Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-645/2025 08.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X16 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş oğlu X5 20 dekabr 2024-cü il tarixdə Kürdəmir rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, mərhum oğlu X10 xx.xx.2018-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş və ona xx.xx.2018-ci il tarixdə Maraqlı şəxsndən doğum haqqında şəhadətnamə almışdır. Kürdəmir rayonunun Qocalı kəndində qeydiyyatda olmaqla müvəqqəti olaraq Bakı şəhərində yaşayır. Oğlu Hüseynin hər hansı bir xəstəliyinin olmasını müşahidə etməmişlər və o, özü də heç vaxt xəstəliyinin olmasını bildirməmişdir. 2024-cü ilin dekabr ayında oğlu Hüseyn qəflətən xəstələnmiş və onu təcili olaraq həkimə aparıb hər tərəfli müayinə etdirdikdən sonra onu müayinə edən həkimlər də, Hüseynin sağlamlığı ilə bağlı ciddi bir problemin olmadığını, ola bilsin ki, hazırda uşaqlar arasında geniş yayılmış infeksiya xəstəliyinin olmasını bildirib ona müalicə yazmışlar. Həkimlər tərəfindən tövsiyyə edilən bütün müalicəni etdirdikdən sonra oğlu Hüseyn xx.xx.2024-cü il tarixdə mədəsində bərk ağrılarının olduğunu bildirdiyinə görə onu təcili olaraq xəstəxanaya apararkən oğlu Hüseyn yolda ölmüş və onu yaşadıqları Qocalı kəndinin qəbristanlığında dəfn etmişlər. Hüseyn xəstəxanaya çatmadan öldüyünə və onun ölümü Təcili Yardım həkimi tərəfindən qeydə alınmadığına görə poliklinika tərəfindən Hüseynin ölməsi ilə bağlı "Ölüm haqqında tibbi şəhadətnamə"-nin verilməsindən imtina edilmişdir. Bundan sonra o gələcəkdə ailələrinə vacib olan bəzi sənədləşmə işlərinin aparılması məqsədi ilə mərhum oğlu X6 ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət edib. Maraqlı şəxsndə oğlu X5 ölüm haqqında akt qeydinin aşkar olunmadığını bildirib, ölümün qeydə alınması üçün tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsinin olmasını və həmin sənədləri Qeydiyyat şöbəsinə təqdim edə bilmədiyinə görə bu barədə məhkəməyə müraciət etməyi izah edib, bu barədə ona məktub vermişlər. Mərhum oğlu X5 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ona görə də o oğlu Hüseynin ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Ərizəçi onun qohumudur. Nicat Kürdəmir rayonunun Qocalı kəndində qeydiyyatda olmaqla müvəqqəti olaraq Bakı şəhərində yaşayır. 20 dekabr 2024-cü il tarixdə Hüseynin ölməsini telefonla ona bildirmişlər və dərhal Nicatın yaşadığı evə getmiş və ona bildirmişlər ki, uşaq birdən narahatçılıq keçirmiş və təcili olaraq həkimə apararkən yolda keçinmişdir. Onu kənd camaatı ilə birlikdə Kürdəmir rayon Qocalı kənd qəbirstanlığında dəfn etmişlər. Dəfndə şəxsən iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərdi ki, Ərizəçi həmkəndlisidir, münasibətləri həmişə normal olmuş, biri-birinin xeyir şər işlərində iştirak etmişlər. 20 dekabr 2024-cü il tarixdə Hüseynin ölməsini eşidib onlara getmiş və söhbət əsnasında ona məlum olmuşdur ki, uşaq qəfildən xəstələnmiş və həkimə apararkən yolda keçinmişdir. Hüseyni kənd camaatı ilə birlikdə Kürdəmir rayonunun Qocalı kənd qəbirstanlığında dəfn etmişlər. İşə əlavə olunmuş A3 №383672 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2018-ci ildə anadan olmuşdur. İşə əlavə olunmuş, Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-165/8-10-xx-xx/2025 nömrəli məktubdan görünür ki, X5 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmiş və ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. İşdə olan, Bakı şəhər 45 nömrəli şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli 18-1- 1-100/2-420/2024 nömrəli məktubdan görünür ki, xx.xx.2018-ci il təvəllüdlü, X10 xx.xx.2024-cü il tarixində evdə ölmüşdür. Uşağın ölümünə qədər xəstəliklə əlaqədar poliklinikaya müraciət olunmamışdır. Ölümdən sonra Təcili Yardım həkimi tərəfindən həkimə qədər ölüm qeydiyyata alınmışdır. Ölümə səbəb olan hər hansı diaqnozu təsdiq etmək mümkün olmadığına görə poliklinika tərəfindən ölüm haqqında şəhadətnamənin AZS-106 verilməsinə imtina edilmişdir və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Kürdəmir rayon İHB-nın Qocalı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi V.Ə.Yunusovun tərtib etdiyi xx.xx.2025-ci il tarixli 62 nömrəli arayışda xx.xx.2018-ci il təvəllüdlü X1 İƏD-nin Qocalı kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşadığı xx.xx.2024-cü il tarixdə vəfat etdiyi qeyd olunub. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi Əliyev X9 rayonunun Qocalı kəndində qeydiyyatda olmaqla müvəqqəti olaraq Bakı şəhərində yaşayır. xx.xx.2018-ci ildə anadan olmuş oğlu X10 xx.xx.2024-cü ildə Bakı şəhərində ölmüş, Kürdəmir rayon Qocalı kənd qəbristanlığında dəfn edilmişlər. X2 ölümü haqqında şəhadətnamə alınmadığından, ərizəçi bəzi sənədləşmənin aparılması ilə bağlı işləri apara bilmir. X5 xx.xx.2024-cü ildə ölməsi və onun Kürdəmir rayon Qocalı kənd qəbirstanlığında dəfn edilməsi dindirilmiş şahidlərin ifadələri və işdə olan sənədlərlə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu-nun12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Hazırki iş üzrə ərizəçi xx.xx.2018-ci ildə anadan olmuş X5 xx.xx.2024-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən, o cümlədən Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-165/8-10-xx-xx/2025 nömrəli məktubunda X5 ölüm haqqında akt qeydinin Maraqlı şəxsndə aşkar edilmədiyi göstərilmişdir. Başqa sözlə, xx.xx.2018-ci ildə anadan olmuş X5 xx.xx.2024-cü ildə ölməsi faktının dövlət qeydiyyatı orqanlarında qeydə alınmasından imtina edildiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2018-cı ildə anadan olmuş X5 xx.xx.2024-cü ildə Kürdəmir rayonunda ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 339-341-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24 avqust 2018-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş X5 20 dekabr 2024cü il tarixdə Kürdəmir rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-645/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-645/2025
08.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver