Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-408/2025 11.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X11 Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1985-ci ildə Kürdəmir rayonunda anadan olmuş, X4 xx.xx.1995-ci il tarixdə Kürdəmir şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlarla eyni məzmunlu izahat verərək göstərdi ki, X8 oğludur.Oğlun İsbat xx.xx.1985-ci Kürdəmir rayonunda doğulmuşdur.O, doğulandan talassemiya xəstəsi olmuş və xx.xx.1995-ci il tarixdə xəstəlikdən ölmüş və onu Kürdəmir şəhər qəbrstanlğında dəfn etmişlər. Oğlu İsbat öləndən sonra onlar heç bir orqana müraciət etməmiş və onun ölümünü qeyd etdirməmişlər. O, ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, oğlunun ölümünü təsdiq edən tibbi sənədlər olmadığı üçün Maraqlı şəxs ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 ifadəsində göstədi ki, Ərizəçi onun qonşusudur, münasibətləri normaldır. 1985-ci ildə Xurmanın oğlu doğulmuşdur. Oğlunun adı İsbat olmuş, anadangəlmə talassemiya xəstəsi olmuşdur. Xumarın oğlu İsbat təxminən 10 yaşında yəni xx.xx.1995-ci ildə xəstəlikdən ölmüş, onu şəhər qəbrstanlığında dəfn etmişlər. Həmin uşağa Xumar baxmışdır. X3 ifadəsində göstərdi ki, Xurma onun baldızıdır. O, gəlin gələndən sonra 1985-ci ildə Xurmanın İsbat adlı uşağı olmuş, uşaq talassemiya xəstəsi olmuş, təxminən 10 yaşında ölmüşdür. İsbatı Kürdəmir şəhər qəbrstanlığında dəfn etmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1985-ci ildə Kürdəmir rayonunda doğulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən vətəndaş Ərizəçinun ərizəsinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X4 Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölümün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığı səbəbdən Maraqlı şəxsndə ərizənin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Beləliklə, məhkəmədə müəyyən olundu ki, X8 xx.xx.1985-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. O, talassemiya xəstəliyi nəticəsində xx.xx.1995-ci il tarixdə Kürdəmir rayonunda vəfat etmişdir. Onun xx.xx.1995-ci il tarixdə Kürdəmir rayonunda ölməsi şahid ifadələri və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X4 ölümü ilə əlaqədar tibbi sənədlər olmadığından və onun ölümündən uzun müddət keçməsinə görə ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, X4 ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X4 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 14 sentyabr 1985-ci ildə Kürdəmir şəhərində anadan olmuş X4 15 sentyabr 1995-ci il tarixdə Kürdəmir rayonunda xəstəlik (talassemiya) səbəbindən ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, X6 veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “15 sentyabr 1995-ci il”, öldüyü yer kimi “Kürdəmir şəhəri, Füzuli küçəsi,ev 24”, ölüm səbəbi kimi “xəstəlik (talassemiya)” qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(041)-408/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-408/2025
11.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver