Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-697/2023 25.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçinun Maraqlı şəxs qismində cəlb edilməklə ölümün qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək X6 *0.0*.*994-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, mərhum X8 onun oğlu olmaqla *0.07.*993-cü ildə anadan olmuş və doğulan gündən xəstə olmuşdur. Oğlu Əli döğulandan 06 ay sonra yəni *0.0*.*994-cü ildə ölmüşdür. Onu Qarabucaq kənd qəbristanlığında dəfn etmişlər. Oğlu öləndən sonra onun ölməsini heç bir orqanda qeyd etməmişlər. Sonra isə kənd və rayon xəstəxanasına müraciət etsələrdə onun ölümü haqqında sənəd əldə edə bilməmişlər. Oğlunun doğumu dövlət orqanlarında qeydə alındığından müvafiq torpaq aktında onun adı da qeyd edilmiş və onlar həmin torpaqla bağlı heç bir əməliyyat apara bilmirlər. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin orada oğlu Əlinin ölümü qeydə alınmadığı üçün arxiv sənədlərində aşkar edilməmişdir. Ölümün qeyd edilməsi ilə bağlı ona məhkəməyə müraciət etməsini izah etmişlər. X** ölüm haqqında şəhadətnaməsi olmadığına görə onunla bağlı olan hissədə müəyyən zəruri hərəkətlər edə bilmirlər. O, ölüm haqqında sənədi isə başqa cür əldə edə bilmir. Ona görə də *0.07.*993-cü il tarixdə Kürdəmir rayonunun Qarabucaq kəndində anadan olmuş X6 *0.0*.*994-cü il tarixdə yaşadığı Kürdəmsir rayonunun Qarabucaq kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində göstərdi ki, mərhum X8 onun qonşusu olmuşdur. Əli onda olan məlumata görə uşaq doğulandan xəstə olmuşdur. Bildiyinə görə təxminən 06 aylıq olanda qəfldən ölmüşdür. Uşaq Əlini bir neçə qohum əqrəbanın və kənd sakininin iştirakı ilə doğulduğu Qarabucaq kənd qəbristanlığında dəfn etmişlər. Yaxın qonşu kimi mərhum Əlinin dəfnində iştirak edib. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində göstərdi ki, mərhum X8 onun qonşusu olmuş. Əli onda olan məlumata görə uşaq doğulandan xəstə olmuşdur. Bildiyinə görə təxminən 06 aylıq olanda qəfldən ölmüşdür. Uşaq Əlini bir neçə qohum əqrəbanın və kənd sakininin iştirakı ilə doğulduğu Qarabucaq kənd qəbristanlığında dəfn etmişlər. Yaxın qonşu olduğuna baxmayaraq qadın olduğundan Əlinin dəfnində iştirak etməyib. İş materiallarına əlavə edilmiş *7.03.2023-cü il tarixli Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X8 *0.07.*993-cü il tarixdə anadan olmuşdur və bu barədə 25.*0.*993-cü il tarixli *67 nömrə ilə kitabda qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş *7.03.2023-cü il tarixli, 3-*6-5/8-*0-*47/2023 nömrəli məktubdan görünür ki, onun *0.07.*993-cü il təvəllüdlü oğlu X6 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmamış və ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mərhum X8 onun oğlu olmaqla *0.07.*993-cü ildə Kürdəmir rayonunun Qarabucaq kəndində anadan olmuş və doğulandan xəstə olmuşdur. Oğlu Əli döğulandan 06 ay sonra yəni *0.0*.*994-cü ildə ölmüşdür. Onu Qarabucaq kənd qəbristanlığında dəfn etmişlər. Oğlu öləndən sonra onun ölməsini heç bir orqanda qeyd etməmişlər. Sonra isə kənd və rayon xəstəxanasına müraciət etsələrdə onun ölümü haqqında sənəd əldə edə bilməmişlər. Oğlunun doğumu dövlət orqanlarında qeydə alındığından müvafiq torpaq aktında onun adı da qeyd edilmiş və onlar həmin torpaqla bağlı heç bir əməliyyat apara bilmirlər. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin orada oğlu Əlinin ölümü qeydə alınmadığı üçün arxiv sənədlərində aşkar edilməmişdir. Ölümün qeyd edilməsi ilə bağlı ona məhkəməyə müraciət etməsini izah etmişlər. X** ölüm haqqında şəhadətnaməsi olmadığına görə onunla bağlı olan hissədə müəyyən zəruri hərəkətlər edə bilmirlər. O, ölüm haqqında sənədi isə başqa cür əldə edə bilmir. Ona görə də *0.07.*993-cü il tarixdə Kürdəmir rayonunun Qarabucaq kəndində anadan olmuş X6 *0.0*.*994-cü il tarixdə yaşadığı Kürdəmsir rayonunun Qarabucaq kəndində ölməsi özünün (ərizəçi-anası) izahatı, həmçinin iş üzrə dindirilmiş şahidlər X2 və X* ifadələri ilə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçinun ərizəsi təmin edilməli *0.07.*993-cü il tarixdə anadan olmuş X6 *0.0*.*994-cü il tarixdə Kürdəmir rayonunun Qarabucaq kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *0.07.*993-cü il tarixdə anadan olmuş X6 *0.0*.*994-cü il tarixdə Kürdəmir rayonunun Qarabucaq kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-697/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-697/2023
25.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver