Məhkəmə qərarları › İş №2(041)-360/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-360/2023

08.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-360/2023 08.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X** Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı sədri X4 Cavabdeh Cavabdehin nümayəndəsi və vəkili X* iştirakı ilə, İddiaçı Cavabdeh qarşı İddiaçı 03.*0.2008-ci il tarixli, ** saylı qərarı ilə verilmiş 03.*0.2008-ci il tarixli ** saylı icarə müqaviləsinin, A№**3929 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi, cavabdehin torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılmasına dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı sədri S.M.Cəfərov Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 03.*0.2008-ci il tarixli, ** saylı qərarı ilə verilmiş 03.*0.2008-ci il tarixli ** saylı icarə müqaviləsinin, A №**3929 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi, cavabdehin torpaq sahəsindən əmlakları ilə birlikdə həmin torpaq sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, İddiaçı 03.*0.2008-ci il tarixli, ** saylı qərarına və 03.*0.2008-ci il tarixli ** nömrəli torpaq icarə müqaviləsinə əsasən Cavabdeh Karrar kəndi ərazisindən əkin məqsədi ilə 99 il müddətinə 80 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi Cavabdeh icarəsinə veriləndən sonra uzun müddətdir ki, həmin torpaq sahəsindən istifadə edir. Torpaq sahəsi cavabdehin icarəsinə verilərkən Karrar bələdiyyəsi tərəfindən torpaq sahəsinin hüquqi statusu dəqiq müəyyən edilməmiş, qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi bələdiyyələrlə iş mərkəzindən Karrar bələdiyyəsinə daxil olmuş 23.**.2022-ci il tarixli 09/V-*77* saylı məktubda Karrar bələdiyyəsinin 03.*0.2008-ci il tarixli, ** saylı qərarı ləğv edilmiş, 03.*0.2008-ci il tarixli ** saylı icarə müqaviləsinin ləğv edilməsi üçün müvafiq tədbirlərin görülməsi bələdiyyəyə tapşırılmışdır. Məktuba İddiaçı 2*.*2.2022-ci il tarixli *6 saylı iclasında baxılmış və Karrar bələdiyyəsinin 03.*0.2008-ci il tarixli, ** saylı qərarı ləğv edilmişdir. Bundan əlavə, 23.*0.2007-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinə edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və müsabiqələri vasitəsilə əldə edilə bilər. Göründüyü kimi, Karrar bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqların idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri pozulduğundan həmin sənədlər ləğv edilməli, cavabdeh isə icarəsinə verilmiş torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Kürdəmir rayon Karrar bələdiyyəsinin sədri X7 iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, yaşadığı Karrar kəndi ərazisində əkin məqsədi ilə icarəsinə torpaq sahəsi verilməsi barədə müraciəti və təqdim etdiyi sənədlər İddiaçı 03.*0.2008-ci il tarixdə keçirilmiş bələdiyyənin ümumi iclasında müzakirə edilmiş və ona göstərilən ərazidə 99 il müddətinə 80 ha torpaq sahəsinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və həmin qərar əsasında 03.*0.2008-ci il tarixdə onunla bələdiyyə arasında ** nömrəli torpaq icarə müqaviləsi bağlanmışdır. Bundan sonra onun torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinə təqdim edilmiş, şöbənin mütəxəssisləri tərəfindən ərazinin yerqurluşu planı tərtib və təsdiq edilmiş, icarə müqaviləsi əsasında istifadəsinə ayrılmış 800000,05 kv.m torpaq sahəsi X8 kitabında *8.*2.2008-ci il tarixdə 252 nömrə ilə uçota alınmış və ona Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilmişdir. Həmin vaxtdan hal-hazıra kimi icarə sahəsindən təyinatı üzrə istifadə edir və ölkənin heyvandarlıq və əkinçiliklə bağlı kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində öz töhfəsini verir. Bundan əlavə, icarəçi kimi icarə müqaviləsindən irəli gələn bütün şərtlərə riayət etmiş, torpağın təyinatını dəyişdirməmiş, icarə haqqını isə vaxtı-vaxtında ödəmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X2 çıxışında bildirdi ki, Cavabdeh 03.*0.2008-ci il tarixdən hal-hazıra kimi İddiaçı ilə arasında bağlanmış ** nömrəli torpaq icarə müqaviləsi əsasında fasiləsiz olaraq həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edir, icarə haqqını vaxtı-vaxtında ödəyir, keçən *5 il müddətində tərəflər arasında heç bir mübahisə olmamışdır. İcarəyə götürülmüş torpaq sahəsi dövlət qeydiyyatına alındığı üçün həmin torpaq sahəsi üzərində icarəçinin hüquqlarının müdafiəsi ilə bağlı dövlət təminatı mövcuddur. Cavabdeh əkinçiliyin və heyvandarlığın inkişaf etdirilməsi üçün hər il dövlət tərəfindən subsidiya və digər yardımlar göstərilmişdir. Hazırki mübahisəyə məhkəmədə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzində olmuş və ona bildirilmişdir ki, İddiaçınə göndərilmiş məktub İİ qrup Qarabağ müharibəsi əlili Taleh Vahidovun şikayəti əsasında hazırlanmışdır. Belə ki, Taleh Vahidovun müraciəti əsasında müəyyən edilmişdir ki, Karrar bələdiyyəsinin *7.**.2003-cü il tarixli qərarı və həmin tarixli icarə müqaviləsinə əsasən ona 5 il müddətinə 40 ha torpaq sahəsi ayrılmış, əlavə olaraq 40 ha torpaq sahəsindən qanunsuz istifadə etmişdir. Onunla bağlanmış icarə müqaviləsinin müddəti bitmədən həmin torpaq sahəsi Karrar bələdiyyəsinin 03.*0.2008-ci il tarixli, ** saylı qərarı ilə Cavabdeh icarəsinə verilmişdir. Bundan əlavə, 23.*0.2007-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinə edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları yalnız torpaq hərracları və müsabiqələri vasitəsilə istifadə və icarəyə verilməli olduğu halda, Karrar bələdiyyəsi qanunun bu tələblərini pozmuşdur. Cavabdeh bununla bağlı nə Bələdiyyələrlə iş mərkəzinə, nə də ki, İddiaçı iclasına dəvət edilmədiyi üçün göstərilənlərlə bağlı münasibətini bildirə bilməmişdir. Halbuki, Cavabdeh Karrar bələdiyyəsinə 2007-ci ildə müraciət etmiş, Taleh Vahidov icarəsində olan torpaq sahəsinə görə bələdiyyənin keçmiş sədri Xəqani Qəniyevin iştirakı ilə Cavabdeh *4000 manat pul almış və icarəsində olan torpaq sahəsini sonuncuya təhvil vermiş, lakin icarə müqaviləsinin müddətini gözləyərək, 2008-ci ilin oktyabr ayında sənədləşdirmə işlərinə başlamışlar. Həmin torpaq sahəsinin bələdiyyə iclasında və ya hərrac keçirməklə həll edilməsi vətəndaşın yox, bələdiyyənin funksiyalarına aid olan məsələdir. İcarəçinin əsas vəzifəsi icarə sahəsindən təyinatı üzrə istifadə etmək və icarə haqqını vaxtında ödəməkdən ibarətdir. Cavabdeh da icarəçi kimi həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edir və hər il 640 manat icarə haqqı ödəyir. Bələdiyyələrlə iş mərkəzinin məktubunda bələdiyyə torpaqlarının istifadəyə və icarəyə yalnız torpaq hərracları və müsabiqələri vasitəsilə verilməsi ilə bağlı 23.*0.2007-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinə edilmiş dəyişikliklərə istinad etməsini də əsassız və qanunsuz hesab edirik ona görə ki, həmin dəyişikliiyin icra mexanizmi təşkil edilmədiyinə görə 2009-cu ilə kimi həmin maddənin icrası mümkün olmamış və ölkə ərazisində həmin müddətdə heç bir hərrac və müsabiqə keçirilməmiş, bu yolla torpaq sahələrinin icarəyə verilməsi halı mövcud olmamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş, həmin qanuna əsasən "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanunun *0-cu maddəsinə "Bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər." və "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı təşkil edir" cümlələri əlavə edilmiş, həmin qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı *0 dekabr 2008-ci il tarixdə dərc edilmişdir. Karrar bələdiyyəsi ilə Cavabdeh arasında torpaq icarə müqaviləsi isə 03.*0.2008-ci il tarixdə bağlanmışdır. Odur ki, İddiaçı 2*.*2.2022-ci il tarixli *6 saylı iclas qərarının etibarsız hesab edilməsi barədə inzibati məhkəməyə müraciət ediləcəkdir. Nümayəndə göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - İddiaçı 03.*0.2008-ci il tarixli ** saylı iclas protokolundan görünür ki, Cavabdeh ərizəsinə əsasən əkinçilik məqsədi üçün 99 il müddətinə 80 ha torpaq ayırma sənədləri təsdiq edilmiş, torpaq sahəsinin dövlət qeydiyyatına alınması və ayrılmış torpaq sahəsinin kadastr planının işlənməsini təmin etmək Cavabdeh tapşırılmışdır. - İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03.*0.2008-ci il tarixli ** nömrəli icarə müqaviləsində Karrar kəndi ərazisində 80 ha torpaq sahəsinin əkin üçün 99 il müddətinə sonuncunun icarəsinə verilməsi, icarə haqqının 640 manat təşkil etməsi, icarəyəverənin və icarəçinin hüquq və vəzifələri, tərəflərin məsuliyyəti və digər şərtlər razılaşdırılmış, müqavilə hər iki tərəfdən imzalanmış və bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. Müqavilənin notariat qaydada təsdiq edilməli olması barədə heç bir qeyd göstərilməmişdir. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsi tərəfindən *8.*2.2008-ciil tarixdə verilmiş 252 nömrəli A**3929 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, 03.*0.2008-ci il tarixli ** nömrəli icarə müqaviləsi ilə 99 il müddətinə əkinçilik məqsədi üçün Cavabdeh icarəsinə verilmiş 800000,05 kv.m torpaq sahəsi X8 kitabında *8.*2.2008-ci il tarixdə 252 nömrə ilə uçota alınmışdır. - ayrı-ayrı illərə dair ödəniş qəbzlərindən görünür ki, torpaq sahəsinə görə icarə haqqları Karrar bələdiyyəsinin hesabına ödənilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin Kürdəmir rayon Karrar bələdiyyəsinə ünvanladığı 23.**.2022-ci il tarixli 09/V-*77* nömrəli məktubundan görünür ki, İİ qrup Qarabağ müharibəsi əlili Taleh Vahidovun şikayəti əsasında müəyyən edilmişdir ki, Karrar bələdiyyəsinin *7.**.2003-cü il tarixli qərarı və həmin tarixli icarə müqaviləsinə əsasən ona 5 il müddətinə 40 ha torpaq sahəsi ayrılmış, əlavə olaraq 40 ha torpaq sahəsindən qanunsuz istifadə etmişdir. Onunla bağlanmış icarə müqaviləsinin müddəti bitmədən həmin torpaq sahəsi Karrar bələdiyyəsinin 03.*0.2008-ci il tarixli, ** saylı qərarı ilə Cavabdeh icarəsinə verilmişdir. Bundan əlavə, 23.*0.2007-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinə edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları yalnız torpaq hərracları və müsabiqələri vasitəsilə istifadə və icarəyə verilməli olduğu halda, Karrar bələdiyyəsi qanunun bu tələblərini pozmuşdur. Məktubda Karrar bələdiyyəsinin 03.*0.2008-ci il tarixli ** nömrəli qərarı ilə 80 ha əkin sahəsinin Cavabdeh icarəsinə verilməsi hissəsində ləğv edilməsi, icarə müqaviləsinin ləğv edilməsi üçün qanunamüvafiq tədbirlərin görülməsi təklif edilmişdir. - İddiaçı 2*.*2.2022-ci il tarixli *6 saylı iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin Kürdəmir rayon Karrar bələdiyyəsinə ünvanladığı 23.**.2022-ci il tarixli 09/V-*77* nömrəli məktub müzakirə edilmiş, həmin məktuba əsasən Karrar bələdiyyəsinin 03.*0.2008-ci il tarixli, ** saylı qərarı ləğv edilmiş, icarəçi Cavabdehla bağlanmış 80 ha torpaq sahəsinin 99 il müddətinə icarəsinə verilməsi barədə 03.*0.2008ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi üçün məhkəmədə iddia qaldırılması qərara alınmışdır. Proses iştirakçılarının izahatlarından və işdə olan sənədlərdən müəyyən edildi ki, Cavabdeh əkinçilik və heyvandarlıqla məşğul olmaq üçün ona torpaq sahəsinin ayrılması barədə 2007-ci ildə ərizə ilə İddiaçınə müraciət etmiş, bələdiyyənin sədri X9 bələdiyyəsinin *7.**.2003-cü il tarixli qərarı və həmin tarixli icarə müqaviləsinə əsasən Taleh Vahidov 5 il müddətinə istifadəsinə verilmiş 40 ha torpaq sahəsini və qanunsuz istifadə etdiyi əlavə olaraq 40 ha torpaq sahəsini (cəmi 80 ha) ona təklif etmişdir. Taleh Vahidov icarəsində olan torpaq sahəsinə görə bələdiyyənin keçmiş sədri Xəqani Qəniyevin iştirakı ilə Cavabdeh *4000 manat pul almış və icarəsində olan torpaq sahəsini sonuncuya təhvil vermiş, lakin icarə müqaviləsinin müddəti bitmədiyinə görə sənədləşdirmə işləri 2008-ci ilin oktyabr ayında aparılmış və həmin tarixdə 80 ha torpaq sahəsinin əkinçilik məqsədi üçün 99 il müddətinə Cavabdeh icarəsinə verilməsi barədə İddiaçı ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. Bundan sonra Cavabdeh torpaq ayırma sənədlərini və icarə müqaviləsini həmin vaxt qüvvədə olan qaydalara uyğun olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinə təqdim etmiş, 03.*0.2008-ci il tarixli ** nömrəli icarə müqaviləsi ilə 99 il müddətinə əkinçilik məqsədi üçün Cavabdeh icarəsinə verilmiş 800000,05 kv.m torpaq sahəsi X8 kitabında *8.*2.2008-ci il tarixdə 252 nömrə ilə uçota alınmış və icarəçinin adına A**3929 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərək ona təqdim edilmişdir. İcarə müqaviləsi üzrə hər il Karrar bələdiyyəsinin hesabına icarə haqqı ödənilmişdir. *5 ildən sonra X3 iş mərkəzinə müraciət edərək, onunla bağlanmış icarə müqaviləsinin müddəti bitmədən həmin torpaq sahəsinin Karrar bələdiyyəsinin 03.*0.2008-ci il tarixli, ** saylı qərarı ilə Cavabdeh icarəsinə verilməsindən şikayət etmiş və Taleh Vahidovun şikayətinə əsasən 23.*0.2007-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinə edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqlarının yalnız torpaq hərracları və müsabiqələri vasitəsilə istifadə və icarəyə verilməli olduğunu əsas götürərək, Kürdəmir rayon Karrar bələdiyyəsinə ünvanladığı 23.**.2022-ci il tarixli 09/V-*77* nömrəli məktubda Karrar bələdiyyəsinin 03.*0.2008-ci il tarixli ** nömrəli qərarı ilə 80 ha əkin sahəsinin Cavabdeh icarəsinə verilməsi hissəsində ləğv edilməsi, icarə müqaviləsinin ləğv edilməsi üçün qanunamüvafiq tədbirlərin görülməsi təklif edilmişdir. İddiaçı 2*.*2.2022-ci il tarixli *6 saylı iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin məktubu müzakirə edilmiş, həmin məktuba əsasən Karrar bələdiyyəsinin 03.*0.2008-ci il tarixli, ** saylı qərarı ləğv edilmiş, icarəçi Cavabdehla bağlanmış 80 ha torpaq sahəsinin 99 il müddətinə icarəsinə verilməsi barədə 03.*0.2008-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi üçün məhkəmədə iddia qaldırılmışdır. Taleh Vahidovun müraciəti Bələdiyyələrlə iş mərkəzində araşdırılarkən, habelə məktubun müzakirəsi ilə bağlı Karrar bələdiyyəsinin 2*.*2.2022-ci il tarixdə keçirilmiş iclasına Cavabdeh dəvət edilməmiş, ona aid məsələ özünün iştirakı olmadan baxılaraq yuxarıda qeyd edilən qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5*-ci maddəsinin *-ci hissəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. 3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. 4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 7. İcarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. 8. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 56-cı maddəsinin *-ci hissəsinə görə Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. 5. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin *-ci hissəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2. X6 və dövlət torpaq reyestrində habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir (2* aprel 2006-cı il tarixli qanunla bənd çıxarılmışdır). 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq Məcəlləsinin 73-cü maddəsinə görə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə, torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan * il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən * il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydalarını tənzimləyən Torpaq Məcəlləsinin 75-ci maddəsinin *-ci bəndinə əsasən bu Məcəllənin 73-cü maddəsinin *-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, **-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. 2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir. 3. Bu Məcəllənin 73-cü maddəsinin *-ci bəndinin 5-ci, 7-ci, *0-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. 4. Məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi barədə qərar qəbul edərkən, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqların keyfiyyətinin yaxşılaşdırılmasına çəkdikləri xərclərin ödənilməsi və ya onların torpaqdan səmərəsiz istifadə etməsi nəticəsində vurduqları zərərin ödənilməsi barədə göstərişlər də verə bilərlər. 5. Torpaq sahələri üzərində istifadə və ya icarə hüququna xitam verilməsi barədə məhkəmənin, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə şikayət vermək olar. 6. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.*-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. “İcarə haqqında” 30 aprel *992-ci il tarixli Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə icarə müqaviləsi icarəyə verənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəddir. Hazırki iş üzrə də, bələdiyyənin mülkiyyətində olan 80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bələdiyyənin qərarı ilə əkinçilik məqsədilə cavabdehə verilmiş və onunla icarə müqaviləsi bağlanmış, həmin torpaq sahəsi X6 qeydə alınmışdır. İcarə haqqı, torpaqdan təyinatı üzrə istifadə və digər məsələlərlə bağlı tərəflər arasında mübahisə yoxdur. İşin mübahisəli tərəfi torpaq sahəsinin hərrac vasitəsilə icarəyə verilməməsi və bununla da, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinin tələblərinin pozulmasından ibarətdir. Əvvələn, 23.*0.2007-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə dəyişdirilmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 9-cu maddəsi (Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər) * il qüvvədə olmuş, həmin dəyişikliiyin icra mexanizmi təşkil edilmədiyinə görə 2009cu ilə kimi həmin maddənin icrası mümkün olmamış və ölkə ərazisində həmin müddətdə heç bir hərrac və müsabiqə keçirilməmiş, bu yolla torpaq sahələrinin icarəyə verilməsi halı mövcud olmamışdır. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 28 oktyabr 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə həmin maddə aşağıdakı redaksiyada verilmişdir: “9.*. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər”. Həmin Qanunla "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanunun *0-cu maddəsinə "Bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər." və "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı təşkil edir" cümlələri əlavə edilmiş, həmin qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı *0 dekabr 2008-ci il tarixdə dərc edilmişdir. Göründüyü kimi, bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi ilə bağlı normativ hüquq aktları *0 dekabr 2008-ci il tarixdə qəbul edildiyi halda, Karrar bələdiyyəsi ilə Cavabdeh arasında torpaq icarə müqaviləsi isə 03.*0.2008-ci il tarixdə bağlanmışdır. Mülki Məcəllənin 7.*-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının *49-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Bundan əlavə, Torpaq Məcəlləsində torpaq icarəsi müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmamışdır. Lakin həmin Məcəllənin 48-ci maddəsinin *-ci hissəsində göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Mülki Məcəllə, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun *5-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Beləliklə, sadalanan qanunvericilik normalarının tələblərinə görə, torpaq icarəsi müqaviləsinin ləğv edilməsi yalnız Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada aparılmalıdır. Müqavilələrin ləğv edilməsinin ümumi qaydası həmin Məcəllənin Ümumi hissəsində, xüsusi olaraq torpaq icarəsi müqaviləsindən irəli gələn münasibətlərin tənzimlənməsi qaydası isə Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuşdur. Torpaq Məcəlləsinin 73-cü maddəsinin *-ci hissəsində torpaq sahəsi və ya onun bir hissəsi üzərində icarə hüququna xitam əsasları sırasında torpaq sahəsindən könüllü imtina edilməsi müəyyən olunmuşdur. Həmin Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsinə əsasən, qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verir. Mülki Məcəllənin 7*9.*-ci maddəsinə görə, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Məcəllənin 7*9.4-cü maddəsinin birinci cümləsində isə göstərilir ki, icarə müqaviləsi 30 ildən çox müddətə bağlandıqda müqavilənin istənilən iştirakçısı 30 ildən sonra müqavilənin ləğvinə dair bildirişi icarənin növbəti ilinin sonu üçün qüvvəyə minməklə icarənin hər hansı ilinin üçüncü iş günündən gec olmayaraq verə bilər. Göründüyü kimi, Mülki Məcəllənin 7*9.4-cü maddəsinə müvafiq olaraq, icarə müqaviləsi 30 ildən çox müddətə bağlandıqda istənilən iştirakçı yalnız 30 ildən sonra müqavilənin ləğvinə dair bildirişi verə bilər. Digər tərəfdən isə Torpaq Məcəlləsinin 73-cü maddəsinin *-ci hissəsi ilə torpaq sahəsi üzərində icarəyə xitam vermək hüququnu icarəçiyə hər hansı bir müddətlə məhdudlaşdırmadan, istənilən vaxt həyata keçirmək hüququ verilmişdir. Beləliklə, eyni məsələni tənzimləyən göstərilən normalar bir-birindən fərqli iki qayda müəyyən etdiyindən, “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin *hissəsinin və 75-ci maddəsinin 2-ci hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7*9.* və 7*9.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun *6 iyun 2023-cü il tarixli qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin *-ci hissəsi, 75-ci maddəsinin 2-ci hissəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7*9.* və 7*9.4-cü maddələrinin torpaq icarəsi müqaviləsi üzrə torpaq hüquq münasibətlərinə xitam verilməsi barədə müddəaları arasında mövcud olan kolliziya bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsi tətbiq edilməklə həll olunmalıdır. Hazırki iş üzrə də tərəflər arasında torpaq icarə müqaviləsi 30 ildən artıq müddətə bağlanılmış, müqavilənin bağlandığı tarixdən *5 il müddət keçmişdir. Yəni, Mülki Məcəllənin 7*9.4-cü maddəsinə müvafiq olaraq, icarəyə verən yalnız *5 ildən sonra mübahisələndirilən müqavilənin ləğvinə dair bildirişi verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi Mülki Məcəllənin 7*9.4-cü maddəsinin tələblərinə zidd olduğuna görə qanunsuz hesab olunur və bu əsasla da iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 2*6-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar