Məhkəmə qərarları › İş №2(041)-664/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-664/2025

15.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-664/2025 15.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidməti İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidməti İddiaçı (bundan sonra İddiaçı) ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri, yəni 2541 (iki min beş yüz qırx bir) manat, 01 (bir) qəpik məbləğində pulun ondan alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(041)-23/2022 saylı hökmü ilə 4 il, 03 ay, 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2022ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum barəsində şəxsi iş açılmışdır. xx.xx.2022-ci il tarixdə məhkum müvafiq qaydada qeydiyyata götürülərək böyük icra məmuru X2 və məhkumun özünün iştirakı ilə məhkuma ENV tətbiq edilmiş, məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir.Monitorinq Mərkəzindən şöbəyə verilmiş məlumat əsasında məlum olmuşdur ki, məhkum barəsində "izlənmə məlumatları" gəlmir. Bununla bağlı xx.xx.2024-ci il tarixdə məhkum şöbəyə dəvət edilmiş və məlum olmuşdur ki, həqiqətən izlənmə məlumatları gəlmir. Məhkumdan bunun səbəbləri soruşulmuş və o ENV-nə heç bir müdaxilə etmədiyini bildirmişdir. Hökmün icrası məqsədi ilə Cavabdeh yeni ENV-si tətbiq edilmiş və ondan götürülmüş 35632192 saylı komplekt Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Monitorinq İdarəsinə təhvil verilmişdir. "xxxx" QSC-nin müvafiq rəyinə əsasən texniki baxışın nəticəsi olaraq istifadə qaydalarına düzgün riayət olunmadığı səbəbindən qurğu yararsız vəziyyətə düşdüyü bildirilmişdir. Belə ki, Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Mütəxəsis Rəyinə əsasən komplektə (qurğuya) xx.xx.2024cü il tarixdə texniki baxış keçirilmişdir. Həmin texniki baxış barədə rəydə göstərilmişdir ki, komplektin təmiri mümkün deyil, istifadəyə tam yararsızdır və bu barədə rəy şöbəyə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsinin təqdim etdiyi qiymətləndirmə cədvəlinə əsasən mobil qurğunun dəyəri 2541 (iki min beş yüz qırx bir) manat, 01 (bir) qəpik hesablanmışdır. Bundan sonra məhkum Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı bildiriş verilmiş və dəymiş ziyan ondan tələb olunmuş, lakin məhkum həmin məbləği ödəyə bilməyəcəyini bildirmişdir. Belə olan halda hesab edirik ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və onlara maddi ziyan dəymişdir.Nazirliyin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 2541 (iki min beş yüz qırx bir) manat, 01 (bir) qəpik təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək Kürdəmir rayon məhkəməsinin 1(041)-23/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 4 il, 03 ay, 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Kürdəmir rayon məhkəməsinin 1(041)-23/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə məhkum Cavabdeh bir ədəd “Attenti” markalı sadə elektron qolbaq, bir ədəd “Attenti” markalı mobil nəzarət qurğusu və onun enerji toplayıcısı tətbiq edilərək təhvil verilmiş, bu barədə protokol tərtib edilmişdir. Həmçinin Cavabdeh məhkəmə hökmü ilə üzərinə qoyulmuş elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi izah edilmişdir. Habelə məhkuma ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin yaxud onun tərkib hissələrinin zədələnəcəyi və ya yararsız hala salınacağı təqdirdə əvəzinin ondan tutulacağı barədə xəbərdarlıq edilmiş, bu barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokola məhkum və Probasiya Xidmətinin əməkdaşı tərəfindən imza edilmişdir. Lakin məhkum Cavabdeh ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin tərkib hissəsi olan “Attenti” markalı mobil nəzarət qurğusunu yararsız hala salmışdır. xx.xx.2024-ci il tarixdə məhkum Cavabdeh alınmış izahatda məhkum qurğuya müdaxilə etmədiyini, ekspert rəyi ilə razı olmadığını qurğuya heç bir müdaxilə etmədiyini sadəcə izlənmə məlumatlarının gəlmədiyini bildirib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat idarəsi tərəfindən təqdim edilmiş cədvəldə mobil qurğunun dəyəri 2541 (iki min beş yüz qırx bir) manat, 01 (bir) qəpik hesablanmışdır. İş materiallarına əlavə edilmiş; -Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(041)-23/2022 saylı hökmünün sürətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il, 03 ay, 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. -xx.xx.2022-ci il tarixli protokolun sürətindən görünür ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünü icrası ilə əlaqədar olaraq X1 1 ədəd attenti markalı elektron qolbaq, 1 ədəd mobil qurğu, 1 ədəd enerji toplayıcı tətbiq edilərək X1 təhvil verilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat idarəsindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16/3-4-4852/2024 nömrəli məktubunda sadə elektron qolbaq -1 ədəd, mobil nəzarət qurğusu 1 ədəd, elektrik adapteri 1 ədəd, proqram lizensiyası 2541.01 manat təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək müəyyən etdi ki, cavabdehin qeyd edilən elektron nəzarət qurğularını zədələməsi nəticəsində probasiya xidmətinə ümumilikdə 2277.40 ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək tolanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə vurmuş olduğu zərərə görə 2541.01 (iki min beş yüz qırx bir manat 01 qəpik) manat pul Cavabdeh tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə 42.77 manat dövlət rüsumu cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə vurmuş olduğu zərərə görə 2541.01 (iki min beş yüz qırx bir manat 01 qəpik) manat və 42.77 manat (qırx iki manat 77 qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar