Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-646/2024 11.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölümün qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək qızı X* 8 fevral *985-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, mərhum qızı X2 05.**.*984-cü ildə doğulmuş və ağır xəstəlikdən 08 fevral *985-ci ildə vəfat etmiş və Çöl- Qubalı kənd qəbristanlığında dəfn edilmişdir. Qızı Samirə ölüm haqqında heç bir sənəd almamışlar. Maraqlı şəxsnə müraciət etmiş, Qeydiyyat şöbəsində heç bir akt qeydi aşkar olunmamışdır. Qızı Samirənin doğumu qeydiyyat orqanında qeydiyyata alındığı üçün torpaq sənədini qeydiyyatdan keçirə və heç bir əməliyyat apara bilmirlər. Bununla bağlı dövlət orqanlarına və o cümlədən qeydiyyat şöbəsinə müraciət etdikdən sonra ona məhkəməyə müraciət etməsini izah etmişlər. O, mərhum qızı X* ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ona görə də qızı X* 08 fevral *985-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində göstərdi ki, Ərizəçi onun dayısı qızıdır. Onun 9 uşağı olub. Zəkiyənin qızı Samirə *985-ci ilin təxminən qış ayında o, qəflətən ağır xəsətələnmiş və aradan bir neçə gün keçdikdən sonra onun öldüyünü eşitmişdir. Onlar həmin günü Zəkiyəgilə getmiş, orada onlardan başqa qohumlar və qonşular da olmuşlar. Elə həmin günü onların iştiraklarıilə Zəkiyyənin qızı Samirəni Ərəbqubalı kənd qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclasında dindirilmiş şahid Zərbalıyev Zərbalı Babaş oğlu ifadəsində göstərmişdi ki, Ərizəçi onun qonşusu və dayısı gəlnidir. Zəkiyyənin 9 uşağı olub. X9 3-cü uşağı olub. Zəkiyənin qızı Samirə ölməmişdən bir neçə gün əvvəl qəflətən ağır xəsətələndiyini eşitmişdir. Samirə xəstələndikdən bir neçə gün sonra *985-ci ilin fevral ayının 08-də ölmüş və həmin günü yaxşı xatırlayır. O, həmin günü bir qohum kimi Zəkiyəgilə getmiş, orada onlardan başqa Zəkiyyənin qohumları və qonşuları da iştirak etmişlər. Elə həmin günü onların iştirakı ilə Zəkiyyənin qızı Samirəni Ərəbqubalı kənd qəbristanlığında dəfn etmişlər. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs 3*.0*.2024-cü il tarixli Arayışdın görünür ki, X2 05.**.*984-cü il tarixdə Kürdəmir rayonunun Ərəbqubalı kəndində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş 3*.0*.2024-cü il tarixli, 3-*6-5/8-*0-xx-xx/2024 nömrəli məktubdan görünür ki, onun 05.**.*984-cü il təvəllüdlu qızı X* ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmamış və ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 03.**.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi əri X3 22.*0.2023-cü il tarixdə Kürdəmir rayonunun Çöl-Qubalı kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Ərəbqubalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20.0*.2024-cü il tarixli, 57 nömrəli arayışından görünür ki, 05.**.*984-cü il tarixdə Kürdəmir rayonunun Ərəbqubalı kəndində anadan olmuş X2 08.02.*985-ci il tarixdə Ərəbqubalı kəndində vəfat etmiş və Ərəbqubalı kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Ərəbqubalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, X2 05.**.*984-cü il tarixdə Kürdəmir rayonunun Ərəbqubalı kəndində anadan olmuş və 08.02.*985-ci il tarixdə Ərəbqubalı kəndində vəfat etmiş və Ərəbqubalı kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi mərhum qızı X2 05.**.*984-cü ildə doğulmuş və 08 fevral *985-ci ildə vəfat etmiş və Ərəbqubalı kənd qəbristanlığında dəfn edilmişdir. Qızı Samirəyə ölüm haqqında heç bir sənəd almamışlar. Maraqlı şəxsnə müraciət etmiş, Qeydiyyat şöbəsində akt qeydi aşkar olunmamışdır. Onun doğumu qeydiyyat orqanında qeydiyyata alındığı üçün torpaq sənədini qeydiyyatdan keçirə və əməliyyat apara bilmirlər. Bununla bağlı dövlət orqanlarına və o cümlədən qeydiyyat şöbəsinə müraciət etdikdən sonra ona məhkəməyə müraciət etməsini izah etmişlər. O, mərhum bacısı X* ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ərizəçinin 05.**.*984-cü il təvəllüdlü qızı X* 08 fevral *985-ci il tarixdə Kürdəmir rayonunun Ərəbqubalı kəndində ölməsi özünün izahatı, iş üzrə dindirilmiş şahidlər X5 və Zərbalıyev Zərbalı Babaş oğlunun ifadələri ilə, həmçinin iş materialları ilə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli 05.**.*984-cü il tarixdə Kürdəmir rayonunun Ərəbqubalı kəndində anadan olmuş X* 08 fevral *985-ci il tarixdə Kürdəmir rayonunun Ərəbqubalı kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05.**.*984-cü il tarixdə Kürdəmir rayonunun Ərəbqubalı kəndində anadan olmuş X* 08 fevral *985-ci il tarixdə Kürdəmir rayonunun Ərəbqubalı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-646/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-646/2024
11.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver