Məhkəmə qərarları › İş №2(041)-406/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-406/2025

07.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-406/2025 07.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış, Sabirabad 1 saylı Mediasiya Təşkilatının mediatoru X6 tərəfindən təsdiq olunmuş MŞS/MT-023/2024-01667 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirir ki, Sabirabad 1 saylı Mediasiya Təşkilatına müraciət edərək Maraqlı şəxs ilə aralarında yaranmış alimentin artırılması tələbi ilə bağlı mübahisə üzrə mediasiya prosesinin keçirilməsini xahiş etmişdir. Belə ki, Kürdəmir Rayon Məhkəməsinin qətnaməsinə əsasən vaxilə Maraqlı şəxs yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X7 və X1 üçün hər ay hər uşağa görə 60 manat olmaqla ümumilikdə hər ay 180 manat aliment məbləği təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə Sabirabad 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 iştirakı ilə mediasiya sessiyasında hər iki mübahisə tərəfinin şəxsən iştirakı əsasında “Mediasiya haqqında” qanunun 33-cü maddəsinə əsasən barışıq sazişi hazırlanmış, tərəflərin və mediatorun imzası ilə təsdiq edilmişdir. Qeyd olunan barışıq sazişinə əsasən mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri müəyyən edilmişdir. Barışıq sazişində 4cü bəndinə əsasən tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan üç uşağın saxlanılması üçün ikinci tərəf Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 180 manat olmaqla ümumilikdə hər ay 540 manat aliment pulunu ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Barışıq sazişinin 4-cü bəndində onun imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıdığı, sazişdə tərəflər arasında ayrı müddət müəyyən olunmayıbsa imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalı olduğu göstərilmişdir. Barışıq sazişinin bağlanmasından sonra Maraqlı şəxs alimentin ödənişinə başlamışdır. Lakin son 2 ayda o alimentin ödənilməsini dayandırmış, etdiyi müraciətlərə və xəbərdarlıqlara məhəl qoymamışdır. Maraqlı şəxs barışıq sazişinin könüllü icrasından imtina etmişdir. Buna görə də barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-790/2024 nömrəli qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh Maraqlı şəxs hər ay hər bir uşağa sabit pul məbləğində 60 manat aliment olmaqla ümumilikdə 180 manat tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, 1. Tərəflər Ərizəçi və Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə keçirilən könüllü mediasiya zamanı aralarında olan mübahisə ilə bağlı razılığa gəldilər. 2. Belə ki, Kürdəmir rayon Məhkəməsinin qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2015ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 üçün hər ay hər uşaqa 60 (altmış) manat olmaqla ümumilikdə hər ay 180(yüz səksən) manat aliment məbləği təyin edilmişdir. 3. Tam Mediasiya sessiyası zamanı ikinci tərəf Maraqlı şəxs hər ay 180 (yüz səksən) manat alimentin 360 (üç yüz altmış) manat artırılması ilə bağlı razılığa gələrək öhdəlik götürdülər.

4. Yəni ikinci tərəf Maraqlı şəxs yetkinlik yaşına çatmayan üç övladının saxlanması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 180 (yüz səksən) manat aliment olmaqla ümumilikdə hər ay 540 (beş yüz qırx) manat aliment pulunu ödəyəcəyi barədə öhdəlik götürdü. 5 Aliment məbləği Ərizəçi təqdim etdiyi 4169 7388 1982 7944 nömrəli kart hesabına ikinci tərəf Maraqlı şəxs tərəfindən ödəniləcək. 6. Tərəflərin qəbul etdikləri qərarı öz imzalarımızla təsdiq edirik. Bu saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT-023/2024-01667 nömrəli barışıq sazişi həmin məzmunda təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Sabirabad 01 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT-023/2024-01667 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.

1. Tam Mediasiya sessiyası zamanı ikinci tərəf Maraqlı şəxs hər ay 180 (yüz səksən) manat alimentin 360 (üç yüz altmış) manat artırılması ilə bağlı razılığa gələrək öhdəlik götürdü.

2. Yəni ikinci tərəf Maraqlı şəxs yetkinlik yaşına çatmayan üç övladının saxlanması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 180 (yüz səksən) manat aliment olmaqla ümumilikdə hər ay 540 (beş yüz qırx) manat aliment pulunu ödəyəcəyi barədə öhdəlik götürdü.

3. Aliment məbləği Ərizəçi təqdim etdiyi 4169 7388 1982 7944 nömrəli kart hesabına ikinci tərəf Maraqlı şəxs tərəfindən ödəniləcək. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar