Məhkəmə qərarları › İş №2(041)-453/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-453/2023

16.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-453/2023 16.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölümün qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək oğlu X4 22.09.20*8-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, xx.xx.*970-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. Kürdəmir rayon Atakişili kənd sakini X5 ilə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 0*.*2.*997-ci ildə X9 adlı oğlanları anadan olmuşdur. Oğlu Tərxan 20*8-ci ilə kimi onunla bir yerdə yaşamışdır. Oğlu hərbi xidmətini başa vurduqdan sonra Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissədə işləməyə başlamışdır. 22.09.20*8-ci il tarixdə oğlu Tərxan qəflətən yoxa çıxmışdır. Onu axtarsalar da, axtarışlar heç bir nəticə vermədi. Nəhayət 202*-ci ilin noyabr ayında yaxın qonşuları olan X* şəhərində adam öldürdüyünə görə həbs olunmuş və bundan sonra oğlu Tərxanı xx.xx.2022-ci il tarixdə Rəfaelin öldürdüyü məlum olmuşdur. Bundan sonra oğlunun meyitinin qalıqlarını su arxından çıxaraq ona təhvil verildikdən sonra oğlu Tərxanı Kürdəmir rayonunun Atakişili kənd qəbristanlığında dəfn etmişlər. Tərxanın ölümü ilə bağlı X7 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *5.04.2022-ci il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzası verilmişdir. Mərhum oğlu Tərxan hərbçi olmaqla onun adı qulluq etdiyi hərbi hissənin şəxsi heyət siyahısından çıxarılmamış və buna görə ondan oğlu Tərxanın ölümü haqqında şəhadətnamə tələb etmişlər. Bundan sonra oğlunun ölümü ilə bağlı onun ölüm kağızını almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin tibbi sənədlər olmadığı üçün ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Mərhum oğlu X4 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ona görə də oğlu X4 22.09.20*8-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs **.*0.2022-ci il tarixli, XXİ-JQ 27*729 nömrəli arayışdan görünür ki, X9 0*.*2.*997-ci il tarixdə Kürdəmir rayonunun Atakişili kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi Ərizəçi göndərilmiş *5.04.2022-ci il tarixli, *(099)- 227/2022 nömrəli hökmün surətindən görünür ki, X2 Tərxan Rüstəm oğlunu 22.09.20*8-ci il tarixdə öldürməsini etiraf etmiş və həmin əməlinə görə o, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş *0.05.2023-cü il tarixli, 3-*6-5/8-*0-*39/2023 nömrəli məktubdan görünür ki, onun oğlu 0*.*2.*997-ci il təvəllüdlü X4 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmamış və ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.*970-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. Kürdəmir rayon Atakişili kənd sakini X5 ilə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 0*.*2.*997-ci ildə X9 adlı oğlanları anadan olmuşdur. Oğlu Tərxan 20*8-ci ilə kimi onunla bir yerdə yaşamışdır. Oğlu hərbi xidmətini başa vurduqdan sonra Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissədə işləməyə başlamışdır. 22.09.20*8-ci il tarixdə oğlu Tərxan qəflətən yoxa çıxmışdır. Onu axtarsalar da, axtarışlar heç bir nəticə vermədi. Nəhayət 202*-ci ilin noyabr ayında yaxın qonşuları olan X* şəhərində adam öldürdüyünə görə həbs olunmuş və bundan sonra oğlu Tərxanı xx.xx.2022-ci il tarixdə Rəfaelin öldürdüyü məlum olmuşdur. Bundan sonra oğlunun meyitinin qalıqlarını su arxından çıxaraq ona təhvil verildikdən sonra oğlu Tərxanı Kürdəmir rayonunun Atakişili kənd qəbristanlığında dəfn etmişlər. Tərxanın ölümü ilə bağlı X7 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *5.04.2022-ci il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzası verilmişdir. Mərhum oğlu Tərxan hərbçi olmaqla onun adı qulluq etdiyi hərbi hissənin şəxsi heyət siyahısından çıxarılmamış və buna görə ondan oğlu Tərxanın ölümü haqqında şəhadətnamə tələb etmişlər. Bundan sonra oğlunun ölümü ilə bağlı onun ölüm kağızını almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin tibbi sənədlər olmadığı üçün ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Mərhum oğlu X4 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ərizəçinin oğlu X4 22.09.20*8-ci il tarixdə ölməsi ərizəçinin özünün izahatı, həmçinin iş materiallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *5.04.2022-ci il tarixli, *(099)-227/2022 nömrəli hökmü ilə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli və onun oğlu X4 22.09.20*8-ci il tarixdə Kürdəmir rayonunda ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 0*.*2.*997-ci il təvəllüdlü X4 22.09.20*8-ci il tarixdə Kürdəmir rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar