Məhkəmə qərarları › İş №2(041)-299/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-299/2023

10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-299/2023 10.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 17 fevral 2020-ci il tarixli, 07--6TA saylı Güzəştli kredit müqaviləsi üzrə 6861,92 manat əsas borcun, 8,01 manat faiz borcunun, cəmi 6869,93 manat borc məbləğinin İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin Cavabdeh məxsus kreditin təminatı kimi ipoteka qoyulmuş ünvan 2 ünvanda yerləşən mənzilə yönəldilməsi, ipoteka pedmetinin dəyəri ipoteka qoyanın ipoteka saxlayanla razılığına əsasən13675,11 manat məbləğində müəyyən edilməsi, Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən mənzilin açıq hərraca çıxarılaraq satılması hesabına 6869,93 manat borcun və 88,69 manat dövlətrüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin Cavabdeh qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbinə dair iddia ərizəsi xx.xx.2023-cü il tarixdə icraata qəbul edilərək iş üzrə hazırlıq iclasının keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmişdir. İddiaçı QSC-nin Ucar filialının müdiri P.Ə.Əliyev iddia ərizəsinin geri qaytarılmasına dair vəsatətlə məhkəməyə müraciət edərək Cavabdeh kredit borcunu tam bağladığı üçün iddia ərizəsini və əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254,255,261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC-nin Ucar filialının müdiri P.Ə.Ədliyevin vəsatəti təmin edilməklə, İddiaçı QSC-nin Cavabdeh qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbinə dair mülki iş üzrə iddia ərizəsi, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 152, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Vəsatət təmin edilsin. İddiaçı QSC-nin Cavabdeh qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbinə dair mülki iş üzrə iddia ərizəsi, iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar