Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-411/2023 19.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölümün qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 3*.07.*980-ci il tarixdə Kürdəmir rayonunun Topalhəsənli kəndində anadan olmuş X3 24 aprel 2002-ci il tarixdə yaşadığı Kürdəmsir rayonunun Topalhəsənli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, mərhum X5 qardaşı olmaqla 3*.07.*980-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. Onlar ailədə 4 bacı 3 qardaş olmuşlar. Atası ilə anası vəfat etmişlər. Mərhum qardaşı vəfat edərkən onun cəmi 22 yaşı var idi və ailə qurmamışdır. Qarddaşı sağlam və əmək qabiliyyətli olsa da o, heç kimə məlum olmayan səbəbdən xx.xx.2002-ci ildə yaşadıqları evin mal tövləsində özünü asıb öldürərək intihar etmişdir. Valideynləri ekənd camaatının iştirakı ilə qardaşı Elşadı həmin gün, yəni xx.xx.2002-ci il tarixdə Kürdəmir rayonunun Topalhəsənli kəndinin qəbristanlığında dəfn etmişlər. Atası ilə anası yaşlı olduqlarından, onda da ruhi düşkünlük yarandığından həmin vaxt qardaşı Elşada ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda mərhum qardaşı Elşadın ölümü barədə sənəd əldə etmək zərurəti yaranmışdır. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin orada qardaşı Elşadın ölümü qeydə alınmadığı üçün arxiv sənədlərində aşkar edilməmişdir. Ölümün qeyd edilməsi ilə bağlı ona məhkəməyə müraciət etməsini izah etmişlər. Mərhum qardaşı Elşadın ölüm haqqında şəhadətnaməsi olmadığına görə onunla bağlı olan hissədə müəyyən zəruri hərəkətlər edə bilmirlər. O, ölüm haqqında sənədi isə başqa cür əldə edə bilmir. Ona görə də 3*.07.*980ci il tarixdə Kürdəmir rayonunun Topalhəsənli kəndində anadan olmuş X3 24 aprel 2002-ci il tarixdə yaşadığı Kürdəmsir rayonunun Topalhəsənli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində göstərdi ki, mərhum X5 onun qonşusu idi. Elşad xx.xx.2002-ci il tarixdə heç kimə məlum olmayan səbəbdən evlərinin həyətində olan mal tövləsində özünü asaraq intihar etmişdir. Həmin gün mərhum Elşadın meyidini qohum əqrəbanın və kənd camaatının iştirakı ilə yaşadığı Topalhəsənli kənd qəbristanlığında dəfn etmişlər. Yaxın qonşu kimi mərhum Elşadın dəfn və bütün yas mərasimlərində iştirak edib. Məhkəmə iclasında dindirilmiş şahid X* Gündüz Məmmədemin oğlu ilə eyni məzmunda ifadə verib X3 xx.xx.2002-ci il tarixdə özünü həyətlərində olan mal tövləsində asaraq intihar etdiyini və onun Topalhəsənli kəndinin qəbristanlığında dəfn edildiyini bildirdi. İş materiallarına əlavə edilmiş 3*.0*.*983-cü il tarixli, Vİİ-JQ 324245 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 3*.07.*980-ci ildə Kürdəmir rayonunun Topalhəsənli kəndində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş *9.0*.2022-ci il tarixli, 2/30 nömrəli məktubdan görünür ki, onun 3*.07.*980-ci il təvəllüdlü qardaşı X3 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmamış və ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. Məhkəmənin sorğusuna əsasən Kürdəmir rayon prokurorluğundan alınmış və iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 5/564-xid-23 nömrəli məktubundan görünür ki, X2 Kürdəmir rayonu Topalhəsənli kəndində, bacısı Nəzakət Mustafayevanın evində özünü asması barədə rayon prokurorluğunda xx.xx.2002-ci il tarixdə **/3*-02 nömrəli material araşdırılmış və 0*.05.2002-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Əvvəlki dövrlərdə rayon prokurorluğunda həmin material “Saxlanılmalı olmayan sənədlərin və işlərin məhv edilməsi” barədə aktla məhv edildiyindən qərarın surətinin məhkəməyə göndərilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mərhum X5 qardaşı olmaqla 3*.07.*980-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. Onlar ailədə 4 bacı 3 qardaş olmuşlar. Atası ilə anası vəfat etmişlər. Mərhum qardaşı vəfat edərkən onun cəmi 22 yaşı var idi və ailə qurmamışdır. Qarddaşı sağlam və əmək qabiliyyətli olsa da o, heç kimə məlum olmayan səbəbdən xx.xx.2002-ci ildə yaşadıqları evin mal tövləsində özünü asıb öldürərək intihar etmişdir. Valideynləri ekənd camaatının iştirakı ilə qardaşı Elşadı həmin gün, yəni xx.xx.2002-ci il tarixdə Kürdəmir rayonunun Topalhəsənli kəndinin qəbristanlığında dəfn etmişlər. Atası ilə anası yaşlı olduqlarından, onda da ruhi düşkünlük yarandığından həmin vaxt qardaşı Elşada ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda mərhum qardaşı Elşadın ölümü barədə sənəd əldə etmək zərurəti yaranmışdır. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin orada qardaşı Elşadın ölümü qeydə alınmadığı üçün arxiv sənədlərində aşkar edilməmişdir. Ölümün qeyd edilməsi ilə bağlı ona məhkəməyə müraciət etməsini izah etmişlər. Mərhum qardaşı Elşadın ölüm haqqında şəhadətnaməsi olmadığına görə onunla bağlı olan hissədə müəyyən zəruri hərəkətlər edə bilmirlər. O, ölüm haqqında sənədi isə başqa cür əldə edə bilmir. Ərizəçinin 3*.07.*980-ci il təvəllüdlü qardaşı X3 xx.xx.2002-ci il tarixdə yaşadığı evin həyətindəki mal tövləsində özünü asaraq intihar etməsi özünün izahatı, həmçinin iş üzrə dindirilmiş şahidlər X4 və X7 ifadələri ilə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli 3*.07.*980-ci ildə Kürdəmir rayonunda anadan olmuş X3 xx.xx.2002-ci il tarixdə yaşadığı Kürdəmir rayonunun Topalhəsənli kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 3*.07.*980-ci ildə Kürdəmir rayonunda anadan olmuş X3 xx.xx.2002-ci il tarixdə yaşadığı Kürdəmir rayonunun Topalhəsənli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-411/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-411/2023
19.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver