş, biri-birinin xeyir-şər işlərində iştirak etmişlər. Məhərrəmov Avtandil ölən zaman əskərlikdə olub və böyüklərin dediyinə görə 1962-ci ilin fevral ayında doğulub, az müddət yaşadıqdan sonra vəfat edib. Onu Kürdəmir rayon Muradxan kənd qəbirstanlığında dəfn etmişlər. İşə əlavə olunmuş, Kürdəmir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 05/466 nömrəli arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X7 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "X11 Sistemində" xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşə əlavə olunmuş, Kürdəmir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/7-M-456/2025 nömrəli arayışdan görünür ki, X12 11 fevral 1962-ci ildə Kürdəmir rayonu Muradxan kəndində anadan olmuşdur. Bu barədə 06 mart 1995-ci il tarixdə Kürdəmir rayon Muradxan kənd icra nümayəndəliyində 19 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. - Kürdəmir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-620/2025 nömrəli məktubundan görünür ki, X7 ölüm haqqında akt qeydi şöbədə aşkar edilməmişdir. Ölümün qeydiyyatı üçün tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi tələb olunur. Məsələnin həlli üçün məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. İşdə olan, Kürdəmir Rayon Mərkəzi Xəstəxanası-nın xx.xx.2025-ci il tarixli 18-1- 49/2-M-80-xx-xx/2025 nömrəli məktubdan görünür ki, X25, X13 və X4 ilə əlaqədar müraciətlərinə cavab olaraq bildirmişlər ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş "Tibbi qeydiyyat sənədlərinin saxlanılması müddətinə əsasən ölüm haqqında qeydiyyat kitabının saxlanılma müddəti 3(üç) ildir. Müddət bitdikdən sonra utilizasiya olunur. -Kürdəmir rayon Muradxan kənd icra nümayəndəliyinin xx.xx.2023-cü il tarixli AZ-İİ 372994 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Məhərrəmova Mələk Üzbaş qızı xx.xx.2002-ci il tarixdə ölmüşdür. Bu barədə akt qeydləri kitabında 2002-ci ilin 12-ci ayının 13-cü günündə 15 nömrə ilə qeyd edilmişdir. -Kürdəmir rayon Muradxan kənd icra nümayəndəliyinin xx.xx.2023-cü il tarixli AZ-İİ 372993 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X24 xx.xx.2002-ci il tarixdə ölmüşdür. Bu barədə akt qeydləri kitabında 2002-ci ilin 11-ci ayının 21-ci günündə 10 nömrə ilə qeyd edilmişdir. - Torpağa mülkiyyət hüququna dair JN-0103 KOD 90614018 nömrəli dövlət aktına əsasən, Kürdəmir rayonu Aqrar İstehsalat Komissiyasının 26 iyul 2002-ci il tarixli 05 saylı qərarı ilə 1.63 ha torpaq sahəsi X24, Məhərrəmova Mələk Üzbaş qızı və onların ailə üzvlərinə verilmişdir. - Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin Ərizəçi müraciətinə xx.xx.2025-ci il tarixli 644 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.2002-ci il tarixdə ölmüş X24, Məhərrəmova Mələk Üzbaş qızından miras qalan əmlaka dair tam hissədə pay əldə etmək və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün, müddətin ötürüldüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Odur ki, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Kürdəmir regional Asan Xidmət Mərkəzində notariat ofisində X5, X26 tərəfindən imzalanmış ərizədən görünür ki, xx.xx.2002-ci il tarixdə ölmüş Məhərrəmova Mələk Üzbaş qızından miras qalmış əmlak faktiki qəbul etmişlər və miras əmlaka dair iddia və tələbi yoxdur. İşdə olan, Kürdəmir rayon İHB-nın Muradxan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib etdilən aktda, xx.xx.1962-ci il təvəllüdlü X3 rayonu Muradxan kəndində X15 ailəsində doğulmuşdur və həmin il, yəni 1962-ci il tarixində X12 həmin kənddə vəfat etmiş və kənd qəbristanlığında dəfin etmələri barədə X32, X16, X22, X17 və X23 akta imza etmişlər. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 11 fevral 1962-ci il tarixdə Kürdəmir rayonu Muradxan kəndində anadan olmuş X7 15 iyun 1962-ci il tarixdə Kürdəmir rayonu Muradxan kəndində ölmüş, Kürdəmir rayonu Muradxan kənd qəbristanlığında dəfn edilmişlər. Lakin, X7 ölümü haqqında şəhadətnamə alınmadığından, ərizəçi torpaq sahəsinin öz adına rəsmiləşdirilməsi ilə bağlı sənədləşmə işlərini apara bilmir. X7 xx.xx.1962-ci ildə ölməsi və onun Kürdəmir rayonu Muradxan kənd qəbirstanlığında dəfn edilməsi dindirilmiş şahidlərin ifadələri və işdə olan sənədlərlə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Hazırki iş üzrə ərizəçi xx.xx.1962-ci ildə anadan olmuş X7 xx.xx.1962-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən, o cümlədən Kürdəmir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-620/2025 nömrəli məktubunda X7 ölüm haqqında akt qeydinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X11 Sistemində” aşkar edilmədiyi göstərilmişdir. Başqa sözlə, xx.xx.1962-ci ildə anadan olmuş X7 xx.xx.1962-ci ildə ölməsi faktının dövlət qeydiyyatı orqanlarında qeydə alınmasından imtina edildiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 11 fevral 1962-ci il tarixdə Kürdəmir rayonu Muradxan kəndində anadan olmuş X7 15 iyun 1962-ci il tarixdə Kürdəmir rayonu Muradxan kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 339-341-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11 fevral 1962-ci il tarixdə Kürdəmir rayonu Muradxan kəndində anadan olmuş X7 15 iyun 1962-ci il tarixdə Kürdəmir rayonu Muradxan kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar