Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-387/2023 15.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək atası X2 *6.*2.200*-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, xx.xx.*978-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. X9 birlikdə bir evdə yaşamışdır. X*2 ürək çatışmamazlığından dünyasını dəyişib. Bundan sonra onu Kürdəmir rayon Sığırlı qəbristanlığında dəfn etmişlər. Həmin vaxt onun ölümü onlara çox pis təsir etmişdir. Hazırda mülkiyyətlərində olan torpaq sahəsinə çıxarış almaq istəyirlər. Buna görə ondan mərhum atasının olümü haqqında sənəd tələb olunur. Atası vəfat etdikdən sonra onun ölüm kağızını almamışlar. Ölüm haqqında şəhadətnaməni almaq üçün Qeydiyyat şöbəsinə müraciət etməmişlər. Daha sonra kənd və rayon xəstəxanasına müraciət etsələr də, onun ölümü barədə sənəd əldə edə bilməmişlər. Maraqlı şəxsndə bu məsələ ilə bağlı məhkəməyə müractət etməsini izah edib, bu barədə məktub vermişlər. Mərhum atası X2 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ona görə də atası X2 *6.*2.200*-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Fəqanın atası Əliqiyas *6.*2.200*-ci ildə ürək xəstəliyindən vəfat etmişdir. Mərhum Əliqiyas öldükdən sonra onu yaşadıqları Sığırlı kəndinin qəbristanlığında dəfn etmişlər. O, yaxın qonşu kimi mərhum X2 dəfn və bütün yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X* Yalçın Əvəz oğlu ilə eyni məzmunda ifadə verib qonşusu Ərizəçi atası X2 *6.*2.200*-ci ildə öldüyünü və onun yaşadıqları Sığırlı kəndinin qəbristanlığında dəfn edildiyini bildirdi. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Sığırlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29.**.2022-ci il tarixli, 696 nömrəli arayışdan görünür ki, mərhum X6 həqiqətən 200*-ci ildə vəfat etmiş Kürdəmir rayonu Sığırlı kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş 27.*2.2022-ci il tarixli, 2/697 nömrəli məktubdan görünür ki, onun atası X2 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmamış və ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.*978-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. X9 birlikdə bir evdə yaşamışdır. X*2 ürək çatışmamazlığından dünyasını dəyişib. Bundan sonra onu Kürdəmir rayon Sığırlı qəbristanlığında dəfn etmişlər. Həmin vaxt onun ölümü onlara çox pis təsir etmişdir. Hazırda mülkiyyətlərində olan torpaq sahəsinə çıxarış almaq istəyirlər. Buna görə ondan mərhum atasının olümü haqqında sənəd tələb olunur. Atası vəfat etdikdən sonra onun ölüm kağızını almamışlar. Ölüm haqqında şəhadətnaməni almaq üçün Qeydiyyat şöbəsinə müraciət etməmişlər. Daha sonra kənd və rayon xəstəxanasına müraciət etsələr də, onun ölümü barədə sənəd əldə edə bilməmişlər. Maraqlı şəxsndə bu məsələ ilə bağlı məhkəməyə müractət etməsini izah edib, bu barədə məktub vermişlər. Mərhum atası X2 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Mərhum atası X2 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ərizəçinin atası X2 *6.*2.200*-ci il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində ölməsi özünün izahatı, həmçinin iş üzrə dindirilmiş şahidlər X8 və X3 ifadələri ilə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli və onun atası X2 *6.*2.200*-ci il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 *6.*2.200*-ci il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-387/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-387/2023
15.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver