Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-436/2025 12.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X6 Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinın “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1979-cu ildə Kürdəmir şəhərində anadan olmuş X1 xx.xx.2009-cu il tarixdə Kürdəmir rayonu Xırdapay kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlarla eyni məzmunlu izahat verərək göstərdi ki, X3 onun qardaşıdır. Qardaşı Əhməd xx.xx.1979-cu il tarixdə Kürdəmir rayonu, Xırdapay kəndində doğulmuşdur. Əhməd qəfildən ürək tutmasından xx.xx.2009-cu il tarixdə ölmüş və onu Kürdəmir rayonunda, Şahsevən kənd qəbrstanlğında dəfn etmişlər. Qardaşı Əhməd öləndən sonra onlar heç bir orqana müraciət etməmiş və onun ölümünü qeyd etdirməmişlər. O, qardaşı Əhmədə ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qardaşının ölümünü təsdiq edən tibbi sənədlər olmadığı üçün Maraqlı şəxs qardaşına ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstədi ki, ərizəçi və ölən şəxs onun qohumudur. Əhmədin hansı səbəbdən öldüyün bilmir, lakin 2009-cu il tarixdə həqiqətən Əhməd öldü və atasının yanında dəfn olundu. Dəfndə iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan AZE 01880711 nömrəli Azərbaycan Respubliaksı vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 03 dekabr 1979-cu ildə Kürdəmir rayonu, Xırdapay kəndində doğulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən vətəndaş Ərizəçi ərizəsinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X1 Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölümün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığı səbəbdən Maraqlı şəxsndə ərizənin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Beləliklə, məhkəmədə müəyyən olundu ki, X3 xx.xx.1979-cu ildə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuşdur. O, qəfil olaraq ürək tutmasından 23 iyun 2009-cu il tarixdə Kürdəmir rayonu, Xırdapay kəndində vəfat etmişdir. Onun xx.xx.2009-cu il tarixdə Kürdəmir rayonunda ölməsi şahid ifadəsi, məzar daşını əks etdirən fotoşəkillər və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X1 ölümü ilə əlaqədar tibbi sənədlər olmadığından və onun ölümündən uzun müddət keçməsinə görə ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, X1 ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X1 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçinın ərizəsi təmin edilsin. 03 dekabr 1979-cu ildə Kürdəmir şəhərində anadan olmuş X1 23 iyun 2009-cu il tarixdə Kürdəmir rayonununun Xırdapay kəndində xəstəlik (qəfil ürək tutma) səbəbindən ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, X2 veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “23 iyun 2009-cu il”, öldüyü yer kimi “Kürdəmir rayonu Xırdapay kəndi”, ölüm səbəbi kimi “ xəstəlik (ürəktutma”) qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(041)-436/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-436/2025
12.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver