Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-595/2024 24.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölümün qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 0*.08.*960-cı il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmuş X8 0*.**.*960-cı il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili və nüsayəndəsi Vəkil ərizəni müdafiə edərək göstərdi ki, o, öz ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Sığırlı kəndində yaşayır. 0*.08.*960-cı il tarixdə anadan olmuş bacısı Ərizəçi anadan olduqdan təxminən 4 ay sonra Sığırlı kəndində yerləşən yaşadıqları evdə 0*.**.*960-cı il tarixdə qəflətən ölmüşdür. X5 yaxın qohumların və qonşuların iştirakı ilə Sığırlı kənd qəbirastınlığında dəfin edilmişdir. X5 korpə olduğundan o adsız qəbirdə dəfn edilib. Sonradan başları qarşıq olub X5na ölüm haqqında şəhadətnamə almamışlar. X2 ölümü haqqında şəhadətnamənin alınması zərurəti yarandığına görə ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxsndə ölümünün qeyd edilmədiyini bildirib on ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsini izah edib, bu barədə məktub vermişlər. Mərhum Külməzin ölüm haqqında şəhadətnaməsi olmadığına görə onunla bağlı olan hissədə müəyyən zəruri hərəkətlər edə bilmirlər. Ona görə də 0*.08.*960-cı il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmuş oğlu X8 0*.**.*960-cı il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında dindirilmiş şahid X*0 ifadəsində göstərdi ki, mərhum X*4 ilə qonşu olmublar. *959-cu ildən qonşu olublar. Onlar mərhumun valideyinlərinin yaşadığı məhləyə təzə köçən vaxtdan bir müddət sonra eşidiblər ki, Təzəgülün Külməz adlı qızı qəflətən ölüb. Külməzi 0*.**.*960-cı il tarixdə yaşadıqları Sığırlı kəndinin qəbristanlığında dəfn etmişlər. Onun yadındadır ki, valediyinləri bir qonşu kimi Külməzin dəfinində və yaz məclislərində iştirak etmişlər. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərdi ki, X*4 onun qızıdır. Qızı Külməz əri Əvəz ilə birgə nikahlarından 0*.08.*960-cı ildə Sığırlı kəndində anadan olmuşdur. Ailədə Külməzdən başqa da uşaqları olmuşdur. Qızı Külməz təxminən 4 aya yaxın yaşamış və sonra qəflətən xəstələnərək 0*.**.*960-cı ildə yaşadıqları Sığırlı kəndində vəft etmişdi. Qızı Külməzi elə həmin gün qonşuların və qohumların iştirakı ilə Sığırlı kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş *6.0*.2024-cü il tarixli, 3*6-5/8-*0-*9-25/2024 nömrəli məktubdan görünür ki, onun 0*.08.*960-cı il təvəllüdlü oğlu X8 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmamış və ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs 2*.*2.2023-cü il tarixli arayışından görünür ki, X* Əvəz Mirələm oğlu ilə X4 birgə nikahlarından 0*.08.*960-cu il tarixdə anadan olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi vəkili və nüsayəndəsi Vəkil ərizəni müdafiə edərək göstərmiş ki, o, öz ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Sığırlı kəndində yaşamış, 0*.08.*960-cı il tarixdə anadan olmuş X5 anadan olduqdan təxminən 4 ay sonra Sığırlı kəndində yerləşən yaşadıqları evdə 0*.**.*960-cı il tarixdə qəflətən ölmüşdür. X5 yaxın qohumların və qonşuların iştirakı ilə Sığırlı kənd qəbirastınlığında dəfin edilmişdir. X6 olduğundan o adsız qəbirdə dəfn edilmiş, sonradan başları qarşıq olub X9 ölüm haqqında şəhadətnamə almamışlar. Mərhum Külməzin ölümü haqqında şəhadətnamənin alınması zərurəti yarandığına görə ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxsndə ölümün qeyd edilmədiyini bildirib ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsini izah edilib, bu barədə məktub vermişlər. Mərhum bacım Külməzin ölüm haqqında şəhadətnaməsi olmadığına görə onunla bağlı olan hissədə müəyyən zəruri hərəkətlər edə bilmirlər. Ərizəçinin 0*.08.*960-cı il təvəllüdlü X3 0*.**.*960cı il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində ölməsi özünün izahatı, iş üzrə dindirilmiş şahidlər X*0 və X4 ifadələri ilə, həmçinin iş materialları ilə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X*3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli 0*.08.*960-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş X8 0*.**.*960-cı il tarixdə yaşadığı Kürdəmir rayonunun Sığırlı kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 0*.08.*960-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş X8 0*.**.*960-cı il tarixdə yaşadığı Kürdəmir rayonunun Sığırlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-595/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-595/2024
24.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver