Məhkəmə qərarları › İş №2(041)-2667/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2667/2025

16.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2667/2025 16.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Kürdəmir rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Kürdəmir rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü il tarixdə Kürdəmir rayonunun Şilyan kəndində doğulmuş X2nın xx.xx.1994cü il tarixdə Kürdəmir rayonunun Qarasu kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, o, hazırda Kürdəmir rayonunun Qarasu kəndində yaşayır. Mərhum X2 onun mərhum əri X10 ilə birgə nikahdan xx.xx.1994-cü il tarixdə Kürdəmir rayonunun Şilyan kəndində doğulmuşdur. X2 doğulandan sonra ona doğum haqqında şəhadətnamə almışlar. X2 təxminən 6 ay yaşayandan sonra 27 sentyabr 1994-cü il tarixdə ölmüşdür. Mərhum X2 öləndən sonra onu hazırda yaşadıqları Kürdəmir rayonunun Qarasu kəndinin qəbristanlığında dəfn etmişlər. Qızı Ramilənin körpə yaşlarında ölməsi onlara çox pis təsir etdiyinə görə həmin vaxt onun ölməsi barədə heç bir sənəd almamışlar. Hazırda ailəyə vacib lazım olan bəzi sənədləşmə işlərinin aparılması məqsədi ilə mərhum X2na ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Kürdəmir regional "Asan Xidmət" mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. Kürdəmir regional "Asan Xidmət" mərkəzində Qeydiyyat şöbəsində X2nın ölümünün qeyd edilmədiyini bildirib, bu barədə xx.xx.2025-ci il tarixli məktub verib ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyini bildirmişlər. Bundan sonra o X2nın ölümü ilə bağlı tibbi şəhadətnaməni almaq üçün "Kürdəmir Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə müraciət etmiş "Kürdəmir Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi mərhum X2nın ölümü barəsində "Kürdəmir Rayon Mərkəzi Xəstəxanası" PHŞ-də heç bir məlumatın tapılmadığını bildirib bu barədə xx.xx.2025-ci il tarixli məktub vermişlər. Mərhum X2nın ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Buna görə ailəyə lazım olan sənədləşmə işlərini apara bilmir. Ona görə də o, X2nın ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, X2nın ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə maraqlı şəxs Kürdəmir rayon Qeydiyyat şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşı arvadıdır. Şəmsiyyənin 6 uşağı olmuşdur. Ramilə ilk uşaq olmuş, xx.xx.1994-cü ildə doğulmuş, xx.xx.1994-cü il tarixdə isə evdə ölmüşdür. Onu Kürdəmir rayonu, Qarasu kənd qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşının həyat yoldaşıdır. Ərizəçi 6 uşağı olmuş, ilk uşağı Ramilə isə ölmüşdür. Belə ki, həmin uşaq xəstə olmuş, xəstəxanaya aparılsa da sağalmamış, xx.xx.1994-cü il tarixdə isə evdə vəfat etmişdir. Onu Kürdəmir rayonu, Qarasu kənd qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşının yoldaşıdır. Ərizəçi 6 uşağı olmuş, ilk uşaq Ramilə xəstələnmiş, xx.xx.1994-cü il tarixdə isə evdə vəfat etmişdir. Onu əvvəlcə xəstəxanaya aparmışlar, lakin o sağalmamışdır. Ramilə ölən zaman azyaşlı olduğuna görə dəfnində iştirak etməmişdir. Onu Kürdəmir rayonu, Qarasu kənd qəbiristanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir rayon İHB-nın Qarasu kəndi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZ-İ 446467 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2011-ci il tarixdə xərçəngin intoksikasiyası, düzbağırsağın xərçəngindən vəfat etmişdir. İş materiallarında olan Kürdəmir rayon İHB-nın Şilyan kəndi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli XVİİ-ЖГ 485118 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1994-cü ildə doğulmuşdur. X7 oğlu, anası-Ərizəçidır. İş materiallarında olan Kürdəmir regional “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-5/8-673/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1994-cü təvəllüdlü X3 ölüm haqqında akt qeydi Kürdəmir regional "ASAN Xidmət" mərkəzi Qeydiyyat şöbəsində aşkar olunmadı. Ölümün qeydə alınması üçün tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi olmalıdır. Qeyd olunan sənədləri təqdim edə bilmədiyi üçün ölüm faktını qeydə almaq səlahiyyətləri daxilində deyildir. Bu barədə məhkəməyə müraciət edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2025-ci il tarixli 18-1-49/2-S-108-xxxx/2025 nömrəli Ərizəçi ünvanlandığı məktubdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm hadisələrinin qeydiyyat kitabı”-nın baxılma müddəti 3 (üç) il olduğu üçün və vaxtı keçmiş tibbi sənədlərin utilizasiya olunması ilə bağlı sözü gedən X3 ölümü barəsində “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də heç bir məlumat tapılmamışdır. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1994-cü ildə doğulmuş X3 xx.xx.1994-cü il tarixdə Kürdəmir rayonu Qarasu kəndində ev şəraitində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1994-cü ildə doğulmuş X3 xx.xx.1994-cü il tarixdə Kürdəmir rayonunun Qarasu kəndində ev şəraitində ölməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar