Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-503/2023 08.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi qızının iştirakı ilə Ərizəçi qızının Kürdəmir rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə ölümün qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 09.*0.*96*-ci ildə Kürdəmir rayonu Topalhəsənli kəndində anadan olmuş əri X5 *5.04.*993-cü ildə Kürdəmir rayonu Topalhəsənli kəndində ölməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdmişdi. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, X3 ilə 28.*0.*983-cü il tarixdə evlənib ailə qurmuş və nikahlarını rəsmi qeyd etmişlər. X3 ilə birgə nikahlarından bir uşaqları olmuşdur. Mərhum əri X5 *5.04.*993-cü ildə ölmüş və onu yaşadıqları Kürdəmir rayonu Topalhəsənli kəndindəki qəbristanlıqda dəfn etmişlər. Mərhum ərinin ölümü onlara pis təsir etdiyinə görə həmin vaxt mərhumun barəsində ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda ailəsinə lazım olan bəzi sənədləşmə işlərinin aparılması üçün mərhum əri X5 ölümü haqqında şəhadətnamə əldə etmək zərurəti yaranmışdır. Bu barədə Kürdəmir rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin orada X* ölümü qeydə alınmadığı üçün arxiv sənədlərində aşkar edilməmişdir. Ölümün qeyd edilməsi ilə bağlı ona məhkəməyə müraciət etməsini izah etmişlər. X*6 ölüm haqqında şəhadətnaməsi olmadığına görə onunla bağlı olan hissədə müəyyən zəruri hərəkətlər edə bilmirlər. O, ölüm haqqında sənədi isə başqa cür əldə edə bilmir. Ona görə də 09.*0.*96*ci il tarixdə Kürdəmir rayonunun Topalhəsənli kəndində anadan olmuş X* *5 aprel *993-cü il tarixdə yaşadığı Kürdəmir rayonunun Topalhəsənli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə maraqlı şəxs Kürdəmir rayon Qeydiyyat şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərdi ki, *979-cu ildə X3 gilin qonşuluğuna gəlin gəlmişdir. Eşitdiyinə görə mərhum X2 Federasiyasının hansısa şəhərində rəhmətə getmişdir. Dəqiq harada ölməsi məlum deyil, qəbrini görən olmamışdı. Sadəcə belə eşitmişdir. Yasında iştirak edən olmamışdır. Meyidini də görən olmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid X**, X3 ilə qohum olduğunu bildirdi və X7 ilə eyni məzmunda ifadə verib mərhumun dəqiq harada, nə vaxt və nə səbəbdən ölməsi haqqında məlumatının olmamasını bildirdi. İş materiallarına əlavə edilmiş 28.*0.*983-cü il tarixli, İİİ-JQ 320693 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə (Mirzəyeva) Ərizəçi evlənib ailə qurmuşlar. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən X8 qızına göndərilmiş 0*.02.2023-cü il tarixli, 2/70 nömrəli məktubdan görünür ki, onun 09.*0.*96*-ci il təvəllüdlü mərhum əri X5 ölüm haqqında akt qeydi Kürdəmir rayon Qeydiyyat şöbəsində aşkar olunmamış və ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X3 ərizəçinin əri olmaqla 09.*0.*96*-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. Ərizəçi ilə X3 28.*0.*983-cü il tarixdə evlənib ailə qurmuş və nikahlarını rəsmi qeyd etmişlər. X3 ilə birgə nikahlarından bir uşaqları olmuşdur. Ərizəçi ərizəsində əri X5 *5.04.*993-cü ildə ölməsini və onu yaşadıqları Kürdəmir rayonunun Topalhəsənli kəndindəki qəbristanlıqda dəfn etdiklərini gösttərsə də iş üzrə dindirilmiş şahidlər X7 və X** ərizəçi ilə qonşu yaşamaqla X5 yas mərasiminin keçirilməməsi və onun Topalhəsənli kənd qəbristanlığında dəfn edilmədiyini göstərmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Ərizəçi ilə iş üzrə dindirilmiş şahidlər ərizəçi ilə qonşuluqda yaşayan X7 ilə ərizəçinin ərinin yaxın qohumu olan X6 iş üzrə verdikləri ifadələri ziddiyyət təşkil etməklə onlar X5 nə vaxt və harada ölməsini bilmədiklərini, həmçinin İ.C.Cəfərovun yas mərasimnin keçirilmədiyini bildirmişlər. Həmçinin Ərizəçi əri X5 *5.04.*993-cü ildə Kürdəmir rayonu Topalhəsənli kəndində ölməsi və onun Topalhəsənli kəndinin qəbristanlığında dəfn edilməsi (qəbirüstü məzarının olması və s.) barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçinun ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi 09.*0.*96*-ci ildə Kürdəmir rayonu Topalhəsənli kəndində anadan olmuş əri X5 *5.04.*993-cü ildə Kürdəmir rayonu Topalhəsənli kəndində ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-503/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-503/2023
08.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver